Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   2   3   4   5   6   7   8   9   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
16
 
 
RELATIONSHIP BETWEEN THE LICENSING INDEX  
AND AMENDMENT TO LAWS 
 
SUMMARY 
 
Purpose:  The  purpose  of  the  study  is  to  darify  the  dependence  between 
legislation and licensing. 
Methodology: The key analysis method was used 
Result:  In  our  opinion,  international  experience  should  be  used,  and 
licenses should be granted to ASAN. The lack of liberalism and legal obstacles 
is one of the key features of the developed countries. Azerbaijan needs to study 
and apply the methodology and methodological practice of these countries. 
Keywords: permit, sub-index, time, expense, fee, tariff, model and 
SO 
on. 
 
Giriş 
Bu təhlillərin aparılmasında məqsəd Azərbaycanda lisenziyalaşdırma sahə-
sində aparılan tədbirlərin iqtisadi fəallığı stimullaşdıra bilib-bilmədiyini aydın-
laşdırmaqdan  ibarətdir.  Yəni  qanunvericilikdə  lisenziyalaşdırma  sistemində 
aparılan  dəyişikliklərin  lisenziyalaşdırma  sub-indeksinin  dəyişməsi  ilə  əlaqə-
sinin araşdırılması məqalənin əsas məqsədini təşkil edir. 
Məqalədə son illərdə lisenziyalaşdırma sahəsində qanunvericilik bazasının 
əhəmiyyətli  dərəcədə  dəyişməsi  və  təkminləşdirilməsinin  ölkədə  lisenziya 
almaq  üçün  sənədləşdirmə  prosedurunun  sürətlənməsinə,  sahibkarlığa  və  nəti-
cədə  ölkəmizin  sub-indeksin  dəyişməsinə  təsiri  müxtəlif  cədvəl,  diaqram  və 
qrafiklərdən də istifadə olunmaqla şərh edilmişdir. 
Lisenziya  (latıncadan  licentia  -  icazə)  -  hansısa  konkret  iqtisadi  fəaliyyət 
növünü  həyata  keçirmək  üçün  dövlətin  şirkətlərə  və  fərdi  sahibkarlara  rəsmi 
sənəd  şəklində  verdiyi  xüsusi  icazədir.  Ayrı-ayrı  şəxslərə  və  ya  təşkilatlara 
müəyyən iş görmək üçün ixtiranı, biliyini, təcrübəni və s. istifadə etməyə görə 
verilən  icazəyə  deyilir  -  lisenziya.  Lisenziya  verilməsinin  insanların  sağlam-
lığından  tutmuş,  ölkənin  təhlükəsizliyinin  təmin  edilməsinə  qədər  böyük  bir 
sahədə  rolu  vardır.  Lisenziyalaşdırma-xüsusi  razılığın  (lisenziyanın)  verilməsi 
prosesidir.  İdxal  və  ixraca  müvafiq  hakimiyyət  orqanlarının  öz  mülahizəsinə, 
yaxud  hər  hansı  konkret  meyarlara  əsasən  verdiyi  xüsusi  icazələrin  (lisen-
ziyaların) tətbiqidir.  [Famil Mirzəyev, "Gömrük sistemində  qeyri-tarif  tənzim-
lənməsinin  metodları  və  xüsusiyyətləri.  Gömrük  dəyəri  və  onun  müəy-
yənləşdirilməsi  metodları"  pdf.]  Dünya  ticarətində  lisenziyalaşdırma  çox 
çeşidliyi ilə seçilir. İdxal və ya ixracın qaydasını da müəyyən edə bilən özəlliyə 
də  sahibdir  lisenziya.  Bəzən  lisenziyalaşdırmanı  ölkələr  arasında  ticarətin  arzu 
edilməyən  miqdarının  hər  hansı  müddət  ərzində  məhdudlaşdırıldığı  zaman 
həyata keçirilən müvəqqəti tədbir kimi də izah edirlər. 
Lisenziyalaşdırma  sub-indeksi  [Nazim  Müzəffərli,  İqtisadiyyatın  Solluğu 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
17
 
 
(Sağlığı)  indeksi  -2015]  lisenziyalaşdırmanın  asanlıq-çətinliyi  üzrə  iqtisadiy-
yatın sağlıq-solluğunun qiymətləndirilməsidir. 
Əgər  lisenziyalaşdırma  asandırsa,  iqtisadiyyat  sağçıdır.  Əksinə,  əgər 
lisenziyalaşdırma  çətindirsə,  iqtisadiyyat  solçudur.  Lisenziyalaşdırma  sub-in-
deksinin  hesablanması  zamanı  dörd  parametri  nəzərə  almaq  lazımdır:                   
a)  lisenziyalaşdırılan  fəaliyyət  növlərinin  sayı;  b)  lisenziyalaşdırılan  fəaliyyət 
növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə 
qaydaları.  Bu  göstəricilər  iş  sahibləri  üçün  nə  qədər  əlverişlidirsə  (yəni  say 
azdırsa,  çeşid  məhduddursa,  müddət  uzundursa  və  qaydalar  sadədirsə),  iqtisa-
diyyat bir o qədər daha sağdadır. 
Lisenziyalaşdırma  sub-indeksi  Doing  Business  tərəfindən  tədqiq  edilən 
"Tikinti  üçün  icazə  alınması"  indikatoruna  əsasən  hesablanır.  Burada  vaxt  və 
xərc (bunu hipotetik şirkət tikinti ilə bağlı lazım olan lisenziya və icazəni əldə 
etmək üçün sərf edir) amilləri üzrə göstəricilərdən istifadə edilir. 
Vaxt (V) və xərc (X) indikatorları (Vi - Vmin)/(Vmax - Vmin) düsturu ilə 
0-1 aralığına gətirilir. Sub-indeks bu 2 göstəricinin cəbri ortasıdır. 
 
L=(V+X)/2 
 
AMEA  İqtisadiyyat  İnstitutu  olaraq  bütün  sub-indekslər  üzrə  2016-cı  il 
üçün  99  ölkə  üzrə  araşdırma  aparmışdıq.  Lisenziyalaşdırma  sub-indeksində 
Azərbaycanın yeri aşağıdakı şkalalarda göstərilmişdir. 
 
Şkala 1. 
 
 
 
Şkalaya  əsasən,  tədqiq  edilən  99  ölkənin  hamısı  həndəsi  mərkəzdən  (0,500) 
sağda yerləşir. 
 
 
 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
18
 
 
Şkala 2. 
 
 
 
Lisenziyalaşdırma  sub-indeksi  göstərir  ki,  ən  sağçı  iqtisadiyyat  Sinqa-
purdadır  (0,015)  və  o,  ən  sağ  nöqtədə  yerləşir.  Bu,  həmin  ölkədə  lisenziyanın 
alınmasının asanlığını göstərir. Kamboca (0,357) 99 ölkə arasında ən solçudur. 
Belə  ki,  bu  ölkədə  lisenziya  əldə  etmək  üçün  şərtlər  çox  çətindir.  Median 
Niderlanddır  (0,099).  Niderland  nisbi  mərkəzin  (0,100)  üzərinə  düşür. 
Azərbaycan  (0,122)  nisbi  mərkəzə  yaxındır  və  ondan  bir  qədər  sağda  yerləşir. 
Şkalaya  əsasən,  Azərbaycan  sağçı  kimi  görünsə  də,  əslində  ölkə  solçu 
iqtisadiyyata  malikdir.  Çünki  99  ölkə  arasında  Azərbaycan  sağdan  70-ci  və 
soldan  isə  29-cudur.  Başqa  sözlə  desək,  Azərbaycan  28  ölkəyə  nəzərən  sağçı, 
69  ölkəyə  nəzərən  də  solçudur.  Bunu  nəzərə  alaraq,  ölkədə  lisenziyalaşdırma 
sahəsində  vaxtın  qısaldılması  və  xərcin  azaldılması  üzrə  islahatlar  aparılması 
zərurəti olduğunu deyə bilərik. Nəticə olaraq qeyd etmək olar ki, tədqiq edilən 
ölkələrin  əksəriyyətində  lisenziyalaşdırma  sahəsində  liberal  siyasət  həyata 
keçirilir. 
İdarə  etmədə  yeni  üsulların  tətbiqi  nə  qədər  çevik  və  yenilik  xarakterli 
olarsa,  nəticə  bir  o  qədər  yüksək  keyfiyyətli  olar  və  qlobal  iqtisadi  proseslərə 
ayaqlaşmağa  imkan  verər.  Məqaləmizdə  məqsəd  qanunvericilikdə  baş  verən 
dəyişikliyin sub-indeksə necə təsir etdiyini, onlar arasında asılılığı izah etməyə 
çalışacağıq.  Sub-indeksin  qanunvericilikdən  asılılığı  aşağıdakı  funksiya  şək-
lindədir. 
İi = f ( Q i )  
 
İ  - indeks,  - qanunvericilik 
İqtisadi  nailiyyətlərin  əsasında  müasir  çağırışlara  cavab  verən  düşünülmüş, 
gələcəyə  hesablanmış,  xalqın  və  dövlətin  milli  maraqlarına  xidmət  edən 
məqsədyönlü  və  praqmatik  islahatlar  dayanmalıdır.  Azərbaycanda  sahibkar-
lığın,  ümumilikdə  biznes  mühitinin  geniş  miqyasda  inkişafına  mane  olan  əsas 
amillərdən  biri  məhz  mövcud  lisenziyalaşdırma  və  icazə  sistemi  olmuşdur. 
Qanunvericilik  bazası  və  onun  yaratdığı  biznes  mühiti  o  qədər  əlverişli  ol-
malıdır ki, hər bir Azərbaycan vətəndaşı istədiyi vaxt öz təşəbbüsü ilə istədiyi 
 
BƏƏ
 0.023 
İ
ndoneziya  
0.124 
 
Kamboca 0.357  
 
Kipr  0.314 
A
vstriya 0.118 
S
inqapur 0.015  
Azərbaycan 
0.122 
0,000
0,200
0,400
0,600
0,800
1,000


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə