Əgər belə olsa, xalqın min illər boyu yaradıb-yaşatdığı
şifahi xalq ədəbiyyatı nümunələrini toplayanlar da özlərini
müəllif hesab edərlər. Lakin onlar sadəcə olaraq folklor
toplayıcılan adlanırlar.
Bir neçə kəlmə də, radio və teliviziya verilişlərində tez-
tez səslənən "maestro1’ sözü haqqında söyləmək də yerinə
düşərdi. "Maestro" sözü Azərbaycan dilində "usta-ustad"
mənalannda işlədilir. Yəni, Öz peşəsini həm nəzəri, həm də
təcrübi baxımdan dərindən bilən və həmkarları arasında
fərqlənən şəxslər "usta" adlanır. Bədii yaradıcılıq sahəsin
də, xüsusilə, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində,
o cümlədən, aşıq sənətində, peşəkar bəstəkarlıqda və mü-
ğəmıilikdə fərqlənən şəxslər "ustad", elm sahəsində fərq
lənən görkəmli alimlər isə xalq və elmi ictimaiyyət tə
rəfindən "mirzə" adlandırılır. Hətta, ustadlıq sənətinin müx
təlif sahələri ilə əlaqədar olaraq, xalqımız "Hər oxuyan
Molla Pənah olmaz", "Ustad oğlu şəyird olmaz" kimi zər-
bül-məsəllər də yaratmışlar. Onu
da qeyd edək ki, XX əsrdə
başda Üzeyir Hacıbəyli oimaqia dünya miqyasında tanınmış
onlarla bəstəkarlarımız, müğənnilərimiz fəaliyyət göstərdiyi
halda, istər xalq arasında, istərsə də musiqi ictimaiyyəti
arasında yalnız bir nəfər bəstəkar-drijor Niyazi "Maestro"
fəxri adı ilə şöhrət tapmışdır. Həmçinin, bədii ədəbiyyat
sahəsində onlarla istər sabiq Ümumittifaq, istərsə dünya
miqyasında tanınmış şairlərimiz və yazıçılanmız olduğu
halada, yalnız Səməd Vurğun "Hər oxuyan Molla Pənah
olmaz" ifadəsi və "Xalq şairi" adı ilə tanınmış və indi də
tanınmaqdadır. İndi isə, onun varisi kimi tanınmış Xalq şairi
252
Zəlimxan Yaqub, Xalq yazıçılarından isə İsmayıl Şıxlı belə
fəxri adlarla tanınır. Yaxud elm sahəsində istər Azərbaycan,
istər sabiq Ümumittifaq, istərsə də dünya miqyasında
tanınmış onlarla məşhur alimlərimiz olduğu halda, yalnız bir
nəfər alim-professor Feyzulla Qasımzadə "Mirzə" fəxri adı
ilə şöhrət tapmışdır.
Yuxanda qeyd olunanlardan
belə nəticəyə gəlirik ki, xalq
hər şeyə, hər sahəyə özünün milli təfəkkürünün məhsulu
olan "El gözü tərəzidir" meyan, ölçüsü ilə yanaşır. Son
illərdə ölkəmizdə aşkarlıq, demokratiya, azadlıq və müstə
qillik şəraitində yaşayan xalqımızın bəzi nümayəndələri, o
cümlədən bəzi "üzədəıı iraq" ziyalılanmız müstəqillik anla
yışlarından çox suii istifadə etməyə başlamışlar: bir neçə
"cızmaqarası" çap olunanlar özlərini şair, yazıçı; musiqi
çalğı alətlərində orta səviyyədə (bəlkə də, orta səviyyədən
də aşağı) çalmağı bacaranlar
və ahəngdar səsi olub, bir neçə
mahnı oxuyanlar; həmçinin, bəzi müğənnilərin oxuduqları
mahnıların həm mətninin müəllifi, həm bəstəkan; həm də
müğənnisi (xanəndəsi) olduğunu qeyd edirlər.
Təəssüf ki, ölkəmizin ayrı-ayn radio və televiziya şirkət
lərinin proqramlarında belə "üzdəniraq" çalğıçılara da
"SMS"lə geniş yer verilir. Onlar ədalətsiz olaraq, "Maestro"
adlandırılır. Beləliklə də, dünya miqyasında şöhrət tapmış
maestro Niyazinin adma, şan-şöhrətinə "kölgə" salırlar. Baş
qa sözlə desək, "SMS"lə "şöhrət" tapanlar Niyazi səviyyə
sinə qaldırılır və yaxud əksinə Niyazi kimi dünya miqyaslı
bəstəkar və dirijor onlann səviyyəsinə endirilir. Hətta, tele
253