8
II-ci
FƏSİL
CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ
3. Cəbrayılın arzusu:
Peyğəmbər Əkrəm (c) buyurdu: “Yeddi əməli
yerinə yetirmək üçün Cəbrayıl arzu etdi ki, kaş oda
Adəm övladlarından olaydı. O əməllərdən biri camaat
namazı qılmaqdır.”
4. Camaat namazına eşq bəsləmək:
Rəbi ibn Xeysəm fələc xəstəliyinə tutulmasına
baxmayaraq, camaat namazından qalmırdı. Hər gün
onun əlindən tuturdular və o, ayaqlarını sürüyə-
sürüyə özünü camaat namazına çatdırırdı. Bir nəfər
ona dedi: “Əgər evdə namaz qılsan sənin üçün daha
yaxşı olar. Bu qədər çətinlik çəkməzsən”. Rəbi dedi:
“Gedəndə əziyyət olmasına baxmayaraq, hər kəs
“Həyyə ələs-səlah” kəlməsini eşitdikdə onu qəbul
etməlidir”.
5. Azan deyənə cavab vermək.
Allahın rəsulu, (c) buyurdu: Elə ki, müəzzin
“Əşhədu ənla ilahə illəllah”, deyir Allah-taala
buyurur: “Ey Məhəmmədin ümməti harda olsanız bir
neçə camaat namazına məşğul olun”.
6.
Loğmanın
sifarişi:
9
Loğman övladına dedi: “Oğlum! Əgər nizənin
üstündə də olsa belə namazı camaatla qıl!”
7. Birinci camaat namazı:
İmam Sadiq (ə) buyurdu: “Birinci camaat namazı
ki, əda olundu. Həmin gün idi ki, həzrət peyğəmbər
(c) namaz qılırdı və Əli ibn Əbu Talib əmirəlmöminin
(ə) onunla bir yerdə idi.
8. Təklik camaatdır:
Həsən Siqəl Əbu Əbdullah İmam Sadiqdən (ə)
camaatın ən az sayı barədə soruşdu. İmam buyurdu:
“Bir kişi bir qadın və əgər heç kəs belə məsciddə
olmasa belə mömin təkcə camaatdır. Çünki azan və
iqaməni deyəndə iki cərgə mələk onun arxasında
namaza durur. Və əgər tək iqamə desə, bir cərgə
mələk ona iqtida edir.”
Həmçinin Allahın peyğəmbəri buyurmuşdur:
“Mömin təklikdə höccət və camaatdır.”
9. Namazı camaata görə təxirə salmaq:
Cəmil ibn Saleh imam Sadiqdən (ə) sual etdi:
“Bunlardan hansı daha fəzilətlidir?”
İnsanın namazını vaxtında qılması, yoxsa əgər
məscidin imamı varsa, məscid əhli ilə birlikdə camaat
namazı qılmaq üçün namazını bir qədər təxirə
salması?
Həzrət buyurdu: “Namazı təxirə salsın məscid əhli
ilə namaz qılsın. Əgər məscidin imam camaatı varsa.
10
10. Əsasından tutan olmayan kor:
Həzrət İmam Sadiq (ə) buyurdu: “İslam
peyğəmbəri istədi ki, namazlarını evdə qılıb və
camaat namazına gəlməyən qövmün evlərinə od
vursunlar. Bu vaxt bir kor kişi həzrətin yanına gəlib
dedi: “Ya rəsulallah, mənim gözlərim görmür, amma
məscidin azanını eşidirəm, əsamdan tutan yoxdu ki,
məni camaat namazına gətirsin.” Həzrət buyurdu:
“Evindən məscidə qədər ip bağla (əsandan tutan
olmayanda). O, ipdən tut və özünü namaza çatdır.”
11. Müşk iyi camaat namazında:
Böyük alim hacı şeyx Məhəmməd Baqir buyurdu:
Mənim adətim idi ki, həmişə camaat namazından
sonra sağımda və solumda oturanla görüşürdüm. Bir
gün Samirədə camaat namazından sonra, elm
əhlindən olan mərhum Mirzayi Şirazi (Allah
məqamını uca etsin) mənim sağ tərəfimdə oturmuşdu
ki, onunla görüşdüm. Və bir nəfər kəndli ki, sol
tərəfimdə idi, nəzərimə kiçik gəldiyi üçün onunla
görüşmədim. Bundan peşiman oldum və tez öz-
özümə dedim ki, ola bilsin mənim nəzərimə kiçik
olan bir şəxs, Allah yanında ehtiramlı və əziz olsun.
Tez onunlada ədəblə görüşdüm. Elə bu vaxt qəribə
müşk iyi hiss etdim, amma elə bil dünya
müşklərindən deyildi. Çox sevindim və ehtiyatla
ondan soruşdum ki, müşk varınızdı? Dedi: “Yox
11
mənim heç vaxt müşküm olmayıb.” Yəqin etdim, bu
iy ruhani və mənəvi iylərdən, özü isə məqamı olan
ruhani bir şəxsdir. O, gündən əhd etdim ki, heç vaxt
möminə kiçik gözlə baxmayam.
12. Çətin halda camaat namazı:
Peyğəmbəri Əkrəm (c) can verən halda idi.
Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı
Mədinədə başlandı. Allahın rəsulu (c) qalxıb
dəstəmaz aldı. Bir əlini həzrət Əlinin (ə) və o biri
əlini Fəzl ibni Abbasın çiyninə qoyub çox çətinliklə
məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb
evə döndülər.
13. Camaat namazına tələsmək:
Müsəlmanlardan
bir
nəfər
tələsik
halda
peyğəmbərin məscidinə tərəf gəldi ki O, həzrətin
camaat namazında iştirak etsin. O, məscidə çatan vaxt
gördü ki, artıq camaat məsciddən çıxır. O bir nəfərdən
soruşdu: “Niyə məsciddən çıxırsınız?” Dedilər ki,
namaz qurtarıb. Gecikən kişi dərindən ah çəkib
əfsuslandı ki, niyə camaat namazına çata bilmədi.
Müsəlmanlardan bir kişi ona dedi: “Sən o yanıqlı ahı
mənə bağışla və mən camaat namazımı sənə verim.”
Gecikən kişi razılaşdı. (burada gecikən kişi öz ahına
qürurlanmadı) Həmin gecə yuxuda gördü ki, bir nəfər
ona deyir: “Xoş sənin ruhani halına ki, yanıqlı ahı
verib, həyat suyu və şəfa tapdın. Ahın müqabilində
Dostları ilə paylaş: |