17
yetmiş min dəfə dünya və o, şeylər ki, yer üzündə var
ondan və bir rəkət namazı imam camaatın arxasında
camaatla qılmaq miskinə verilən yüz min dinar
sədəqədən yaxşıdır. Və camaat namazında möminin
bir səcdəsi yüz qul azad etməkdəndə üstündür.
23. İxlaslı insan Mühəddis Qumi:
Görkəmli alimlərdən biri belə nəql edir: “Mərhum
Məhəmməd Ağa Hacı Şeyx Abbas Qumini
(“Məfatihul-cinan” kitabının müəllifi) Məşhədə dəvət
etmişdilər. O, orda mənbərə gedib bir neçə gün
Gövhər Şad məscidində camaat namazı qılırdı.
Çoxları Məşhəd əhlindən və zəvvarlardan çoxu onun
camaat namazında iştirak edirdilər. O, bir gecə
Məğrib namazını qılıb İşa namazını camaatla
qılmayıb getdi.
Ondan soruşdular ki, niyə İşa namazın qılmadın?
Dedi: “Məğrib namazını qılan vaxt mükəbbirin səsini
uzaqdan eşitdim ki, mənim namazımın təkbirini deyir.
Hiss etdim ki,, camaat çoxdu. Azacıq qürur qəlbimə
yol tapdı. İşa namazını bu halda qılmağım düz deyildi
və buna görə camaat namazını tərk edəməyi qərara
aldım”.
24. Camaat namazının fəziləti:
İslam peyğəmbəri (c) buyurmuşdur: “İnsanın
camaatla namaz qılması qırx il evdə qılınan
namazdan yaxşıdır. Soruşdlar ki, ya rəsulallah, bir
18
gününmü namazı? Həzrət (c) buyurdu: Bəlkə də bir
namaz.”
25. Camaat namazı və ayətullah Xansari:
Mərhum ayətullah seyid Həsən Xansari heç vaxt
gecə namazını, ziyarət aşuranı və camaat namazını
tərk etmədi. Məscidə getməyən vaxt evdə ailəsi ilə
birlikdə camaat namazı qılırdı. Çox insaflıydı və hamı
ilə xoş rəftar edərdi. Müsəlmanların işlərinin islahı
üçün qəribə diqqəti var idi. Xansar şəhərinin
hakimiminin göstərişi ilə məxsus onun üçün Came
məscidi tikdilər ki, həmişə cümə və camaat namazı o
məsciddə qılınırdı.
19
IV-cü
FƏSİL
SÜBH VƏ İŞA CAMAAT NAMAZLARI
26. Bütün gecənin ibadətindən üstün:
Həzrət rəsulullah (c) buyurdu: “Sübh namazını
camaatla qılmağım mənim nəzərimə gecəni sübhə
qədər ibadət etməkdən daha üstündür.”
27. Sübh camaat namazı:
Rəsulullahın (c) zamanı idi. Təzə İslam höküməti
Mədinədə fəaliyyətə başlamışdı. İmam Baqirin (ə)
nəqlinə əsasən bir gecə Əmirəlmöminin Əli (ə)
gecənin əvvəlindən namaz qılmağa durur. Eləki, sübh
oldu
həzrət həmişəki kimi məscidə gedib
peyğəmbərin (c) camaat namazında iştirak etmək
istəyir. Amma gecənin yuxusuzluğuna görə sübh
namazını evdə qılır və namazdan sonra yuxu onu
tutur. Peyğəmbər (c) o sübh Əlini (ə) məsciddə
görmədiyi üçün namazdan sonra həzrət Fatimənin (s)
yanına gəlir. Fatimə (c) bütün hadisəni peyğəmbərə
deyir. Peyğəmbər (c) buyurdu: “O, hədiyyə ki, Sübh
camaat namazına xatir ona veriləcəkdi, əlindən çıxdı
və o hədiyyə gecə qıldığı bütün namazlardan
üstündür.” Əli (ə) Peyğəmbərin səsini eşidən kimi
yuxudan
ayıldı
Peyğəmbər (c) həzrət
20
Əliyə (ə) buyurdu: “Bir şəxs ki, Sübh namazını
camaatla qıla, elə bil bütün gecəni ruku və səcdə
halında keçirmişdir.”
28. Həzrət Peyğəmbərin (c) sualı:
Həzrət İmam Sadiq (ə) buyurdu: “Peyğəmbər (c)
bir gün sübh namazını qılandan sonra məsciddə
üzünü əshaba tutub bir neçə adamın adlarını bir-bir
çəkə-çəkə
onların
namazda
olub-olmadıqları
barəsində soruşdu. Əshab ərz etdi ki, ya rəsulallah
olmayıblar.
Həzrət
təəccüblə
soruşdu:
“aya
qaibdirlər.” Sonra dedi: “Düzü, heç bir namaz
münafiqlər üçün Sübh və İşa namazından çətin deyil.”
29. Camaat namazının savabı:
İslam peyğəmbəri (c) Osman ibni Məzuna dedi:
“Hər kəs Sübh namazını camaatla qıla və namazdan
sonra günəşin nuru saçana qədər zikr deyə ona
Firdovs behiştində yetmiş mərtəbəli meydan verilər.
Hər məqamın ərazisi 70 il sürətli atın qaçışı qədərdir.
Hər kəs Zöhr namazını camaatla qılsa, onun üçün
Ədn cənnətində bir yer verilər ki, 50 məqamı vardır.
Hər məqamın ərazisi 50 il sürətli atın qaçışı qədərdir
və hər kəs Əsr namazını camaatla qılsa, ona həzrət
İsmail (ə) övladlarından səkkiz nəfəri azad etməyin
savabı verilər ki, onların hər biri ailə sahibidirlər. Hər
kəs İşa namazını camaatla qılsa, Qədr gecəsinin
savabını ona hədiyyə edərlər.
21
V-ci
FƏSİL
CAMAAT NAMAZININ ƏSƏRLƏRİ
30. Behiştə daxil olmağa səbəb olur:
İmam Sadiq (ə) buyurub: “Hər kəs qırx gün imam
camaatın sağ tərəfində namaz qılsa behiştə daxil
olacaq.”
31. Namaz qılanlara xoş gümanlı olmaq:
İmam Sadiq (ə) buyurur: “Hər kəs gündəlik beş
namazını camaatla qılsa, ona qarşı xoş güman olun və
onun şəhadətini qəbul edin.”
32. Camaat namazında ardıcıl iştirak etmək:
Peyğəmbər (c) buyurur: “Hər kəs camaat
namazında ardıcıl iştirak etsə, onun qeybəti
müsəlmanlara haram və ədaləti isə sabit olur.”
33. Camaat namazının bərəkəti:
Rəsulallah (c) buyurdu: “Hər kəs gündəlik beş
namazını camaatla qılsa Allah beş şeyi ona inaət edər:
1. Kasıblığı ondan uzaqlaşdırar. 2. Qəbr sıxıntısını
ondan götürər. 3. Qiyamət günü əməl dəftərini onun
sağ əlinə verərlər. 4. Sirat körpüsündən ildırım kimi
keçər. 5. Sorğu-sualsız behiştə daxil olar.”
34. Cəhənnəm və
nifaq odundan bəraət:
Dostları ilə paylaş: |