türk dillərinin hamısı üçün ortaqlı mənbələrin toplanması və
nəşri qarşıya qoyulan problemin həll edilməsi üçün ən baş
lıca şərtlərdən biridir. Burada Ə.Hüseynzadənin bir kəla
mını xatırlamaq da yerinə düşərdi. O, yazırdı ki, "...türk dili
isə dövrü-cədid üçün tərəqqi və mədəniyyət dili oluyor. Bu
həm zamanın, həm də məkanın iqtizatındadır... bu gün kür-
reyi-ərz üzərində türk dilindən daha müntəşir bir dil
yoxdur... Türkün:
"Eylər dili Çin səddi nədək hökmünü icra:
B ir ııcu A ltay bu yerin, bir ucu səhra!..."
Necə də gəlişi gözəl ifadələrdir. Deməli, türk dillərinin
soyköküııə qayıtması və ondan qidalanması, birliyə doğru
getməsi müasir dövrün, həyatın tələbindən irəli gələn bir
haldır. Bu mə'nada türk dillərinin tarixinin öyrənilməsində
klassik irsin tarixinin dərindən araşdırılması milli dillərin in
kişaf yolunun müəyyənləşdirilməsində başlıca rol oynayır...
4.
TÜRK XALQLARI ÜÇÜN VAHİD ƏLİFBA SİS
TEMİNDƏ MƏTBUAT ORQANININ YARADILMASI.
Türk ədəbi dillərinin birliyinə doğru getmək üçün ən mü
hüm şərtlərdən biri də yeni ümumtürk ədəbi dilinin for
malaşmasında və təşəkkül tapmasında başlıca rol oynayan
kütləvi mətbuat orqanlarının - qəzet və jurnalların tə'sis
olunması və nəşr edilməsi mühüm əhəmiyyət kəsb edir.
Məhz buna görə də, mətbuat orqanları öz fəaliyyətində bir
sıra amillərə üstünlük vennəlidir: Birincisi, ona görə ki,
qəzet və jurnallar sadə, hamının anlayacağı, başa düşəcəyi
14
kütləvi dildə nəşr olunmalıdır. İkincisi, qəzet və jurnal
səhifələrində nəşr olunan materiallar yeknəsək yox, müxtə
lif məzmun və mündərəcədə olmalıdır ki, oxucunun diq
qətini cəlb edə bilsin. Üçüncüsü, qəzet və jurnalların səhifə
lərində nəşr olunan materiallar həm qədim, həm də müasir
türk dünyasının həyatını, siyasi münasibətlərini, iqtisa
diyyatını, mədəniyyətini və s. geniş şəkildə əks etdirməli
dir... Belə olduqda, şübhəsiz ki, kütləvi mətbuat orqanlan
daim hamının diqqət mərkəzində olacaqdır... Bu məqsədlə
"Türk dilləri" adlı gündəlik qəzet və "Türk dil bilimi" adlı
aylıq jurnal (əlbəttə, qəzet və jurnalın adlan şərtidir, onlar
başqa adla da adlandırıla bilər) tə'sis etməli, həmin qəzet və
jurnalın səhifələrində vahid türk əlifbasının layihəsi
və onun
tədrisi metodikası, əlifba problemlərinə həsr olunmuş elmi-
metodik yazılar, həmçinin, türk xalqlarının qədim tarixi, bu
günü və gələcəyi, mədəniyyəti, ədəbiyyatı, adət-ən’ənə-
ləri və s. barədə tanınmış alimlərin və qabaqcıl ziyalıların
mülahizələrini nəşr edib, ictimaiyyətin müzakirəsinə ver
məli və sonra həmin müzakirələrin nəticələri yekunlaş-
dırılıb əməli işdə tətbiq edilməlidir.
5.
TÜRK XALQLARI ÜÇÜN VAHİD RADİO VƏ TE
LEVİZİYA VERİLİŞLƏRİ MƏRKƏZİNİN YARADIL
MASI. Türk ədəbi dillərinin birliyinə doğru irəliləmək, həm
də bu sahədə böyük və sür'ətli nəticələr əldə etmək üçün ən
mühüm vasitələrdən biri də türk xalqları üçün vahid Radio
və Televiziya Verilişləri Mərkəzinin yaradılması və onun
səmərəli fəaliyyət göstərməsi başlıca rola malikdir. Türk
15