Radio və televiziya yayımlarının ayn-ayn proqramlarının
verilişlərində tez-tez elə ifadələr səslənir ki, həmin ifadə
lərin birinci tərəfi alınma sözdən, ikinci tərəfi isə ədəbi dili
mizdə fəal şəkildə işlənən sözlərdən ibarət olur, "nastraji
hisslər". Bu ifadəni işlədən aparıcı yəqin "nastraji" sözünün
də elə "hiss" mənasında işləndiyini bilmir. Başqa dildən
qeyri-peşagarcasma dilimizə gətirilən "nastaji" sözü də elə
"hiss" mənasında işlənir. Bu sözlərin ifadə etdiyi məna
tutumlarını nəzərə aldıqda və onların köməyi ilə müəyyən
bir ifadə yaratmış olsaq, onda "hiss hisləri" kimi gülünc bir
məna almar... Deməli, dilimizin
gözəlliyini və zənginliyini,
sabitliyini və səlisliyini qorumaq istəyiriksə, onda "gəlişi
gözəl" səslənən alınma sözləri dilimizə gətinnəklə dilimizi
korlamamalıyıq...
Qeyd.
Məqalə "Kreda” (№20 (495), 7.V1.2008; №21
(496), 14.VI.2008) və "Azərbaycan Cümhuriyyəti" (№ 7,
27.VIII.2008; №8, 3.IX.2008; № 9, 10.IX.2008; № 10,
17.IX.2008) qəzetlərinin səhifələrində çap olunub.
244
“Milləti sevmək üçün ən irəli dilimizi
sevməliyik. Dilimizi sevmək hamımızın
ən birinci müqəddəs borcu olmamıdır.
Ö.F.Nemanzadə,
14. EFİRDƏ MÜĞƏNNİ VƏ XANƏNDƏLƏRİN
ÇIXIŞLARINDAN QEYDLƏR
İstər radio və istərsə də televizya verilişlərinin dilində
həm gənc müğənnilərin, həm də xanəndələrin ifalarında
ədəbi dilimizin, xüsusilə şifahi ədəbi dilimizin daxili qayda
və qanunlarının pozulması hallarına tez-tez təsadüf etmək
olur (bəlkə də, bir verilişdə bir neçə dəfə). Bu da, şübhəsiz
ki, hər şeydən əvvəl, bəzi müğənni və xanəndənin öz sə
nətinə-peşəsinə “soyuq və məsuliyyətsiz” yanaşması, mu
siqiyə aid bilik, bacarıq və vərdişlərini artırmaq məqsədilə
öz üzərində fasiləsiz olaraq çalışmaması ilə bağlı olur. Bəzi
müğənnilər musiqi mətnini əzbərdən yaxşı bilmirlər.
Azərbaycan dilində təhsil almayan bəzi müğənnilər isə,
dilimizdəki о-a, o-e, ö-ü, g-q, ğ-h, k-g, c-ç və s. səsləri
orfoepik (düzgün tələfüz) baxımdan fərqləndirə bilmir
(hotta, bəzi aparıcılar-diktorlar da). Belə hallan isə,
xalqımızın qədimlərdən bəri yaradıb-yaşatdığı, zənginləş
dirdiyi, səlisləşdirdiyi, sabitləşdirdiyi ana dilimizə biganəlik
və ya savadsızlıq kimi qiymətləndirmək olar.
245