sini müəyyən etmək üçün orta istehsal xərcləri ilə məhsulun bazar qiymətlə
ri müqayisəli təhlil olunmalıdır.
M ənfəət - hər bir sənaye müəssisəsinin istehsal etdiyi məhsulların satı
şından əldə olunan nəticəni xarakterizə edir.
Sənaye müəssisələrində istehsal şərtlərinin səmərəli istifadə olunması
baxımından, mənfəətin yüksəldilməsinin aşağıdakı istiqamətlərini göstər
mək olar:
1. Elmi-texniki tərəqqinin son naliyyətlərinin istehsala tətbiq edilməsi;
2. İstehsalm və əməyin təşkilinin təkmilləşdirilməsi;
3. Bazarm tələblərinə uyğun yeni növ məhsulların istehsalı;
4. Xarici investisiya vəsaitlərindən səmərəli istifadə.
Yuxanda göstərilən bu istiqamətlər nəticə e'tiban ilə sənaye müəssisə
lərində istehsal xərclərinin aşağı salınmasına və mənfəətin yüksəldilməsinə
səbəb olur.
Sənaye müəssisələrində m ənfəət - başlıca əsas göstərici hesab olunur.
Müəssisə tərəfindən istehsal olunmuş məhsul satıldıqdan sonra, əldə olunan
ümumi mənfəətdən (gəlirdən), əlavə dəyər vergisi və bilavasitə istehsalla
əlaqədar olan xərclər çıxıldıqdan sonra yerdə qalan balans mənfəətindən -
dövlət büdcəsinə mənfəət vergisi hesablanır. Hesablanmış mənfəət vergisi,
balans mənfəətindən çıxıldıqdan sonra, əldə olunan sərbəst mənfəət müəssi
səsinin sərəncammdaqalır.
Müəssisədə qalan sərbəst mənfəətin istifadə olunması qaydaları bilavasi
tə nizamnaməyə uyğun olunmalıdır. Sərbəst mənfəətin müəyyən hissəsi pay
çılar arasında bölüşdürülə, divident kimi səhmdarlara verilə və yaxud müəssi
sənin mülkiyyətçisi tərəfindən istifadə oluna bilər. Sərbəst mənfəətin bölüş
dürülməyən hissəsindən, müəssisələr öz istehsalını inkişaf etdirmək üçün -
fondlar və ehtiyatlar yarada bilərlər. Sənaye sahələrində ehtiyat fondunun ya
radılması hesabma - gözlənilməz itkiləri və müəssisənin zərərlərini ödəmək
mümkündür. Bu fond öz təbiəti e'tiban ilə sığorta xarakteri daşıyır.
Sənaye müəssisələrində xüsusi vəsait mənbəyi kimi əlavə kapital, bir
qayda olaraq, əsas vəsaitlərin və digər material qiymətlərinin (maddi vəsait
lərin) yenidən qiymətləndirilməsi nəticəsində əldə olunur. Sənaye müəssisə
lərində bu vəsaitin istehlak məqsədlərinə istifadəsi normativ sənədlərə uy
ğun olaraq qadağan edilir.
Bazar iqtisadiyyatı şəraitində hər bir sənyae müəssisəsinə artıq tam surət
də sərbəstlik verilmişdir. Ona görə də, hər bir sənaye müəssisəsində, istehsal
olunan məhsullar üzrə - istehsal maliyyə planının təşkili, bilavasitə müəssisə
nin maliyyə siyasətinin düzgün işlənib hazırlanmasından asıh olmalıdır.
Hazırda sənaye müəssisəsinin maliyyə siyasətinin düzgün işlənib hazır
lanmasında məqsəd - hər bir müəssisənin öz maliyyə vəsaitləri hesabma ida-
5 8 _________________________________ ^ = = = = = = = = = = = = = ^
rə edilməsinin elə səmərəli sisteminin qurulmasıdır ki, bu da qarşıda duran
strateji və taktiki vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirilməlidir.
Bazar iqtisadiyyatı şəraitində sənaye müəssisəsinin maliyyə siyasətinin
düzgün təşkilinin əsas strateji vəzifələri aşağıdakılar hesab olunurlar:
1. Müəssisədə məhsul istehsalından və onun satışından əldə olunan
m ənfəətin (gəlirin) yüksək səviyyəsinin müəyyən edilməsi;
2. Müəssisəsinin öz vəsaitlərindən məhsul istehsalında sərbəst istifadəsi
və maliyyə sabitliyinin to'min olunması;
3. Müəssisəyə investisiya qoyuluşunun tə'm in edilməsi;
4. Müəssisənin idarə olunmasmda səmərəli mexanizmlərin tətbiqi;
5. Müəssisənin mülkiyyətçiləri (payçılar), investorları və kreditorları
üçün - müəssisənin maliyyə-iqtisadi planının düzgün təşkil edilməsinə nail
olunması;
6. Rəqabətə davamlı və bazarm tələb və təklifinə uyğun məhsul istehsalı.
D em əli yuxarıda qoyulan bütün vəzifələr sənaye müəssisəsinin maliyyə
siyasətində, bilavasitə öz əksini tapmalıdır.
H azırda sənaye müəssisəsinin maliyyə siyasətinin istiqamətlərinə aşağı
dakıları aid etmək olar:
1. M üəssisənin maliyyə-iqtisadi vəziyyəti;
2. Uçot və vergi siyasəti;
3. M üəssisənin kredit siyasəti;
4. Dövriyyə vəsaitlərindən səmərəli istifadə;
5. İstehsal xərclərinin strukturu.
Müəssisənin maliyyə siyasətinin mühüm istiqamətlərindən biri olan
“Uçot və vergi siyasəti” bölməsində dövlət büdcəsinə ayrı-ayrı vergilərin he
sablanıb vaxtında ödənilməsi planlaşdırılır. Sənaye müəssisəsində “vergi si
yasəti” bölməsinin təşkilində əsas məqsəd - müəssisənin büdcə ilə qarşılıq
lı münasibətlərinin səmərəli olması, həm do “Vergi M əcəllə”sinm tələbləri
n ə müvafiq olaraq qurulmasıdır. Hazırda müəssisələrdə “Vergi siyasəti” böl
məsinin təşkili - “Vergi M əcəlləsi”nin əsasında müəyyən edilməlidir.
Respublikamızın sənaye müəssisələri dövlət büdcəsinə və büdcə fondla
rına aşağıdakı vergi və ayırmaları hesablayıb vaxtında ödəməlidirlər:
1. Mənfəət vergisi - Sənaye müəssisələrinin mənfəətindən qanunla mü
əyyənləşdirilmiş dərəcə ilə hesablanaraq, dövlət büdcəsinə köçürülür. Bura
da müəssisənin əldə etdiyi gəlirlərdən - əlavə dəyər vergisi, aksiz vergisi və
istehsal ilə bağlı olan xərcləri çıxıldıqdan sonra, yerdə qalan balans m ənfəə
tindən - mənfəət vergisi, yem təsdiq olunmuş “Vergi məcəlləsi”nə uyğun
olaraq 27 faizlə hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
2. Əlavə dəyər vergisi - Bu vergi növü sənaye müəssisələrində istehsal
5 9