8
Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş
mərkəzə çevirmək arzusunda idi.
SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri
direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk
növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri
müəyyənləşdirildi.
6
İyunun 30-da isə İ.V.Stalinin başçılığı ilə ölkədə bütün
hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.
7
DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin
tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik
keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye
müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü.
1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir
gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı
müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər.
İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə
birgə fəaliyyətə dair müqavilə imzalandı.
8
Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri "Uels
şahzadəsi" adlı gəminin göyərtəsində görüşdülər, faşizmi məhv və qəsbkarı tərk-
silah etmək zərurəti barədə bəyanatı - "Atlantik xartiyası"nı imzaladılar.
Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu.
9
Çox keçmədən Avstraliya, Belçika,
Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya,
Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında
"Atlantik xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və
vəzifələri müəyyənləşdirildi.
10
1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri
Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda
artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.
11
Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman
faşizminə qarşı müharibəyə qalxdı.
Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi.
Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək
öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə,
"Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara
qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin
ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq
cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi.
12
Yalnız
1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi
məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr
ehtiyatına 22319 nəfər səfərbər olundu.
9
1941-1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə
Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu.
13
1943 -cü il
yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.
14
Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi
Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.
15
Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər
adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.
16
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci
ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar
təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş,
Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci
diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.
17
Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər
nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq
qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu
dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik
üçün Mərkəzi qərargah yaradılmışdı.
18
Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu
dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu.
19
Bakı ətrafında
müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal
iştirak etmişdi.
20
Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda
gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda
13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası
yaradılmışdı".
21
1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla,
Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç - 101, 102 və 103-cü Xalq
qoşunu diviziyaları yaradıldı.
22
Diviziyalarda 21259 nəfər döyüşçü vardı.
23
Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı.
1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər
edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz
cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən
uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim
hissəsinə daxil edildilər.
24
Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə
Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan
50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci
il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi
və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363
minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycan K(b)P MK-nın