Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə405/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   401   402   403   404   405   406   407   408   ...   412

O, ağır-ağır ayna qabağında stulun üstünə çökdü; bu ayna Jan Valjanın həyatı üçün faciəli, 

Mariusun həyatı üçün xilasedici rol oynamıĢdı. Bu aynada o, Kozettanın süngər kağızında əksi 

qalan məktubunu oxumuĢdu. O özünü aynada görüb tanımadı. Onun səksən yaĢı vardı; Marius 

evlənənə qədər ona güclə əlli yaĢ verirdilər. Bir il onu otuz il qocaltmıĢdı. Alnındakı qırıĢlar indi 

qocalıq əlaməti deyil, ölümün sirli damğası idi. QırıĢlarda ölümün amansız caynaqlarının izi 

görünürdü. Üzünün dərisi sallanırdı və elə rəngdə idi ki, sanki, indidən onu torpaq örtürdü; 

çənəsi qədim zamanlarda məqbərə üstündə həkk olunan maskaların çənəsi kimi sallanırdı, dilsiz, 

məzəmmətli baxıĢları boĢluqlara zillənmiĢdi. Onu ədalətsiz qəza-qədərin qurbanı olan bir faciə 

qəhrəmanı hesab etmək olardı. 

O, elə vəziyyətə, yorğunluğun elə pilləsinə gəlib çatmıĢdı ki, burada kədər Ġsanın qəlbindən 

çıxmaq üçün daha özünə yol axtarmır, o, sanki, donub qalır, ürəkdə, elə bil, ümidsizlik laxtası 

əmələ gəlir. 

Hava qaraldı. O çox çətinliklə stolu, köhnə kreslonu buxarının yanına çəkdi. Stolun üstünə 

mürəkkəbqabı, qələm və kağız qoydu. 

Bunu edəndən sonra huĢunu itirdi. Özünə gələndə susadığını hiss etdi. 

O çox zəifləmiĢdi, dolçanı qaldıra bilmədiyindən, çox çətinliklə onu ağzına sarı əydi, bir qurtum 

su içdi. 

O daha ayağa dura bilmədi, kresloda oturub qaldı, yatağına sarı çevrildi. Kozettanın xırdaca, qara 

donuna, onun üçün son dərəcə əziz olan bütün bu Ģeylərə baxmağa baĢladı. 

Bu cür baxmaq saatlarla davam edə bilər, amma adama elə gələr ki, bir neçə dəqiqə keçmiĢdir. 

Birdən o üĢüdüyünü hiss edərək diksindi; stola dirsəklənib qələmi əlinə aldı. KeĢiĢin Ģamdanları 

stolun üstündə yanırdı. 

Qələmdən və mürəkkəbdən çoxdandı heç kəs istifadə etmirdi; qələmin ucu əyilmiĢdi, mürəkkəb 

qurumuĢdu. Mürəkkəbqabına bir neçə damcı su tökmək üçün o, yerindən qalxmağa məcbur oldu; 

bu zaman iki-üç dəfə dayanıb oturdu; yazını da qələmi çevirərək yazdı. O, arabir alnının tərini 

silirdi. 

Onun əli əsirdi. O yavaĢ-yavaĢ bir neçə sətir söz yazdı: 

―Kozetta, sənə xeyir-dua verirəm. Hər Ģeyi sənə izah edim. Sənin ərin məni buradan 

uzaqlaĢdırmaqda və bunu hiss etdirməkdə haqlı idi; o, öz mülahizələrində bir qədər yanılsa da, 

hər halda, haqlı idi. O çox yaxĢı adamdır. Mən öləndən sonra da sən onu bütün qəlbinlə sev. 

Cənab Ponmersi, mənim istəkli balamı həmiĢə sevin... Kozetta, bu məktubu burada tapacaqlar, 

indi gör sənə nə demək istəyirəm: mənim gücüm çatsa, yadıma sala bilsəm, sən bütün rəqəmləri 

biləcəksən, diqqətlə qulaq as: bu pullar, doğrudan da, sənindir. Məsələ belədir: ağ qaqatı 

Norveçdən, qara qaqatı Ġngiltərədən gətirirlər, qara ĢüĢə muncuğu Almaniyadan gətirirlər, qaqat 

daha yüngüldür, daha qiymətlidir, daha bahadır. Fransada da Almaniyada olduğu kimi, çox 

asanlıqla süni qaqat hazırlamaq olar. Bunun üçün iki kvadrat düymə həcmində balaca bir sindan, 

mum əritmək üçün də spirt lampası lazımdır. Bir zamanlar mumu qatrandan və qurumdan 

hazırlardılar, girvənkəsi də dörd franka olardı. Mən onu kitrədən və skipidardan hazırlamaq 

üsulunu kəĢf etdim. Bu mum o birisindən çox-çox yaxĢıdır, özü də otuz sua baĢa gəlir. Sırğa 

bənövĢəyi ĢüĢədən düzəldilir, ĢüĢə bu mum ilə qara, nazik metal sağanağa bərkidilir. Metal 

bəzək üçün bənövĢəyi, qızıl bəzək üçün qara olmalıdır. Ġspaniyada bunları çox alırlar. Orada 

qaqatı xoĢlayırlar...‖ 

Jan Valjan dayandı, qələm əlindən düĢdü, qəlbinin lap dərinliyində ümidsizliklə dolu fəryad 

qopdu. Bu bədbəxt adam əlləri ilə baĢını qamarlayıb fikrə getdi. 

O öz qəlbində çığıraraq dedi: ―Ah, hər Ģey bitdi! (Bu onun ancaq Allah tərəfindən eĢidilən 

Ģikayəti idi). Mən bir daha onu görməyəcəyəm. O, sanki, bir anlığa mənim həyatımı iĢıqlandıran 

bir təbəssüm idi. Mən Kozettaya axırıncı dəfə baxmadan əbədi zülmətə gedəcəyəm. Ah, heç 

olmasa bircə dəqiqə, bircə an onun səsini eĢidəydim, onun paltarına toxunaydım, ona, mənim 

mələyimə baxaydım, sonra öləydim! Ölmək asandır, lakin onu görməyib ölmək dəhĢətdir! O 

mənə baxıb gülümsərdi, bircə kəlmə də olsa söz deyərdi. Məgər bu, bir adama zərər yetirə 

bilərdimi? Yox, bu mümkün deyil, hər Ģey bitdi, həmiĢəlik bitdi! Mən təkəm. Aman allah, mən 

bir də onu görməyəcəyəm!‖ 




Elə bu anda qapı döyüldü. 

 

 



DÖRDÜNCÜ FƏSĠL. 

 

Ancaq təmizləyə bilən bir çəllək çirkab. 



 

Elə həmin gün, daha doğrusu, elə həmin axĢam Marius, bir məhkəmə iĢi ilə məĢğul olmaq üçün 

stolun dalından durub öz kabinetinə gedəndə Bask ona bir məktub verib dedi: ―Məktubu gətirən 

cənab qəbul otağında gözləyir‖. 

Kozetta bu zaman qoca Jilnormanla qol-qola bağda gəzirdi. 

Məktubun da, insan kimi, pis görünüĢü ola bilər. Adam kobud kağıza, səliqəsiz bükülmüĢ 

səhifələrə baxan kimi ikrah hissi duyur. Baskın da gətirdiyi məktub belə idi. 

Marius məktubu aldı. Məktubdan tütün iyi gəlirdi. Heç bir Ģey qoxu kimi hafizəni canlandıra 

bilməz. Marius bu qoxunu xatırladı. Zərfin üstündə yazılmıĢ ünvanı oxudu: ―Cənab baron 

Ponmersiyə. ġəxsən ev sahibinə‖. O, tütünün qoxusunu xatırlamaqla bərabər xətti da xatırladı. 

Elə olur ki, adam nəyə isə təəccüb edəndə qəfildən yadına çoxdan axtardığı bir Ģey düĢür. 

Mariusun da gümanı onu aldatmadı. 

Hafizənin gizli köməkçisi olan qoxu duyğusu Mariusun təsəvvüründə bütöv bir aləm canlandırdı.  

Əlbəttə, bu da həmin göyə çalan mürəkkəbdi, həmin xətdi, xüsusilə bu, həmin tütün qoxusu idi. 

Birdən Jondretin zağası onun gözləri önünə gəldi. 

Bəli, taleyin qəribə Ģıltaqlıqları var! Ġki izdən biri, – bunu o çoxdan axtarırdı, onu tamam 

itirmiĢdi, tapacağına ümid etmirdi, bir izi tapmaq üçün hələ bu yaxınlarda o nə qədər çalıĢmıĢdı, 

– indi iz özü onun əlinə keçmiĢdi. 

Marius zərfi səbirsizliklə açıb məktubu oxudu. 

―Cənab baron, 

Əgər Allah-taala mənə istedad bəxĢ etsəydi, mən baron Tenar, Ġnstitutun üzvü ola bilərdim 

(elmlər akademiyası), lakin mən baron deyiləm. Bizim ancaq familiyamız birdir, mən özümü 

xoĢbəxt hiss edərdim, əgər onu xatırlamaq sizin yüksək diqqətinizi mənə ətf edə bilsəydi. Sizin 

mənə iltifat buyuracağınız xidmət qarĢılıqlı olacaqdır. Mənim əlimdə bir adam haqqında sirr 

vardır. Bu adam sizinlə əlaqədardır. Bu sirri mən sizin sərəncamınıza verirəm, zira siz 

cənablarına faydalı bir adam olmaq Ģərəfinə nail olmaq istəyirəm. Mən sizə hörmətli ailənizdən 

bu adamı qovmaq üçün adi bir vasitə verəcəyəm; bu adam heç bir haqqı olmadan özünü sizin 

ailəyə soxmuĢdur, çünki xanım baronessa özü yüksək ailədəndir. Müqəddəslər müqəddəsi 

xeyirxahlıq uzun zaman cinayətlə bir yerdə yaĢaya bilməz, yaĢasa məhv olar. 

Mən qəbul otağında cənab baronun əmrini gözləyirəm. 

Hörmətlə‖. 

 

Məktub ―Tenar‖ adı ilə imzalanmıĢdı. 



Ay uydurma deyildi, ancaq bir az qısaldılmıĢdı. 

Bir də ki, bu qatma-qarıĢıq boĢboğazlıq, həm də yazının imlası məktubu yazanı ifĢa edirdi. 

Müəllifin kim olduğu aydın idi. Buna Ģübhə ola bilməzdi. 

Marius bərk həyəcanlanmıĢdı. Onun təəccübünü sevinc hissi əvəz etdi. Ġndi o ancaq bir Ģey 

istəyirdi: axtardığı adamlardan ikincisini, yəni onu, Mariusu xilas edən adamı tapsın, – o ayrı heç 

nə arzu etmirdi. 

Yazı stolunun siyirtməsini çəkdi, oradan bir neçə bank bileti götürüb cibinə qoydu, stolun  

gözünü bağlayıb zəngi basdı. Bask qapını açdı. 

Marius: 

– XahiĢ eləyin gəlsin. 

Bask qayıdıb məlumat verdi: 

– Cənab Tenar. 

Otağa bir adam girdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə