Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə22/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   18   19   20   21   22   23   24   25   ...   220

47 

 

55-ci  Qvardiya  atıcı  diviziyasının  Kerç  boğazını  keçib  Krımı  azad  etmək 



əməliyyatlarının  iştirakçısı  Bəkir  Mustafayev  məharətlə  sürünərək  yüksəklikdə 

yerləşmiş  düşmən  rotasını  qumbara  ilə  susdurmuş,  əlbəyaxa  döyüşdə  şəxsən  40 

düşmən  əsgər  və  zabitini  öldürmüşdü.  Krım  və  Ukraynanın  azad  olunmasında 

göstərdiyi igidliyə görə B.Mustafayev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü 

il 16 may tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı almışdı.

75

 



Sumı  vilayətində  gedən  döyüşlərdən  birində  leytenant  Müseyib  Bağırov 

şəxsən  100  faşist  öldürmüşdü.  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1944-cü  il  22 

fevral tarixli Fərmanı ilə M.Bağırova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. 

Mikayıl  Ələkbərov  Dnepri  keçmək  əməliyyatında  igidlik  göstərmişdi. 

Kəşfiyyat əməliyyatları zamanı o, 14 hitlerçini məhv etmişdi. 1943-cü il oktyabrın 

23-də  Mikayıl  Məmməd  oğlu  Ələkbərov  Qorodovka  kəndində  qırmızı  bayraq 

qaldırmış  və  30-dan  artıq  düşmən  əsgərini  sıradan  çıxarmışdı.  Cəsur  əsgər  bu 

döyüşlərdə aldığı ağır yaralardan qəhrəmancasına həlak olmuşdu. SSRİ Ali Soveti 

Rəyasət  Heyətinin  1943-cü  il  26  oktyabr  tarixli  Fərmanı  ilə  M.Ələkbərov 

ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

76

 

Ukraynanın  azad  edilməsi  salnaməsinə  leytenant  Məlik  Məhərrəmovun 



komandanlıq  etdiyi  qvardiya  rotasının  igidliyi  əbədi  daxil  olmuşdur.  1943-cü  il 

sentyabrın 27-nə keçən gecə  rota Dneprin sağ sahilinə  keçib həmlə ilə hitlerçiləri 

tutduğu  mövqelərdən  çıxarmışdı.  Bununla  da  sovet  ordusu  hissələrinin  çayı 

maneəsiz keçməsi təmin olunmuşdu. Məlik Məlik oğlu Məhərrəmova və onun 17 

silahdaşına  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verilmişdi.  Qvardiyaçı  qəhrəmanlara 

Lenin  ordenini  və  "Qızıl  Ulduz"  medalını  şəxsən  təqdim  edən  cəbhə  komandanı 

K.K.Rokossovski  qeyd  etmişdi  ki,  bir  rotanın  tərkibində  17  Sovet  İttifaqı 

Qəhrəmanı olması fərəhli və müstəsna haldır.

77

 

Baş  leytenant  Səlahəddin  Kazımovun  topçuları  1943-cü  il  oktyabrın  8-də 



Kiyevin  şimalında  Dneprin  sağ  sahilinə  çıxmış,  döyüş  mövqelərini  məharətlə 

dəyişərək,  ciddi  müqavimət  göstərən  düşmənə  gözlənilməz  nöqtələrdən  zərbələr 

endirmişlər. Dneprin sağ sahilindəki mövqeləri genişləndirmək uğrunda gedən 12 

günlük  döyüşlərdə  cəsur  topçular  faşistlərin  11  tankını,  külli  miqdarda  əsgər  və 

zabitini məhv etmişdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 16 oktyabr 

tarixli  Fərmanı  ilə  S.Kazımova  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verildi.  Dneprin 

keçilməsi  uğrundakı  döyüşlərdə  igidliyinə  görə  Məmməd  Məhərrəmov  da  SSRİ 

Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 22 fevral tarixli Fərmanı ilə bu yüksək ada 

layiq görüldü.

78

 



1943-cü  il  noyabrın  6-da  Ukraynanın  paytaxtı  Kiyevin  faşistlərdən  azad 

edilməsi  uğrunda  döyüşlərdə  qvardiya  mayoru,  tankçı,  batalyon  komandiri  Xıdır 

Mustafayev  yüksək  məharət  və  igidlik  nümayiş  etdirmişdi.  Noyabrın  6-da  axşam 

batalyon  gözlənilmədən  düşmən  arxasına  keçərək  beş  saat  davam  edən  küçə 




48 

 

döyüşlərindən  sonra  Kiyevin  70  kilometrliyində  olan  Fastov  şəhərini  tutdu. 



Düşmən döyüş meydanında 64 top, 43 tank, hərbi təchizatlı 16 eşelon, 40 silah və 

ərzaq  anbarı,  40  min  ton  yanacaq  və  lokomotiv  qoyaraq  qaçmışdı.  Tank 

batalyonunun şəxsi heyətinin əksəriyyəti orden və medallarla təltif olunmuş, Xıdır 

Mustafayev  isə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1944-cü  il  10  yanvar  tarixli 

Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

79

 



Leninqrad şəhəri Mərkəzi Hərbi-Dəniz Muzeyində eksponat kimi 86 düyün 

vurulmuş  bir  qaytan  qoyulmuşdur.  Bu,  Şimal  donanması  snayperi  Məmmədəli 

Abbasovun  üç  ay  ərzində  qırdığı  faşistlərin  sayını  bildirir.  Abbasov  hər  faşisti 

vuran  kimi  dərhal  cibində  gəzdirdiyi  bu  qaytana  bir  düyün  vurardı.  Ağcabədili 

müəllim M.Abbasov elə bir gün olmazdı ki, faşist öldürməsin. Onun məharətindən 

müntəzəm  yazan  Şimal  donanmasının  "Krasnı  flotes"  qəzeti  qeyd  etmişdi  ki, 

Məmmədəli  Abbasov  35  gündə  63  hitlerçi  qırmışdır.  Şimal  donanması 

komandanlığı onu "Qırmızı Bayraq" ordeni ilə təltif etmişdi.

80 

1944-cü  ilin  əvvəlində  qızıl  ordunun  bütün  cəbhə  boyu  hücumu  başlandı. 



Yanvarın  14-dən  iki  həftə  davam  edən  döyüşlərdə  Leninqrad  və  Volxov 

cəbhəsinin,  habelə  Baltik  donanmasının  qoşunları  Leninqrad  ətrafında  düşmənə 

ağır zərbə endirərək, onu 70-100 km geriyə oturtdu, Leninqradın blokadasına son 

qoyuldu. 

Sağ  sahil  Ukraynasının  azad  edilməsi  üçün  fəal  hərbi  əməliyyatlar 

genişləndi.  Ukraynanın  cənubundakı  şəhərlərin  azad  edilməsində  azərbaycanlılar 

igidliklə  vuruşurdular.  Odessa  vilayətinin  Strukova  kəndi  uğrunda  vuruşmada 

qvardiya  kapitanı  M.Hüseynov  düşmənin  əks-hücumunun  qarşısının  alınmasına 

bacarıqla rəhbərlik etmiş və döyüş meydanında həlak olmuşdu. Strukova kəndinin 

sakinləri  M.Hüseynovun  adını  əbədiləşdirərək,  kənd  məktəbinə  cəsur 

qvardiyaçının adını verdilər.

81

 



418-ci  diviziyanın  batalyon  komandiri,  qvardiya  mayoru  F.Qədimov  bir 

qrup  döyüşçü  ilə  geriyə  çəkilən  hitlerçilərin  Odessadan  çıxarmaq  istədikləri 

avtomobil karvanının qarşısını kəsərək alman əsgər və zabitlərini məhv etmiş, 200 

avtomaşını ələ keçirmişdi. İgidliyinə görə F.Qədimov I dərəcəli Vətən müharibəsi 

ordeni ilə təltif olunmuşdu.

82

 



Süvari kəşfiyyat komandiri Pirəli Səlimov 22 döyüşçü ilə faşistlərin tutduğu 

mövqeyin arxasına keçərək, onlardan 50 nəfərini məhv edib, əhəmiyyətli kəşfiyyat 

məlumatları ilə öz hissələrinə qayıdıb. Bu əməliyyata bacarıqla, cəsarətlə rəhbərlik 

etdiyinə görə P.Səlimov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu.

83

 

Sağ  sahil  Ukraynasını  alman-faşist  işğalçılarından  təmizləyən  416-cı 



Taqanroq  diviziyasının  əsgərləri  çox  sürətlə  vuruşa-vuruşa  Dnepr  çayının  sağ 

sahilinə  keçərək,  Nikolayev  şəhəri  yaxınlığında  düşmənin  müqavimətini  qırmış, 

birgünlük qanlı döyüşlərdən sonra şəhəri ələ keçirib Cənubi Buq çayına çıxmışlar. 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə