ALTAY DİLLƏRİ AİLƏSİNDƏ AZƏRBAYCAN-
TÜRK DİLİNİN XÜSUSİ MÖVQEYİNİN
TƏŞƏKKÜL TAPMASININ ƏSAS
ŞƏRTLƏRİ
Dünyanın digər dil ailələrində müəyyən səviyyədə apa
rıcı
dillər olduğu kimi, Altay dilləri ailəsinə daxil olan dillər
arasında da Azərbaycan-türk və Osmanlı türkcəsinin tarixin
müəyyən mərhələlərində aparıcı rolu və xüsusi mövqeyi
olmuşdur. Bu sahədə Azərbaycan-türk dilinin xüsusi
mövqeyi erkən orta əsrlərdən etibarən bariz şəkildə özünü
büruzə vermişdir. Bu isə, hər şeydən əvvəl, bir sıra tarixi-
siyasi və ictimai hadisələrlə bağlı olmuş və Azərbaycan-
türk dilinin xüsusi mövqeyinin təşəkkül tapmasına geniş
şərait yaratmışdır. Bu şərait bir sıra obyektiv və bəzən də
subyektiv səbəblərlə bağlı olmuşdur. Bizim mülahizəmizə
görə homiıı səbəblər aşağıdakılardan ibarətdir:
1.
Altay dilləri ailəsində Azərbaycan-türk dilinin xü
susi mövqeyinin təşəkkül tapmasının ilkin və bəlkə də,
başlıca səbəblərindən birincisini Azərbaycan türkcəsinin
etiogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin
hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir böl
gədə və ya ərazidə məskonləşməsi, vahid ictimai-siyasi
qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V
əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim
dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı
30
olmuşdur. Tarixi sənədlərin verdiyi məlumatlara görə,
"İskit (Skif) çarlığı (Turan imperiyası), Midiya (Mada),
Sak-Massaket, Atropatena və.b. dövlətlər Azərbaycan-
türk xalqının e.ə. yaratdığı möhtəşəm dövlətləridir" (El-
məddin Əlibəyzadə, İqrar Əliyevin əleyhinə 9 məqalə və
ona 3 əlavə, Bakı, 2000, səh. 16).
2. Digər səbəbi isə, Azərbaycanın əlverişli geostrateji
mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük
körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və
digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı ol
muşdur. Şübhəsiz ki, bu da bir tərəfdən ölkənin iqtisadiy
yatının və mədəniyyətinin inkişaf etməsinə, digər tərəf
dən də Azərbaycan-türk dilinin xalqlararası ünsiyyət
vasitəsinə çevrilməsinə şərait yaratmışdır. Başqa sözlə
desək, ulu babalarımızın tarixin qədim dövrlərində
özlərinin tayfa birliklərini və dövlətlərini yaratması,
onlara ünsiyyət vasitəsi kimi xidmət edən dilin də sürətlə
inkişaf etməsinə və sabitləşməsinə səbəb olmuşdur.
3. Azərbaycan türklərinin tarixin lap qədim zaman
larından geniş bir ərazidə yayılması və demək olar ki,
tarixin bütün mərhələlərində sayca çoxluq təşkil etməsi
də digər türk dillərinə nisbətən bu dilin mövqeyinin güc
lənməsinə və artmasına geniş şərait yaratmışdır.Əlbəttə,
bu da təsadüfi deyil. Çünki Azərbaycan-türk ədəbi dilinin
şifahi qolunun sabitləşməsi dövründən təxminən 15
əsrdən çox vaxt keçmişdir. Onun ən klassik nümunələ
rindən biri olan "Kitabi- Dədə Qorqud" dastanlarını, yüz-
31