Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
19
 
 
iqtisadi  fəaliyyət  sahəsində  biznes  qura  bilsin.  Bu  baxımdan  Azərbaycan 
Respublikası  Prezidenti  19  oktyabr  2015-ci  il  tarixli  650  nömrəli  Fərmanında 
bir çox əngəlləri hüquqi olaraq aradan qaldırmış oldu. Dövlət təhlükəsizliyi ilə 
bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə 
verilməsinə  başlanıldı  [http://www.president.az/articles/16419].  Lisenziya  və 
icazələrlə  məşğul  olan  qurumların  fəaliyyətlərində  ciddi  dəyişikliklər  oldu.  Bu 
Fərmanla, lisenziyalaşdırma sistemi sadələşərək və təkmilləşdirilərək lisenziya-
ların müddət məhdudiyyəti aradan qaldırılıb və lisenziyaların rüsumları ortala-
ma  olaraq  2  dəfə  aşağı  salınıb.  Belə  ki,  lisenziyaların  sayı  kəskin  azaldılmış, 
lisenziyalaşdırma ilə bağlı prosedurları, lisenziyanın alınması üçün tələb olunan 
sənədləri,  lisenziyanın  qüvvədə  olma  müddətini,  lisenziyanı  verən  dövlət 
orqanlarını,  dövlət  rüsumunun  məbləğini,  lisenziyanın  dayandırılması  və  ləğv 
edilməsini 
özündə  birləşdirən  vahid  qaydalar  müəyyən  edilmişdir 
[http://www.e-qanun.az/frame  work/32626].  Ölkə  qanunvericiliyində  lisenziya, 
icazə,  xüsusi  icazə  və  başqa  bu  kimi  terminlərin  müəyyənlikləri  nisbətən 
dəqiqləşmiş oldu, onların fərqləri göstərildi. Sahibkarlıq fəaliyyəti üçün verilən 
icazə  xarakterli sənədlər  əsasən  xüsusi razılıq, icazə,  xüsusi  icazə,  razılıq,  rəy, 
qeydiyyat,  sertifikat,  şəhadətnamə,  bəyənilmə,  çıxarış,  sərəncam  və  s.  aiddir 
[http://unec.edu.  az/application/uploads/2015/05/sEHLA.pdf].  Dəyişikliklərdən 
sonra mövcud olan hüquqi baza imkan verir ki, azad rəqabətin inkişafı, istehsal 
olunan  məhsulun,  göstərilən  xidmətlərin  keyfiyyətinin  yüksəlməsi  prosesini 
daha da sürətlənsin. 
Hazırda  lisenziyaları  və  icazələri  müvafiq  sahələrdə  tənzimləmə  funksi-
yasını həyata keçirən vahid dövlət qurumu müəyyənləşib. İqtisadiyyat və Səna-
ye  Nazirliyi  tərəfindən  və  ASAN  Xidmət  mərkəzləri  tərəfindən  lisenziyaların 
verilməsinə başlanılıb. 
Hipotez: Fərz edək  ki, bu sahədə liberallaşma makroiqtisadi  göstəricilərə, 
biznes mühitinə "mənfi" təsir göstərib və yaxud əksinə "müsbət" təsir göstərib. 
Azərbaycan  Respublikası  Prezidentinin  "Sahibkarlıq  fəaliyyətinin  xüsusi 
razılıq  (lisenziya)  tələb  olunan  növlərinin  sayının  azaldılması,  xüsusi  razılıq 
(lisenziya)  verilməsi  prosedurlarının  sadələşdirilməsi  və  şəffaflığının  təmin 
edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 
2015-ci  ilin  2  noyabr  tarixindən  İqtisadiyyat  Nazirliyi  tərəfindən  dövlət 
təhlükəsizliyi  ilə  bağlı  hallar  istisna  olmaqla  lisenziyaların  "ASAN  xidmət" 
mərkəzləri  vasitəsilə  verilməsinə  başlanılmışdır.  Həmçinin  Azərbaycan 
Respublikası  Prezidentinin  "Lisenziyalaşdırma  sahəsində  bəzi  tədbirlər 
haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya 
tələb  olunan  fəaliyyət  növlərinin  sayı  59-dan  37-yə  endirilmiş,  indiyə  kimi 
verilmiş  qüvvədə  olan  müddətli  lisenziyalar  müddətsiz  elan  olunmuş,  yeni 
verilən  lisenziyalar  isə  müddətsiz  müəyyən  edilmiş,  lisenziyanın  verilməsinə 
görə ödənilən dövlət rüsumunun  məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 
dəfə  (regional  televiziya  və  radio  yayımı  istisna  olmaqla)  azaldılmış,  lisenziya 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
20
 
 
verən  dövlət  orqanların  sayı  23-dən  4-ə,  lisenziyaların  verilməsi  müddəti  15 
gündən  10  iş  gününə  endirilmiş,  lisenziya  verilməsi  üçün  tələb  olunan  prose-
durlar isə sadələşdirilmişdir [Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 
rəsmi internet səhifəsi: 
http://www.economy.gov.az/index.php?option=com_content&view=article 
&id=88:azərbaycan-respublikasmm-mvestisiya-mühiti-
haqqmda&catid=17:investisiyalar& lang=az 08.11.2016]  
 
Beləliklə,  aşağıdakı  sual  ortaya  çıxır.  Lisenziyalaşdırma  sahəsində  həyata 
keçirilən  siyasət  lisenziyalaşdırma  indeksinə  necə  təsir  göstərib?  Hər  il 
təxminən  190  ölkədə  biznes  mühitinin  qiymətləndirilməsi  əsasında  hazırlanan 
"Doing Business" hesabatında Dünya Bankı dünya ölkələrində həyata keçirilən 
islahatları  və  əldə  olunan  nəticələri  qiymətləndirir.  Biznes  mühitinin  mövcud 
vəziyyətini  əks  etdirilməsi  ilə  yanaşı,  hesabat  eyni  zamanda  biznesin  aşkar 
etdiyi onun işgüzar fəaliyyətinə və gələcək inkişafına təsir edən əsas maneələri 
yaxından nəzərdən keçirir. "Doing business 2017" hesabatından. 
[The  World  Bank  Group,  Ease  of  Doing  Business  in  Azerbaijan, 
http://www.doingbusiness.org/data/exploreeconomies/azerbaijan] 
Azərbaycan 65-ci pillədə (2016-cı ildə 63-cü pillədə) qərarlaşıb. Hesabata 
əsasən,  Azərbaycan  dünyada  3  və  daha  çox  islahat  aparan  29  ölkədən  biridir. 
"Vergilərin  ödənilməsi"  göstəricisi  üzrə  2017-ci  ildə  40-cı  pillədə  (öncəki  ilin 
hesabatında  34-cü),  "Biznesə  başlama"  göstəricisi  üzrə  5-ci  (öncəki  ilin 
hesabatında 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 
32-ci  (öncəki  ilin  hesabatında  36-cı),  "Xarici  ticarətin  aparılması"  göstəricisi 
üzrə  83-cü  (öncəki  ilin  hesabatında  94-cü),  "Elektrik  təchizatı  şəbəkələrinə 
qoşulma"  göstəricisi  üzrə  105-ci  (öncəki  ilin  hesabatında  110-cü),  "Əmlakın 
qeydiyyatı”  göstəricisi  üzrə  22-ci  (öncəki  ilin  hesabatında  22-ci),  "Kredit 
təchizatı"  göstəricisi  üzrə  118-ci  pillədə  (öncəki  ilin  hesabatında  109-cu), 
"Müqavilələrin  icrasının  təmin  edilməsi"  göstəricisi  üzrə  44-cü  (öncəki  ilin 
hesabatında  40-cı)  yerdə  qərarlaşıb  indikatorları  üzrə  ciddi  dəyişiklik  yaşan-
mamışdır. 2016-cı illə müqayisədə 2017-ci ildə 10 göstərici üzrə 6-da geriləmə, 
4-də irəliləmə müşahidə edilmişdir. 2015-ci illə müqayisədə 2016-cı ildə isə 10 
göstəricidən  4-də  geriləmə,  6-da  irəliləmə  müşahidə  edilmişdir.  Bu  durumda 
Azərbaycanın  öz  mövqeyini  yaxşılaşdırdığını  hesab  etmək  olmaz.  Ümumi 
şəkildə Azərbaycan sıralamada durduğu pilləsini dəyişməmişdir. 
 
 
 
 
 
 
 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə