13
Bu gün bu sözləri demək, bəlkə də, asandır. Amma o
vaxt üzdəki heç bir siyasətçi, ictimai Ģəxs bu cür kəskin
tonda danıĢmırdı. Bu məktub-bəyanat həm də o qəbil
baĢqa çağırıĢların yaranmasına meydan açırdı, yatmıĢları
oyadan həyəcan təbili idi.
Adətən, siyasi mövzularda həmiĢə ehtiyatla yazıb-
danıĢan Cavad Heyət bu müraciətində ona dəyə biləcək
istənilən zərbəyə rəğmən sinəsini irəli vermiĢdi.
Bunca fədakarlığı unutmaq olarmı!
Belə bir VƏTƏNDAġla ayrılığın acısı bu gün hər bir
qaçqınımızın, köçkünümüzün, yurddaĢımızın evində ən
içdən gələn məhəbbətlə yaĢanmasa, biz nankor olardıq!
* * *
Çoxcəhətli, çoxistiqamətli biliklər yiyəsi Cavad He-
yətin səriĢtə ilə bildiyi elm sahələrindən biri də ilahiyyat,
islamĢünaslıq idi və o, bu sahədə müqayisəsiz üstünlüyə
malik idi. Təbii ki, bunca püxtə islamĢünasdan ötrü Məkkə
də, Mədinə də ən müqəddəs Ģəhərlər idi. Lakin dünyanı və
özünü dərk etdiyi çağlardan ailəsinin ona aĢıladığı və
özünün dərk etdiyi baĢlıca meyarlardan biri bu olmuĢdu
ki, Təbrizlə Bakı onun Məkkəsi ilə Mədinəsidir.
1925-ci il mayın 23-də Təbrizdə doğuldu, 2014-cü il
avqustun 12-də Bakıda əbədiyyətə qovuĢdu.
Cavad Heyət Azərbaycan Respublikasının vətəndaĢı
deyildi.
Lakin o, dünyasını dəyiĢəndə dövlət səviyyəsində ilk
vida sözləri Bakıda yayıldı və həmin ehtiram dolu mətnin
altındakı əvvəlinci imza da dövlətin birinci Ģəxsinin adı,
ölkə Prezidentinin imzası idi.
Bircə bunun özü Cavad Heyətin nə qədər fövqəladə,
Azərbaycandan ötrü nə qədər mühüm Ģəxsiyyət olma-
sından deyir.
14
* * *
Cavad Heyət elə bir ailədə doğulmuĢdu, elə nəsillərin
və elə ocağın yavrusu idi ki, onun biliklə, kitabla, yüksək
əxlaqi dəyərlərlə bağlı olması labüd idi.
Bir dəfə ondan soruĢmuĢdum ki, Siz artıq ustadlar
ustadısınız, ömrünüzdən də çox müəllimlər keçib. Bu
qədər dərin biliklər əldə edəndən sonra həyatınızdakı
müəllimlərdən hansını göz önünə gətirərkən yenə özünüzü
Ģagird məqamında təsəvvür edirsiniz?
Cavab vermiĢdi ki, sözün bütün mənalarında mənim ən
birinci müəllimim atam olub. Həm əvvəlinci, həm də ən
baĢ mənasında.
Cavad Heyətin atası, 1879-cu ildə dünyaya gəlmiĢ
Mirzə Əli Heyət gənc yaĢlarında Nəcəfə yollanaraq 7 il
mükəmməl ali ilahiyyat təhsili almıĢdı, fiqhdən – dini
hüquqdan tutmuĢ üsul, hikmət, kəlam, riyaziyyat, yüksək
astronomiya, köhnə və yeni fəlsəfəyədək bir çox elm
sahələrinə dərindən vaqif olmuĢdu. Biliklərlə ləbələb, öy-
rənməkdən usanmayan Mirzə Əli hələ bundan sonra Ġstan-
bul və Qahirəyə gedərək oralarda da 1 il elmi araĢdır-
malarla məĢğul olmuĢ, bir qədər də dərinləĢmiĢdi.
Paklıq, düzlük və bilginliyin timsalı Mirzə Əli 1967-ci
ildə dünyasını dəyiĢənədək Ġranın dövlətçilik, düĢüncə və
mənəviyyat həyatındakı seçkin simalardan olmuĢ, Təbriz
məhkəməsinin ilk sədri, Ġranın BaĢ prokuroru və daha
sonra ədliyyə naziri iĢləmiĢdi.
Təsəvvür edin Mirzə Əli Heyət hansı savada və
səviyyəyə malik imiĢ ki, dünyanın hər üzünü, alim və
müəllimlərin hər cürünü görmüĢ Cavad Heyət lap ixtiyar
çağlarında da atasını ömrü boyu tanımıĢ olduğu müəllim
və alimlərin ən kamili hesab edirdi. Onun adını çəkəndə
kövrəlirdi, boynuna alırdı ki, atasını hər insandan, öz
15
övladlarından, hətta doğmaca anası Məsumə Sultandan da
artıq sevmiĢdir.
―10 bacı-qardaĢ idik. Amma anam məni bütün
uĢaqlardan çox istəyirdi. Bir gün mənə Ģikayətləndi ki,
oğul, sən özün Ģahidsən ki, mənim sənə məhəbbətim o biri
uĢaqlara olan sevgimdən qat-qat çoxdur. Bəs sən niyə
atanı məndən çox istəyirsən? Dedim ki, ay ana, axı bunun
ixtiyarı mənim əlimdə deyil...‖
Bir dəfə Cavad Heyətdən bunu da xəbər aldım ki, bəs
ən böyük müəllim saydığınız atanızın hansı nəsihətini ən
vacib bilir, ömrünüzün əsas düsturu sayırsınız? Söylədi ki,
atam həmiĢə məsləhət edərdi, nə iĢ görsən, ehsasatın
(duyğuların – R.H.) səninlə olsun, amma ağlı da unutma.
Doktor bütün yolu boyunca bu düsturdan kənara
çıxmadı. Nə etdisə sevərək, ürəkdən, eĢqlə etdi, ancaq heç
vaxt da emosiyaların tam əsirinə çevrilmədi, soyuq dər-
rakəsi, hər xırdalığı nəzərə alan fəhmi həmiĢə sərvaxt
dayandı. Ona görə də mürəkkəb siyasi və ictimai dövrlərin
burulğanlarından keçib irəlilədiyi uzun onillərdə heç vaxt
yıxılmadı, bürdəmədi, yanılmadı.
Bəs doktorun da daĢıdığı ―Heyət‖ soyadının kökü
haradan gəlir?
Mirzə Əli artıq cavanlığından el-oba arasında da, ali
dövlət dairələrində də savadına, dünyagörüĢünə, ədalətli-
liyinə, doğruculluğuna görə sözü keçən, sayğı bəslənən
ziyalı idi. O qədər mötəbər ki, Ġranda – ölkədaxili və xarici
vacib səfərlər üçün təĢkil olunan mühüm nümayəndə
heyətlərinə mütəmadi baĢçı təyin edilərmiĢ. Bunlardan
birincisi vaqe olubmuĢ 1906-cı ildə.
Məhəmmədəli Ģahın dövlət çevriliĢindən sonra Nə-
cəfdə ilahiyyat tələbələrindən ibarət bir heyət qurulur.
Əvvəlcə Bəsrəyə, sonra Ġrana MəĢrutiyyət fərmanını apa-
ran üç böyük din böyüyü – Ayətullah Tehrani, Ayətullah
Dostları ilə paylaş: |