ədəbiyyat tarixini yaradarkən Sibir, Mərkəzi Asiya, Kiçik
Asiya, Qafqaz və Şərqi Avropada yayılmış türk xalqlarının
ədəbiyyatının qədim və son məşhur nümunələrinə
söykənməlidir. Həmin nümunələrə Yusif Balasaqunlunun
"Kudatqu biliq", Əhməd Yüqneginin "Atibət ül-həqayiq",
Əhməd
Yasəvinin "Divani Hikmət" əsərlərini və s. daxil
etmək olar. Bu da, hər şeydən əvvəl, türk xalqları arasında
əlaqələrin artırılması və türk birliyi
zəmnində fasiləsiz
fəaliyyət göstərməklə mümkündür... Bu sahədə görüləsi
çox işlər vardır.
Məlumdur ki, iki əsrdən çox türk xalqları
nın əksəryyəti əvvəlcə "xalqlar həbsxanası" adlanan Çar
Rusiyasının, sonralar isə 70 il keçmiş SSRİ imperiyasının
’’beynəlmiləlçiliyi" ruhunda "milli ruhsuz" ruhunda tərbiyə
olmuş, başımıza dəhşətli müsibətlər gətirilmiş, milli
ədəbiyyatlar yeri gəldi-gəlmədi rus ədəbiyyatının tə'siri ilə
əlaqələndirilmiş, "milli məhdudluq" baş alıb getmiş, türk
xalqlarının "türk ruhu", "müsəlman inamı" təhrif olunmuş,
uətta, onların yada salınması repressiyalarla qarşılanmış,
milli ruhlu ziyalılar "pantürkizm" və "panislamizm" dam
ğaları ilə damğalanmış, minlərlə günahsız yazıçı, şair, incə
sənət xadimi, alim, hərbçi, ictimai xadim repressiya qurbanı
olmuşdur. 1920-1940-cı illər arasında Azərbaycan ziyalıla
rının 29
min nəfəri, həmçinin 2 min nəfərə yaxın generalları
və ali rütbəli zabitləri Sovet imperiyasının repressiya qur
bam olmuşdur...
Onu da qeyd etmək yerinə düşərdi ki, türk ədəbi dilləri
nin birliyinə doğru getməyin başlıca amillərindən birini türk
18
xalqlarının milli məktəblərinin yaradılması və öz milli məz
mununu əks etirən dərsliklər (əlbəttə, ədəbiyyat və dəgər
humanitar elmlər sahəsində) yazılması və bir sözlə, milli
məzmuna qayıdılması üçün ən aktual problem kimi qarşıda
durmalıdır. Milli ədəbiyyat yaratmağın
əsas istiqaməti məhz
yeni ruhlu məktəblərdən-tərbiyə ocaqlanndan başlanma
lıdır... Əlbəttə, hal-hazırda Rusiya Federasiyasının tabeliyin
də olan onlarla türkdilli xalqlann ədəbiyyatının rus təsirin
dən çıxması və ruslaşdınnanm qarşısını almaq üçün onlara
hərtərəfli köməklik göstərmək lazımdır...
8.
ALİ MƏKTƏBLƏRDƏ TÜRK FİLOLOGİYASI VƏ
TARİXİ FAKÜLTƏLƏRİNİN TƏ’SİS EDİLMƏSİ. Türk
xalqlarının, eləcə də, türk ədəbi dillərinin birliyinə doğru
getməyin ən mühüm amillərindən birini də ayrı-ayrı türk
dilli ölkələrin ali məktəblərində türk filologiyası və tarixi
fakültələrinin tə’sis edilməsi və bu sahədə elmi-pedaqoji
kadrların hazırlanması təşkil edir. Əlbəttə, bu tipli fakültələr
vahid tədris planları və tədris proqramları həmçinin, Azər
baycan türkcəsi və Türkiyə türkcəsinin ümumi qovşağına
əsaslanan Türk dillərindən vahid dərsliklər, dərs vəsaitləri
və metodik göstərişlər hazırlanmalı və onların əsasında fəa
liyyət göstərməlidir. Tədris işlərinin müasir tələblərə cavab
vennəsi üçün ali məktəblərarası professor-müəllim kadrla
rının mübadiləsi də ön plana çəkilməlidir. Bizim mülahizə
mizə görə, "Tiirk filologiyası və tarixi" faldiltəsi"nin tə’sis
olunması vaxtı da çoxdan çatmışdır. Bu, hətta, vacibdir.
Beləliklə də, əsrlər boyu bir-birinin dilindən və mədəniy
19