A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

başlıcası  türk  xalqlarının  tarixən  istifadə  etdiyi  ərəb  əlif­
basının əvəzinə yeni  "asan" öyrənilən əlifba tətbiq etmək, 
xalqın  tarixinin  öyrənilməsində  ən  mö'təbər  mənbələr 
olan  açıq  səma  altındakı  "etnoqrafik  muzeylərini-qəbir- 
stanlıqlannı"  müəyyən bəhanələrlə  dağıtmaq,  xalqın  "ta­
rixi  möhürü"  sayılan  toponimik  adları-yer adlarını  dəyiş­
dirmək kimi tədbirlərin həyata keçirilməsini ön plana çək­
miş  və  aramsız  davam  etdirmişdir.  Əlbəttə,  Çar  Rusiya­
sının bu tədbirləri ön plana salması, heç də, təsadüfi deyil. 
Bu bir sıra tarixi  qanunauyğunluqlarla bağlıdır:
Birincisi,  xalqın  tarixən  istifadə  etdiyi  əlifbanı  xalqın 
əlindən  almaq, müasir nəsli  soy kökündən, mənşəyindən, 
tarixindən  ayırmaq,  xalqı  parçalamaq  və  zəiflətmək  ide­
yasım həyata keçirməkdə imperiya siyasətçilərinə ən mü­
hüm  kömək  vasitəsi  olur.  Azərbaycan-türk  xalqının  tari­
xən  istifadə  etdiyi  ərəb  əlifbasının  dəyişdirilməsi  ideyası 
hələ  XIX  əsrin  ortalarından  irəli  atılmış  olsa  da,  Çar  Ru­
siyası belə  bir addım atmaqdan çəkinmişdir.
Nəhayət, XX əsrin birinci rübündə Çar Rusiyasının va­
risi  rolunda  çıxış  edən  keçmiş  Sovetlər  imperiyası  tarix 
səhnəsinə  gəlir.  Bu  imperiya  elə  yarandığı  ilk  günlərdən 
"panislamizm",  "pantürkizm"  və  "panturanizm"  kimi  uy­
durma  ideologiya  istiqamətlərini  güclü  şəkildə  davam 
etdirir.  Bu  ideologiya,  hər  şeydən  əvvəl,  müsəlman-türk 
dünyasına qarşı istiqamətlənmişdir. Məhz belə bir ideoloji 
uydurmanın  ilk  "qələbəsi"  1926-1929-cu  illərdə  özünü 
büruzə  verdi.  Keçmiş  Sovetlər imperiyası  türk xalqlarının 
tarixən  1200-1300  il  istifadə  edib,  tamamilə  mənimsəmiş
256
olduğu ərəb əlifbasını "yadlaşdırıb"  xalqın əlindən aldı və 
onun  əvəzinə latın qrafikası  əsaslı  əlifba verdi...
Burada yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə 
düşərdi.  Məlumdur ki, Azərbaycan xalqı təxminən iki  əsrə 
yaxın  Çar  Rusiyasının  və  onun  varisi  kimi  çıxış  edən  So­
vetlər  imperiyasının  müstəmləkəsi  altında  olmuşdur.  Bu 
müstəmləkəçilərdən  birincisi,  dünyada  "xalqlar  həbs­
xanası", kapitalist dövləti, kimi, ikincisi isə, "beynəlmiləlçi", 
"demokratik",  "bərabərhüquqlu",  "sosialist ittifaqı-dövləti"" 
kimi tanınmışdır. Bu, hər iki dövlət qurumu  öz strateci  ide­
ologiyasına görə, bir medalın iki üzü olub, bir-birinin müs­
təmləkəçilik,  "parçala,  hökmranlıq  et"  siyasətini  davam 
etdirmişlər.  Bu  "bir medalın  iki  üzünü"  bir-birilə  müqayisə 
etdikdə,  aydın  oldu ki,  medalın birinci üzü  -  "xalqlar  həbs­
xanası" adlanan çar Rusiyası, medalın ikinci üzü olan Sovet­
lər  imperiyası  ilə müqayisədə çox humanist olmuşdur.  Yə'- 
ni,  Azərbaycan,  eləcə  də,  digər türk  xalqlarının  da  tarixən 
istifadə  etdiyi  ərəb  əlifbasının  dəyişdirilməsi  barədə  təx­
minən  70 il mübarizə aparılsa da, Çar Rusiyası xalqın  tarixi 
mədəniyyətinə  nisbətən  "humanist"  münasibət  göstənniş, 
xalqın  tarixi  əlifbasını  dəyişməyə  cəsarət  etməmişdir.  So­
vetlər  imperiyası  isə,  elə  öz,  varlığının  ilk  illərindən  "mə­
dəni"  repressiyalar" tətbiq etməyə başladı.  Bu repressiyanın 
ilk  qurbanı  da  türk  xalqlarının  1200-1300  il  istifadə  etdiyi, 
tam  mə'nası  ilə  mənimsəmiş  olduğu  ərəb  əlifbasının  latın 
qrafikası  əsaslı  əlifba  ilə  dəyişdirilməsi,  xalqın  öz  soy  kö­
kündən  və  tarixindən  ayrılması  oldu (I929-cu  il).  Bax,  bu­
dur!  Sovet  "demokratiyası"nm nəticələri...
257


