16
Mazandarani və Axund Molla Kazım Xorasani, eləcə də
digər nüfuzlu, biĢkin Ģəxsiyyətlərin daxil edildiyi heyətə
onlardan xeyli gənc Mirzə Əli rəhbər seçilmiĢdi.
Gedir, danıĢıqlar aparır və MəĢrutiyyətin bərpasına
nail olur.
1919-cu ildə ermənilər Naxçıvanda zavallı insanları
olmazın zülmlərə məruz qoyanda, Ģiddətli təzyiqləri ilə bu
bölgəni Azərbaycan Xalq Cümhuriyyətindən qopararaq
Ermənistana qatmaqçün canfəĢanlıqlar edəndə naçar qalan
əhali Qacar vəliəhdi Məhəmmədhəsən Mirzədən kömək
diləmiĢdi və o da Tehranın ―hə‖sini alaraq Mirzə Əlini bir
yardım heyəti və rəsmi məktubla Naxçıvana yola sal-
mıĢdı...
Bu minvalla hələ cavankən ağsaqqal ehtiramına sahib
olan Mirzə Əli "Heyət" təxəllüsünü qazanıbmıĢ və sonra
həmin kəlmə çevrilir ailənin soyadına.
Mirzə Əli Heyət on övladının onuna da yaxĢı tərbiyə
və təhsil verməyə səy etmiĢdi, amma nədirsə, elə yeni-
yetməlik çağlarından Cavada bəslədiyi ümidlər daha məx-
susi imiĢ.
Tehranda ali tibb təhsili alan Cavadı atası üçüncü
kursdan sonra oxumağını davam etdirmək üçün Türkiyəyə
göndərməyi qət edir. O zaman Ġranla Türkiyə arasında 100
tələbə mübadiləsi haqda bir anlaĢma imzalanıbmıĢ. Lakin
müəyyən səbəblərdən bu layihənin gerçəkləĢməsi ləngiyir-
miĢ və Cavad atasına müraciət edir ki, tələbə dostlarımdan
təhsili davam etdirmək üçün Beyruta gedənlər var, bəlkə,
icazə verəsiniz, mən də gözləməyim, elə onlara qoĢulub
gedim.
Atası etiraz edir ki, oğlum, gün gələcək, sən Parisə də
gedəcəksən, Amerikaya da. Mənim imkanım olsaydı, səni
Türkiyəyə yox, Bakıya göndərərdim. Amma arada dəmir
pərdə var. Türkiyəyə getməyini ona görə arzulayıram ki,
17
yalnız tibb təhsili almayasan, həm də gedib öz dilini,
mədəniyyətini, tarixini bir az da dərindən öyrənəsən.
Ömrün ixtiyar mərhələsində bütün nail olduqlarına
vaxtın hündürlüyündən baxan Cavad Heyət atasının bu
strateji məqsədli addımına görə ona sonsuz dərəcədə
borclu olduğunu rəhmətlərlə dilə gətirirdi. ġükranlıqla
anırdı ki, məhz Türkiyədəki təhsil dövründə axarında ol-
duğu elmi ab-hava, oxuduğu kitablar, oturub-durduğu
alimlər, təmas bağladığı ziyalılar təbib olduğu halda onun
həm də bir türkoloqa, azərbaycanĢünasa çevrilməsinə
möhkəm, sağlam özül yaratdı.
"Atam davranıĢlarında, danıĢığında, insanlara müna-
sibətlərində, əməllərində istisnasız olaraq həmiĢə səbirli,
nəzakətli, düzlüksevər, ölçü gözləyən, səliqəli bir kiĢi idi.
Yalnız camaat arasında olanda deyil, lap evdə, otaqda tək
qalanda da belə idi. Bu onun təbiəti idi".
Gecə saatlarında doktor Cavad Heyətin artıq yadigara
çevrilmiĢ, 2008-ci ildə lentə aldığım söhbətini dinləyirəm,
aramla ömür hekayətini söyləyir, məni ayrı bir aləmə
aparır və dinləyə-dinləyə fikirləĢirəm ki, axı o da bu
baxımdan atası ilə eyni idi.
Kübarlığın, alicənablığın, nazikliyin qüsursuz nümu-
nəsi idi. Haçağ evinə görüĢünə getdimsə, lap sağlığının
son aylarınacan – hərdən xəstə, üzgün, yorğun olduğu
vaxtda da məni səliqə ilə geyinmiĢ halda, kostyumda,
qalstukda, beretdə, sifətinin mehriban ifadəsi ilə qarĢıladı.
Məni və hər kəsi.
Cavad bəy yüksək daxili mədəniyyətə malik idi, əsl
centlmen idi.
2010-cu ildə yoldaĢım Tehranda əməliyyat olunmuĢdu.
Cavad bəy mütəmadi olaraq gündə bir neçə dəfə bizimlə,
həkimlərlə telefon əlaqəsi saxlayırdı. Xəstəxanadan
buraxılandan sonra isə Ģəhərin o baĢından durub gəlmiĢdi
18
mehmanxanada yoluxmağa. Qınadım ki, axı niyə əziyyət
çəkmisiniz!
Çünki o günlərdə doktorun özü də bir qədər nasaz idi,
sağ ayağının barmaqlarında yara əmələ gəlmiĢdi, müxtəlif
məlhəmlər yaxırdı və hərəkət etməsi də çətin idi.
Həmin gəliĢi vaxtı çəkilmiĢ fotolarımız da qalır:
ayaqqabılarının tayları fərqlidir. Yaralı, sarıqlı, buna görə
çəkməyə girməyən sağ ayağına dabansız, burunsuz yüngül
baĢmaq keçirib, sol ayağında isə qara çəkmə...
Cavad Heyət böyük alim olmaqla bərabər, böyük də
insan idi, tərbiyəliliyin, əsilzadəliyin ibrət alınası örnəyi
idi. Elə bir örnək ki, ona oxĢamağa çalıĢmaq olur, lakin
tam o cür olmağa heç də həmiĢə, ən azı, səbrin çatmır.
Tam o cür ola bilməkçün gərək həmin keyfiyyətləri,
yerinə yetirməli olduğun Ģərtləri sadəcə qəbul etməyəsən,
onları doktor kimi, onun atası sayaq məhz öz təbiətinə
çevirəsən.
"Atam müasir düĢünən, açıq fikirli bir Ģəxs idi. Amma
eyni zamanda etiqadlı, imanlı bir insan idi, əxlaqən ruhani
idi, namaz qılardı, içki içməzdi. Hər kəs də bunu bilirdi.
Bir dəfə Ġranın BaĢ naziri doktor Əli Əmini bizə qonaq
gəlmiĢdi. Atam da, qardaĢlarım da bizdə idilər. Süfrə
açılmıĢdı. Bilirdik ki, Əli Əmini içkiyə biganə deyil.
YaxınlaĢıb qulağına pıçıldadım ki, atamızın yanında sizə
içki təklif edə bilmərik. Amma qonĢu otaqda viski ha-
zırlamıĢıq, istəyirsinizsə, buyurub keçin, orada nuĢ edin. O
da qayıtdı ki, yox, mən də ağa-yi Heyətin yanında iç-
mərəm.
Atamın bu qədər hörmətini saxlardılar".
Bunlar da doktor Cavad Heyətin xatirələrindəndir və
onun hansı ailə məktəbindən keçərək yetiĢməsinin daha
bir cizgisidir.
Dostları ilə paylaş: |