19
Orta məktəbdən sonra Cavad bəy hərbi liseyə daxil
olubmuĢ və öz hekayətincə, orada da birinciymiĢ. Di gəl,
hiss edir ki, hərb onun tutub gedəcəyi yol deyil, səmtini
təbabətə dəyiĢir.
Lakin ailə tərbiyəsindən və həmin ilk hərbi təhsilindən
gələn sərt daxili intizam sonacan Cavad Heyətlə qaldı.
Axır illəri əsasən Bakıda yaĢayırdı, arada Tehrana
gedib-gəlirdi.
Hər gedəndə mütləq zəng vururdu ki, filan gün yola
düĢürəm, hər qayıdanda mütləq telefon açırdı ki, geri
dönmüĢəm. Bunlar elə xüsusiyyətlərdir ki, onları öyrətmək
olmur, gərək belə bir intizam, dəqiqlik, sahman, davranıĢ
səliqəsi canında ola. Daxilində belə bir dəqiqlik və intizam
nəbz kimi vurduğundandır ki, Cavad Heyət bu qədər çox,
bu qədər xeyirli və bir-birinə bənzəməyən ciddi iĢlər
görməyə müvəffəq olub.
* * *
1946-cı ildə Ġstanbulda tibb təhsilini baĢa vurduqdan
sonra üç il cərrahlıq üzrə təcrübə, daha sonra isə Parisdə
daha üç il bu yöndə təkmilləĢmə keçmiĢdi. Ġrana qayıdıb
iĢə baĢlamıĢdı, amma daha çox öyrənmək, bir az da
kamilləĢmək istəyi onu yeni yolçuluqlara səfərbər etmiĢdi.
Amerikada müxtəlif klinikalarda çalıĢmıĢdı, Danimarkada,
Kopenhagendə iĢləmiĢdi.
Ġranda bir sıra iri xəstəxanaları quran, böyrək dəyiĢ-
dirilməsi, açıq ürək əməliyyatları və sair möcüzə kimi
görünən bir çox baĢqa təbabət hünərlərini ilk dəfə göstərən
Cavad Heyət olub.
Onun ―Tromboflebit və müalicəsi‖ (1957), "Ümumi
cərrahlıq" (1965), "Cərrahiyyə dərslikləri" (1997) kitab-
ları, təbabətin müxtəlif çətin məsələlərinə aid bolluca
təcrübə və təhlillər əsasında qələmə alınmıĢ 100-dək araĢ-
20
dırma-məqaləsi sərrast müĢahidələriylə, elmdə yeni söz
olan tapıntılarıyla seçilir.
Naturasında naĢirliyə, elmi kütləviləĢdirməyə meyil
olduğundan elə həmin çağlarda ―DaneĢ-e pezeĢki‖ (―Tə-
babət elmi‖) adlı dərgi buraxmağa baĢlamıĢ və həmin jur-
nal 1964-1976-cı illərdə iĢıq üzü görmüĢdür. Bir çox tibb
araĢdırmaçısı üçün münasib elmi laboratoriyaya, özünü-
ifadə meydanına dönən həmin dərgidə Cavad Heyətin
özünün 60-dan artıq dəyərli məqaləsi dərc edilmiĢdir.
* * *
Ensiklopediklik, universallıq orta əsr alimlərinə xas
keyfiyyətlərdən imiĢ. Həm ġərqdə, həm Qərbdə. Bizim
dövrdə isə nəinki müxtəlif elm sahələrində, hətta bir elm
sahəsinin daxilində belə onun müxtəlif istiqamətlərinə
hərtərəfli bələd olan mütəxəssislərə seyrək rast gəlinir.
Cavad Heyətsə həm də bir tarixçi, ədəbiyyatĢünas,
folklorçu, dilçi, filosof, mədəniyyətĢünas, ilahiyyatçı idi.
Bu istiqamətlərin də hər birinə aid köhnəlməz,
masaüstü olmağa yaraĢan əsərlərin müəllifidir.
O həmin elm sahələrinin heç birində peĢəkar deyildi və
ona görə də araĢdırmaları akademik biçim daĢımır. Lakin
biliklərinin geniĢ çevrəsi, problemləri çox üstdən, pano-
ramda seyr edə bilməsi və güzəĢtsiz milli mövqeyi ona
imkan verib ki, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz
haqqında ən peĢəkar araĢdırıcıların ən akademik tədqiq-
lərindən geri qalmayan faydalı əsərlər doğursun. Həm də o
əsərlərin hər birində qəlib, model olmaq siqləti var. Yəni
məhz o dəst-xətlə, o yanaĢma ilə, o qeyrətlə yazmağı
təlqin və təĢviq edən ülgü!
21
* * *
Cavad Heyətin bir üstünlüyü də onun nəyi necə
deməyin üsullarına məharətlə yiyələnməsi, mətləbləri hər
kəsin qavraya bilməsindən ötrü hansı sadəlikdə yazmağın
gizlinclərinə bələd olması, bir də, ən lazımlısı, fikirlərini
siyasi incəlik və nazik sərhədləri nəzərdə tutaraq, xəfif
pərdəni aradan itirməyərək, heç bir tərəfi incitmədən
ustalıqla ifadə etməsi idi.
―Varlıq‖ın nübar sayında, birinci buraxılıĢında Həmid
Nütqinin ―Ana dili – sevgili dil‖ adlı uzun Ģeirini dərc
etmiĢdi. Həmin mənzumənin misralarında tamam tarixi-
miz, yolumuz, dərdlərimiz, qayğılarımız, ümidlərimiz əks
olunub. Həm də bütün bunların yanında bir redaktor
məharəti sezilir (söz yox, Cavad bəy əski dostu ilə bu
proqram xarakterli Ģeirin nə təhər olmasını, hansı nöqtə-
lərə vurmasını da dönə-dönə müzakirə etmiĢdi), mühiti,
ətrafı, münasibətləri nəzərdə saxlamaq, həddi aĢmamaq
taktı da duyulur:
Ġranı abad, bizləri Ģad istəməyənlər,
Öz nəfi üçün hər zadı bərbad eləyənlər,
Bu ölkədə əqvam ara hər haqqı dananlar
Öz niyyətini eylədilər beyləcə izhar:
―Bu irqin o bir irqlərə üstünlüyü varmıĢ,
―Arya‖dan olan olmayana fəxr satarmıĢ.
―Türki‖ deyə bir dil nə gəzər, ―azəri‖ varmıĢ,
Milyonla o dildə danıĢansa xatakarmıĢ‖.
Lakin bu qaranlıq da, nəhayət, sona ərdi,
Buzlar əridi, yel də bahar müjdəsi verdi.
Gəl, qardaĢım, ey fars danıĢan yar ü bəradər,
Qoy mazidə qalsın qara günlər, ağır illər.
...Qoy bədxahımız bizdəki birlikdən üzülsün,
Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün.
22
XV yüzildə ƏliĢir Nəvai bütün türk dünyasında son-
rakı əsrlər ərzində həmiĢə qələm Ģücaəti kimi dəyərlən-
diriləcək ―Mühakimət ül-lüğəteyn‖ risaləsini yazdı. XX
əsrdə isə Cavad Heyət fars dilində ―Müqayisət ül-lüğə-
teyn‖ kitabını doğuraraq (1991) ulu sələfin türkcənin
üstünlüklərini nümayiĢ etdirən əsərindən geri qalmayan bir
hünərə imza atdı.
TutuĢdurun – Nəvai öz risaləsində fars dilində qarĢılığı
olmayan 100 türk kəlməsini gətirərək təhlillərini apar-
mıĢdı. Cavad Heyət isə ―Müqayisət ül-lüğəteyn‖də 1700
belə sözü tədqiqata cəlb edir, kitabın yaranmasının ümdə
səbəblərindən birini isə belə niĢan verirdi: ―Kitabı farsca
yazdım ki, onu bütün iranlılar oxuya bilsin. Türk olub öz
dilini və onun əhəmiyyətini yaxĢı bilməyənlər, ya da
asimilə olunmuĢlar gerçəkləri öyrənib təqdir etsinlər‖.
Orta əsr ġərq Ģairinə, aliminə çoxdillilik də xas olub.
ġairlərimizin, filosoflarımızın əksəri orta əsrlərdə üçdilli
olub, farsca, ərəbcə, türkcə yazıb-yaradıb. Cavad Heyət bu
baxımdan da klassik babaların müasir zamana uyğun
davamçısı idi. Azərbaycan dilini, Türkiyə türkcəsini, fars-
canı, ərəbcəni ana dili kimi bilirdi, eyni zamanda, fransız-
cası, ingiliscəsi sərbəst idi. Və danıĢdığı dillərin hər bi-
rində də əsərləri var.
Beləcə, bir yığın ġərq və Qərb dilləri ilə aĢinalığı
Cavad Heyətə ana dilinin, bütövlükdə türkcənin üstün-
lüklərini bariz Ģəkildə əyan etməyə imkan yaradırdı.
Cəsarətlə, əminliklə yazırdı ki, feil sisteminin zəngin-
liyinə və çevikliyinə, yeni sözyaratma keyfiyyətinin hü-
dudsuzluğuna görə türkcə istənilən dillə yarıĢa çıxıb qalib
gələr. Verdiyi bircə nümunə bu həqiqəti anındaca danıĢıq-
sız isbat edirdi: ―Oxumaq‖ feilindən görün cüzi dəyiĢik-
liklə nə qədər yeni feillər törəyə bilir: oxutmaq, oxunmaq,
oxutdurmaq. Amma bircə bu sonuncu feili farsca ifadə
Dostları ilə paylaş: |