12
başqa şəxsdən alınan namaz məsciddə olanların
namazından tez Allah yanında qəbul olundu.
14. Həzrət Məhdi (əc) imaməti ilə camaat namazı:
Həzrət İsa (ə) həzrət Məhdi (əc) tərəfdarlarına
qoşulandan sonra, Həzrət Məhdi (əc) O, həzrətə
deyəcək: “Qabağa dur və camaat ilə namaz qıl!” (yəni
imam camaat ol). Amma həzrət İsa (ə)deyəcək:
“Namaz sənin üçün iqamə olub.” Buna görə həzrət
Məhdinin (əc) arxasında dayanıb namaz qılıb və
ondan beyət edəcək.
CAMAAT NAMAZININ FƏLSƏFƏSİ
Əbu Əli Sina tanınmış arif Əbu Səid Əbul Xeyr
üçün namə yazdı ki, nəyə lazımdır camaat hamısı
məscidə yığılsın. Bir halda ki Allah insanın boyun
damarından ona yaxındır, onda harda olursan ol, əgər
Allah ilə rabitəni yaratdınsa, nəticə alacaqsan.
Əbu Səid Əbu Əli Sinanın məktubunun cavabını
yazdı və o, məktubda belə bir misal çəkmişdi: “Əgər
bir neçə çıraq qapısı bağlı bir otaqda olarsa,
çıraqlardan biri söndüyü halda digərləri işıqlı olacaq.
Amma otaqda yalnız bir çıraq olub söndüyü halda
otaq qaranlıqlaşacaq. İnsanlar da belədirlər: bəziləri
günahkardırlar, əgər tək olsalar bəlkədə Allahın feyz
və nurunun bərəkətini dərk etməyə müvəffəq
olmasınlar.
Amma
camaatla olsalar bəlkə
13
də bəzi şəxslərinin bərəkətinə görə onlarada öz feyz
və bərəkətindən nəsib edər.
14
III-cü
FƏSİL
CAMAAT NAMAZININ SAVABI
15. Namaz camaat namazının surətində:
İmam Rza (ə) buyurur: “Namaz camaat ilə daha
da fəzilətlidir.”
16. Camaat namazı əfzəldir:
Məhəmməd ibni İmarə deyir: “İmam Rzadan (ə)
sual etdim ki, bir şəxsin namazı təklikdə Kufə
məscidində qılmasının fəziləti çoxdur, ya camaat
namazında iştirak etməsinin? Həzrət buyurdu:
Camaat namazı fəzilətlidir.”
17. Camaat namazının fəziləti:
Həzrət Rəsul (c) buyurur: Camaatla qılınan namaz
təklikdə qılınan 25 namazdan üstün və fəzilətlidir.”
18. Yetmiş min mələk:
Rəsuli Əkrəm (c) buyurdu: “Hər kəs öz ayağı ilə
camaat namazına görə məscidə tərəf gedə, hər addım
götürüb-qoyduqca əməl dəftərinə min savab yazırlar.
Və yetmiş min dərəcə onun üçün əta edirlər. Əgər bu
ölənə qədər davam etsə, qəbrə görüşünə gedib
təklikdə həmdəm olmaq və bağışlanmasını tələb
etmək üçün Haqq təala yetmiş min mələyi ona
müvəkkil edər.”
15
19. İki rəkət camaat namazının savabı:
İmam Sadiq (ə) buyurdu: “Camaat namazının
fəziləti tək qılınan namalza müqayisədə 23 dərəcə və
25 namaz hesab olur.”
20. Camaat namazında bir təkbiri dərk etmək:
Peyğəmbəri Əkrəm (c) buyurdu: “Cəbrayıl (ə)
mənim yanıma gəlib dedi: “Ey Məhəmməd! Bir
təkbiri ki, mömin camaat namazında dərk edə, onun
üçün yetmiş həcc və min müstəhəbb ümrədən
yaxşıdır.”
21. Bir rəkətin fəziləti:
İmam Rza(ə) buyurur: “Camaat namazının fəziləti
təklikdə qılınan namazla müqayisədə hər bir rəkət iki
min rəkətə bərabərdir.”
22. Çoxlu savab:
İslam Peyğəmbəri (c) buyurdu: “Cəbrayıl yetmiş
min mələklə zöhr namazından sonra təşrif gətirib
bildirdi: Ey Məhəmməd(s)! Allah sənin üçün salam
və iki hədiyyə göndərib ki, indiyə qədər heç bir
peyğəmbərə göndərməyib.” Həzrət buyurdu: “O, iki
hədiyyə nədir?” Cəbrayıl ərz etdi: 1. Üç rəkət vitr
namazı (iki rəkət şəf, bir rəkət vitr gecə namazının
nafilələrindən);
2. Camaat namazıyla beş vaxtın namazı;
Həzrət (c) sual etdi: Ey Cəbrayıl! Camaat
namazının mənim ümmətim üçün nə faydası var?
16
Cəbrayıl ərz etdi: “Ey Məhəmməd(c)! O, vaxt ki,
camaat namazında iki nəfər olur, Allah-təala hər bir
şəxs üçün hər rəkətdə 150 namaz yazır. O vaxt ki,
camaat namazında üç nəfər olur, Allah-təala hər bir
nəfər üçün hər rəkətdə 600 namaz yazır. O, vaxt ki,
camaat namazında dörd nəfər olur, Allah-təala hər bir
nəfər üçün hər rəkətdə 1200 namaz yazır. O vaxt ki,
camaat namazında beş nəfər olur, Allah-təala hər bir
nəfər üçün hər rəkətdə 2400 namaz yazır. O vaxt ki,
camaat namazında altı nəfər olur, Allah-təala hər bir
nəfər üçün hər rəkətdə 4800 namaz yazır. O vaxt ki,
camaat namazında yeddi nəfər olur Allah-təala hər bir
nəfər üçün hər rəkətdə 9600 namaz yazır. O vaxt ki,
camaat namazında səkkiz nəfər olur Allah-təala hər
bir nəfər üçün hər rəkətdə on doqquz min iki yüz
namaz yazır. O vaxt ki, doqquz nəfər olur, Allah-təala
hər bir nəfər üçün hər rəkətdə otuz altı min dörd yüz
namaz yazır. O zaman ki, on nəfər olur Allah-təala
hər bir nəfər üçün hər rəkətdə yetmiş iki min səkkiz
yüz namaz yazır. Camaat namazında iştirak edənlərin
sayı on nəfərdən çox olduqda əgər asiman səhifə və
kağız, ağaclar qələm, cinlər, insanlar və mələklər isə
yazan olsalar, yenədə bir rəkətin savabını yazmağa
qadir deyillər.
Ey Məhəmməd(c)! Camaat namazının birinci
təkbirini dərk etmək altı yüz min həcc və ümrədən,
Dostları ilə paylaş: |