deqazasiya deyilir.
- Xəstəlik törədən həşaratların məhv edilməsinə dezinseksiya deyilir.
- Xəstəlik yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir.
Bunların hamısı xüsusi təmizlik adlanır.
Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və tam sanitariya təmizliyinə və
ərzağın, FMV-nin zəhərləşdirilməsinə bölünür.
Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə
ocaqlarında, adamların özləri tərəfindən bir neçə dəfə və zəhərlənmə ocaqlarındançıxdıqdan sonra keçirilir.
Qismən sanitariya iəmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir.
A) Zəhərlənmə ocaqlarında:
- üst paltarı; dəri müdafiə geyimləri və ayaqqabını şotka və yaxud süpürgə ilə
təmizləməli;
- islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini
silməli.
B) Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra:
ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz
çıxarılmır);
- arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək;
- çüxarılmış paltarı kəndirin üzərinə asıb şotka və yaxud süpürgə ilə radioaktiv
tozu süpürməli, əleyhqazın çantasını təmizləməli və hissəsini islanmış əski ilə
silməli;
- əleyhqazı çıxarılıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun
boşluğunu təmiz su ilə yaxalamalı.
V) Kimyəvi maddələr və bakterioloci vasitələrlə zəhərlənmə zamanı:
- fərdi kimyavi paketi (ИPP-8) açmalı, əski (tampon) hazırlamalı;
- dərinin açıq yerlərini, əleyhqazın üz hissəsini, paltarın yaxalarını və əl dəyən
yerləri silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır).
Q) Bakterioloci vasitələrlə zəhərləndikdə:
- paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı;
- fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri
silməli.
Eyni vaxtda radioaktiv, kimyəvi və bakterioloci zədələnməyə məruz qaldaqda,
birinci növbədə kimyəvi, sonra isə radioaktiv və bakterioloci zəhərlənmənin
qarşısını almaq lazımdır.
Dostları ilə paylaş: |