Məhəmmdd Əmin Rəsulzadə
Novruz münasibətilə
Novruz bayramının şəmsi hesabı ile bir yerdə bərqərar olması və san-
müsəlman yövm məxsuslarının (xüsusi günlərinin) qəməri olaraq yer dəyiş
dirməsi nəticəsində neçə illər idi ki, Novruz məhərrəmdən çıxdıqdan sonra
da aləmi-isalamm bir-biri üstündən giriftar olduğu müsibətlər bu gözəl bahar
bayrammı buludlandırdı.
Hələ keçənilki Novruz nə qədər tə'siramiz idi. Balkanlardakı qəssabhq,
orada axıdılan müsəlman və türk qanı, orada icra olunan vəhşət, kimsədə
bayram etmək hissiyyatı qoymuyordu.
Minahülhəmd (Allaha şükür) bu ilki Novruz bu kimi fəci təsadüfdən bi
ri oldu. Demək olar ki, neçə ildən bəri yaxşı bir Novruz görməyən gözləri
miz bu dəfə bir az sevinc nurları ilə işıqlandı.
Novruz hər nə qədər bir İran ən'ənəsi isə də, bu gün demək olar ki, is
lam aləminin hər tərəfində bir mövqeyi-məxsusi vardır. Bütün Türkistan
Novruza İran qədər tə'zim edər. Türkiyə, Hindistan dəxi Novruza biganə de
yildirlər. Novruz münasibətilə İstanbul qəzetlərində xüsusi məqalələr oxu
nar. B ə'zi təriqət ərbabının bu günə məxsus ayinləri də vardır.
Sonra martın 8 və ya 9-da (20 və 21-də) sübh uyqudan qalxarkən ailə əf-
radı bir-birlərinə şirni (şəkərləmə) verərək bu təbiət bayrammı böyləcə təs-
did edərlər. Və təzə ilin ailələri üçün mübarək olmasmı dilərlər.
Hər millətin tarixindən başqa bir do tarixdən əvvəl tarik (tərk edilən) bir
dövriyyəyə məxsus əsatiri vardır. Novruz dəxi ta qədim İran əsatiri içində
görünür. Məzkur əsatirə nəzərən Novmz Cəmşidin yadigari ədd olunar (sa
yılır). Fəqət bu günki şəkli ilə o, elmən məchul bir dövr və şəxsə mənsub ol
maqdan ziyadə, tarixən mövcud olan bir sultana mərbutdur ki, o da türk
hökmdarlarından Cəlaləddin Məlik şah Səlcuqidir.
Cəlaləddin elm və fənnə ziyadəsilə əhəmiyyət verərdi. Elm və fənnə et
diyi xidmətlər miyanmda mükəmməl bir tarixi-şəmsi dəxi vücuda gətirmiş
dir. Bu tarix Celali namilə məşhurdur. Tarixi-cəlalidə Novruz il başıdır və ya
bayramdır.
Demək ki, Novruz hər nə qədər bir İran ən'ənəsi isə də, onun elmən təs
biti yenə bir türk hökmdarının köməyi ilə olmuşdur. Bu xüsus və tarixdə
mövcud olan bu kimi xüsuslar, bu gün “türkçülük olsun” - deyə İran yadiga
rı hər nə varsa hamısını inkar edənlərlə, “farsçılıq olsun” - deyə turanlı olan
4 ___________________________________________________________
hər bir şeyi inkar edən kütbeyin mütəəssiblər (təəssübkeşlər) üçün ələbəttə
bir vəsileyi-intibah ola bilər. Bu də vəsileyi-intibah olmazsa bolqar-yunan ix
tilafından kimlərin faiədmənd olduqlarını nezəri-e'tinaya alsmlar da; fars-
türk ixtilafından hər halda nə farsın, nə də türkün fayda görməyəcəyini dərk
etsinlər.
Mətləbdən uzaq düşdük. Bəhsimiz bu ilki Novruzda idi. Builki Novruz
Babda qayət mütəntən (təntənəli) keçdi. Fəqət rus pəhrizinin böyük həftə
sinə təsadüfi etməsəydi, daha da mütəntən keçəcək idi. Pəhrizin böyük həf
təsində bütün teatrxanalar bağlı olduğundan Novruz münasibətilə veriləcək
teatr tamaşalarından bakılılar məhrum qaldılar. Bu cəhətdən Novruz həyatı
olduqca sönük keçdi. Demək ki, hər nə qədər cüz'i olsa da, rusiyalılar üçün
Novruz yenə də təsadüfsüz deyil idi.
Bu təsadüfi qabaqlamaq üçün idi b , “Nicat” cəmiyyəti Novmz münasi
bətilə verdiyi “Şərq gecəsi”ni bayramdan i b gün əvvəl verdi.
Bu vaxta qədər gördüyüm müsamirələrdən - türk müsamirələrindən “Ni-
cat”ın tərtib etdiyi “Şərq müsamirəsi” qədər milliyyət nöqteyi-nəzərindən
mükəmməlini bilmiyordum. “Nicat” bizim milli səhnəmizə bir çox xidmət
lər etmişdir. Görünür ki, bu cəmiyyət o gözəl ən'ənəsindən daha küsməmiş
dir və köhnə qüvvətlərindən çox şeyi itirməmişdir.
Bir zaman vardı ki, biz daim Qərbə bənzəmək istər, sənət ilə musiqimiz
də avropalıları kor-koranə təqlid edərdik. Fəqət bu təqlid məəttəəssüf tama
milə avropalılar içində münhəll (ərinmiş) olub da yox olmaqdan ibarət olar
dı. Hətta indi də bir çox hallarımız böyledir.
Fəqət “Nicaf’m “Şərq gecəsi”ndə tərtib etdiyi proqram göstərdi ki, av
ropalıları təqlid etməni yavaş-yavaş öyrəniyoruz. Avropalılardan sənətə rağe
(aid) olan xüsuslarda ancaq şə b i və tərtibi almalıyıq, yoxsa m ə'na ilə ruh
milli qalmalıdır. Vəilla (yoxsa) vücuda gətirəcəyimiz ədəbiyyat, musiqi və
sənət gülünc bir hal almış olar, millilikdən çıxar, başqalarının natamam bir
kopiyasi olar.
Bu gecədə gərək orada olan əcnəbilər və gərək millətimizdən uzaq dü
şən intelligentlorimiz buradan nəticə olaraq bir Çox şeylər öyrənərdi.
Onlar görürdülər b , musiqi və sənətdən məhrum hesab etdikləri türk
avamında (xalqında) nə qədər mahir sənətkarlar var və bu avam içərisində n ə
gözəl şe'r və sənət əşkali (növləri) mövcuddur.
Maarifin yüksək dərəcəsindən hissimənd olan P.Qriqorinin çaldığı ka
mança hər kəsi məbhut (heyran) edəcək dərəcədə idi. Onun mahiranə bir su
rətdə sızlayan telləri bu qədər məharətin ancaq bir injener qədər tənvir edən
lərə məxsus olacağı haqqında bir fıb r oyandırmışdı - zənn edərim. Fəqət
sonra Mirzə Abdullanın çaldığı “ney” bu təsəvvürlərin hamısını qətiyyən
uçurtdu. Tamaşa zalı o qədər valeh və sabt olmuşdu b , bir milçək uçsaydı
___ _____________________________________________________________________________________ ._____________________________________________________
5