Beləliklə  də,  xalq öz soy kökündən  ayrı salındı,  qədim  
və  şərəfli  tarixindən  "mədəni"  yola  uzaqlaşdırıldı.  Lakin 
yaddaşlar  unudulmadı.  Türk  xalqlarının  keçmişi və  birliyi 
ideyası  yaddan  çıxmadı.  Bunu  hiss  edən  keçmiş  Sovetlər 
imperiyası  bir neçə  ildən sonra yeni  tə'cili  "tədbirlərə"  əl 
atdı.  Türk  xalqları  latın  qrafikalı  əlifbanı  yenicə  m ənim ­
səmişdir ki,  Sovetlər birliyinin mətbuat orqanlarında,  küt­
ləvi  informasiya  vasitələrində  "yeni  istiqamətli  təbliğat" 
başlandı.  Deməzsənmi,  türk  xalqlarının  qəbul  etdiyi  latın 
qrafikalı yeni  əlifba türk dillərinin səs tərkibinə, yazı m ə­
dəniyyətinin  tələblərinə  tam  mə'nası  ilə  cavab  vermir. 
Odur ki, türk xalqları arasında müasir elmi  və mədəniyyə­
ti  yaymaq  və  inkişaf etdirmək  üçün  "yeni  əlifba"  tətbiq 
edilməsi  "vacib"  bir  məsələ kimi  gündəliyə çıxarılır.  İm­
periya məkrli  Sovet  təbliğat maşını  işə düşür.  Kütləvi  in­
formasiya  vasitələrinin  materiallarında,  qəzet  və  jurnal 
məqalələrində  "canfəşanlıq"la"  latın  qrafikalı  türk  əlifba­
sının  qüsurları  açıqlanır,  türk  dillərinin  inkişafına  imkan 
vermədiyi qeyd olunur. Eyni zamanda türk xalqlarının ya­
zı mədəniyyətinin  inkişaf etdirilməsi barədə kiril qrafikalı 
"yeni  əlifba"nın  tətbiq  edilməsinin  vacibliyindən,  elmin 
və mədəniyyətin sürətlə  inkişaf etdirilməsində onun əhə­
miyyətindən  və  əvəzolunmaz  rolundan  ürək  dolusu 
danışılırdı...
B o s,  bu  tə b liğ a tın  m ə q sə d i,  m əra m ı n ə  id i?
Bu təbliğatın müqəddəm şərti və məqsədi mənşəyi bir, 
dili  bir,  mədəniyyəti  bir,  dini  bir  olan  türk  xalqlarının 
birliyini  pozmaq,  onların gücünü  zəiflətmək,  onları  vahid
258
soy  kökündən və  mənşəyindən  ayırmaq,  hətta,  türk xalq­
larının  mənşəcə  qohumluğunu  danmaq  və  yeri  gələrsə, 
onları  bir-birinin  üstünə qaldırmaq,  onların arasında nifaq 
salmaqla  imperiya  siyasətinin  bütün  çalarlarını  həyata 
keçirmək  ideyasından  irəli  gəlirdi...  Çünki  1926-1929-cu 
illərə  qədər  türk  xalqları  tarixən  vahid  ərəb  əlifbasından 
istifadə etdiyi kimi onlar üçün yenə də vahid latm qrafikalı 
əlifba  tərtib  olunub  verilmişdir.  Deməli,  Sovet imperiyası 
türk xalqlarının tarixən istifadə etdiyi  ərəb  əlifbasını  ləğv 
etmək üçün tətbiq etdiyi repressiyada bir sıra səhvlərə yol 
vermişdir.  Yə'ni  latın  qrafikalı  əlifbaya  keçirməklə  türk 
xalqlarını  soy  kökündən,  tarixindən  ayırsa  da,  onları  par­
çalaya  bilməmişdir.  Məhz,  Sovet  imperiyası  türk  xalqla­
rına  olan  bu  münasibətini  həyata  keçirmək  üçün  türk 
xalqlarının  yenicə  mənimsədiyi  latın  qrafikalı  əlifbaya 
yenidən repressiyalar tətbiq etməli oldu.  Bir sözlə, bu rep­
ressiyalar zamanı  keçmiş  Sovet imperiyası  özünün  keçmiş 
səhvlərini  düzəltdi.  "Mərkəzin"  göstərişi"  ilə  XX  əsrin 
30-cu  illərinin  axırlarında  "Mərkəz"  (Moskva  türkoloq­
ları,  türk  dillərini  əsaslı  şəkildə  bilməyib,  türk  dillərinin 
taleyini həll  edən türkoloqlar) türkoloqları tərəfindən keç­
miş  SSRİ  məkanında yaşayan  hər bir türk xalqı  üçün  kiril 
qrafikası  əsaslı  yeni  əlifba  tərtib  olunur.  Həmin  əlifbalar 
tam  hazır olduqdan sonra  1939-cu ilin  ilk aylarında "Mər­
kəz"  göstəriş  verir ki,  1940-cı  il  yanvar ayının  1-dən  e'ti- 
barən  türk  xalqları  yazıda  kiril  qrafikası  əsasında  tərtib 
olunmuş yeni  əlifbaya keçməlidirlər. Odur ki,  1939-cu ilin 
ikinci  yarısında  "Mərkəzin"  göstərişi  ilə  bütün  türkdilli
259


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə