Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə409/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

Qəzetlərdən birini tamam qat kəsmiĢdi, dördkünc kağız parçaları Ģəklini almıĢdı və o biri 

qəzetdən daha köhnə görünürdü. 

Tenardye: 

– Ġki məsələ, iki dəlil, – deyərək qəzetləri Mariusa verdi. 

Oxucular bu qəzetlərlə tanıĢdır. Bunlardan biri – 25 iyul 1823-cü il tarixli ―Ağ bayraq‖ qəzeti 

daha köhnədir; romanın ikinci hissəsində bu qəzetdən götürülmüĢ məlumatı oxumaq olar; 

qəzetlər cənab Madlenlə Jan Valjanın eyni adam olduğunu sübut edirdi. O birisi – 15 iyun 1832-

ci il tarixli ―Meniter‖ qəzetidir; bu, Javerin özünü öldürdüyünü aydınlaĢdırırdı: qəzetdə 

yazılmıĢdı: Javerin prefektə Ģifahi surətdə verdiyi məlumatdan aydın olur ki, o, ġanvreri 

küçəsində, barrikadada əsir alındıqdan sonra, qiyamçılardan birinin göstərdiyi alicənablıq 

nəticəsində xilas olmuĢdur: qiyamçı onu niĢan almıĢ, lakin gülləni onun alnına sıxmaq əvəzinə 

havaya atmıĢdır. 

Marius qəzetləri oxudu. Onun qarĢısında düzgün tarix, Ģübhə və inkar edilməyən dəlillər vardı. 

Axı bu qəzetlər Tenardyenin söylədiklərini sübut etmək üçün çap oluna bilməzdi. ―Moniter‖də 

çap olunan məqalə polis prefekturasının rəsmi məlumatı idi. Mariusun daha Ģübhəsi qalmadı. 

Kassirin verdiyi məlumat düz deyilmiĢ, onu aldadıblarmıĢ. Jan Valjanın birdən-birə yüksələn 

surəti, sanki, zülmətdən çıxırdı. Marius öz sevincini saxlaya bilməyərək çığırdı: 

– Deməli, bu bədbəxt adam gözəl bir insanmıĢ! Deməli, bütün bu sərvət, doğrudan da, onun 

imiĢ! Bu Madlen bütün bir ölkənin tanrısı imiĢ! Bu Jan Valjan Javerin xilaskarı imiĢ! O ki 

qəhrəmandır! Müqəddəsdir! 

Tenardye: 

– O, nə müqəddəsdir, nə qəhrəmandır, – dedi. – O qatildir və oğrudur. 

Öz nüfuzunu hiss etməyə baĢlayan bir adam ifadəsi ilə əlavə etdi: 

– Sakit! 

Marius yenə də ―oğru və qatil‖ sözünü eĢitdi, – bu məsələ, sanki, həll olunub qurtarmıĢdı. Onun 

üstünə, elə bil, soyuq su atdılar. 

O həyəcanla dedi: 

– Yenə də?! 

Tenardye: 

– Bəli, yenə də, – deyərək cavab verdi. – Jan Valjan Madlenin pulunu oğurlamamıĢdır, amma o 

oğrudur, Javeri öldürməmiĢdir, amma o qatildir. 

– Siz qırx il bundan əvvəl olan o xırda oğurluğu deyirsiniz, lakin bu iĢ, sizin qəzetlərdən aydın 

olduğu kimi, peĢmançılıqla, fədakarlıqla, xeyirxahlıqla dolu bir həyatla təmizə çıxarılmıĢdır. 

– Cənab baron, mən adam öldürməkdən, oğurluqdan danıĢıram. Özü də, təkrar edirəm, lap bu 

yaxınlarda olan hadisədən! O Ģeyi ki sizə demək istəyirəm, onu hələ heç kəs bilmir. Bu, heç 

yerdə çap olunmamıĢdır. Jan Valjanın çox ustalıqla xanım baronessaya ötürdüyü sərvətin də 

mənbəyini, bəlkə, burada tapmıĢ oldunuz. Mən ―ustalıqla‖ deyirəm, çünki belə bir hədiyyə ilə 

hörmətli bir ailəyə soxulmaq, onlarla bir yerdə gözəl həyat keçirmək, bununla da etdiyi cinayətin 

üstünü basdırmaq, oğurladığı Ģeyin bəhrəsindən istifadə etmək, öz adını gizlətmək, özünə 

qohum-əqrəba qazanmaq, hər halda, ustalıqdır. 

Marius: 

– Mən sizin sözünüzü kəsə bilərdim, – dedi. – Ancaq kəsmirəm, danıĢın. 

– Cənab baron, mən hamısını açıb deyərəm, bunun əvəzində məni mükafatlandırmağı sizin 

ixtiyarınıza buraxıram, sizin alicənablığınız necə deyərsə, elə elərsiniz. Bu sirr qızıla bərabərdir. 

SoruĢa bilərsiniz ki: ―Bəs sən Jan Valjanın yanına niyə getmədin?‖ Çox sadəcə bir səbəbə görə: 

mən bilirəm ki, o, bütün sərvətdən əl çəkmiĢdir, özü də sizin xeyrinizə əl çəkmiĢdir. Mən belə 

hesab edirəm ki, Jan Valjan burada bic tərpənmiĢdir. Ġndi onun bircə quruĢu da yoxdur, mən 

onun yanına getsəm, o, boĢ ciblərini mənə göstərəcək. Axı mənə Juayaya getməkçin pul 

lazımdır, buna görə də sizin yanınıza gəldim: sizin hər Ģeyiniz var, onun heç bir Ģeyi yoxdur. 

Mən bir az yoruldum, icazə verin oturum. 

Marius özü oturdu, ona da oturmağı təklif etdi. 



Tenardye yumĢaq stulda oturub qəzetləri götürdü, yenə də zərfə qoydu, barmağını ―Ağ bayrağa‖ 

vura-vura mızıldandı: ―Bu bir parça kağızı ələ keçirmək o qədər də asan deyildi‖. Sonra qıçını 

qıçının üstünə aĢırıb, stolun arxasına söykəndi, – özünə arxayın olan adamlar belə otururlar, – 

hər kəlməni ayrıca qeyd edə-edə təkəbbürlə danıĢmağa baĢladı: 

– Cənab baron, iyunun altısında, min səkkiz yüz otuz ikinci ildə, təxminən bir il bundan qabaq, 

qiyam günündə bir adam Paris kloakasının BaĢ kanalında, kanalın Əlillər körpüsü ilə Ġyen 

körpüsü arasında Senaya tökülən səmtində idi. 

Marius birdən stulunu Tenardyeyə sarı çəkdi. Tenardye bunu görüb, qarĢısındakı adamı ələ alan, 

söylədiyi sözlərin zərbəsi altında rəqibinin ürək çırpıntısını hiss edən bir natiq kimi ağır-ağır 

sözünə davam etdi: 

– Bu adam siyasi səbəbə görə deyil, tamam baĢqa səbəbə görə qaçıb gizlənmək üçün bu kloakanı 

özünə məskən seçmiĢdi, buranın açarı onun cibində idi. Bir də deyirəm, bu hadisə iyunun 

altısında, axĢam saat səkkiz radələrində olmuĢdu. Bu adam çirkab kanalından səs gəldiyini eĢitdi. 

O, buna çox təəccüb etdi, divara sıxılaraq qulaq asmağa baĢladı. Bu, addım səsi idi, kim isə 

qaranlıqda yeriyirdi, kim isə ona sarı gəlirdi. Qəribə burası idi ki, kloakada ondan baĢqa da adam 

vardı. Kloakanın dəmir barmaqlıqlı qapısı çox da uzaqda deyildi. Barmaqlıqdan zəif iĢıq 

düĢdüyündən, bu adam o biri adamı gördü; o adam əyilə-əyilə dalında nəsə gətirirdi. Əyilə-əyilə 

gələn adam katorqadan qaçmıĢ dustaq idi, onun dalındakı da meyit idi. Əgər o, doğrudan da, bu 

adamı öldürmüĢdüsə, onda cinayət etdiyi yerdə ələ keçmiĢdi. Özü də o adamı soymuĢdu. 

Katorqa dustağı meyiti çaya atmağa aparırdı. Bir Ģeyi də qeyd etmək lazımdır; katorqa dustağı 

çirkab kanalının dəmir barmaqlıqlı qapısını açmaq üçün bütün kloakadan keçib gələndə, yolda 

dəhĢətli bir lehməli çalaya rast gələcəkdi, meyiti bura ata bilərdi. Lakin kloakanı təmizləyən 

adamlar ertəsi gün bu meyiti tapacaqdılar, amma qatil onun tapılmasını istəmirmiĢ. O, dalındakı 

yük ilə lehməli çaladan keçmiĢdir; bu vaxt o, yəqin ki, çox çətinlik çəkmiĢdir, – adamın həyatı 

üçün bundan böyük bir təhlükəni təsəvvür etmək mümkün deyil. Mən baĢa düĢə bilmirəm: bu 

adam oradan necə diri çıxmıĢdır?! 

Marius stulunu bir az da qabağa çəkdi. Tenardye bundan istifadə edərək, nəfəsini dərdi. Sonra 

yenə sözə baĢladı: 

– Cənab baron, kloaka Mars çölü deyil. Kloaka darısqal bir yerdir. Ora iki adam düĢsə, mütləq 

bir-birinə rast gələcəkdir. Elə belə də oldu. Bu yerdə çoxdan yaĢayan bir adam oradan keçən bir 

adamla, – o adam bundan çox-çox narazı qalsa da, – üz-üzə gəlməli idi. Oradan keçən adam 

orada çoxdan yaĢayan adama dedi: ―Sən görürsən mənim dalımda nə var, mən gərək buradan 

çıxam; səndə açar var, onu ver mənə‖. Bu katorqa adamı yaman güclü adamdır. Açarı ona 

verməmək olmazdı. Bir də ki, açarı olan adam onunla danıĢmağa baĢladı, fikri də ancaq bu idi ki, 

vaxtı uzatsın. O, meyitə baxdı, ancaq bunu müəyyən eləyə bildi ki, ölən adam cavandır, əynində 

yaxĢı paltar var, sir-sifətindən dövlətliyə oxĢayır, özü də baĢdan-ayağa qana bulaĢmıĢdır. O adam 

söhbət eləyəndə, qatilin gözünü oğurlayıb, bir kələklə meyitin paltarının dalından bir parça kəsdi. 

Bilirsinizmi, əyani dəlil – cinayətin izinə düĢmək, qatili etdiyi cinayəti boynuna almağa məcbur 

etmək üçün bir vasitədir. Həmin adam bu əyani dəlili cibinə qoyub gizlətdi. Sonra dəmir 

barmaqlığı açdı, gələn adamı dalındakı yükü ilə bayıra buraxdı, yenə də barmaqlığı bağlayıb 

gözdən itdi: o istəmirdi ki, bu hadisə üstündə onu da iĢə salsınlar, qatil meyiti suya atanda bunun 

Ģahidi olmaq istəmirdi. Ġndi məsələ sizə aydındırmı? Meyiti aparan adam Jan Valjan idi; açar 

sahibi də bu saat sizinlə söhbət edir, paltardan kəsilən bir parça... 

Tenardye cümləni qurtarmadı: üstündə qurumuĢ qan ləkələri olan bir parça qara, cırıq mahudu 

cibindən çıxarıb, baĢbarmağı ilə Ģəhadət barmağı arasında tutaraq yuxarı qaldırdı. Marius 

gözlərini bu bir parça mahuda zilləyərək güclə nəfəs ala-ala yerindən qalxdı: onun rəngi ağappaq 

ağarmıĢdı; bircə kəlmə də söz söyləmədən, gözünü o cındırdan çəkməyərək, divara sarı geri 

çəkildi; sağ qolunu geriyə uzadaraq əli ilə divarı yoxlaya-yoxlaya buxarının yanında, divar 

Ģkafının açar yerində olan açarı tapdı. ġkafı açdı, dönüb baxmadan əlini Ģkafa soxdu; onun 

ĢaĢqın baxıĢları Tenardyenin əlindəki mahud parçasından ayrılmırdı. 

Bu zaman Tenardye dedi: 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə