46
baycanda öz ata-baba mǝdǝniyyǝtinǝ sevgi bǝslǝyǝn gǝnc
nǝsillǝr, özlǝrini Ona borçlu bilirlǝr.
Bu vǝfalı övlad, iĢindǝ elǝ bir müqavimǝt vǝ dayanıĢ
göstǝrdi ki, Azǝrbaycan Türkcǝsinin heysiyyǝti yenidǝn
azǝrbaycanlılara qaytarıldı.
Rǝhmǝtli Dr. Heyǝtin öz nǝsli vǝ sonrakı nǝsillǝr, ana
dillǝrinin tapdalanması nǝticǝsindǝ uğradıqları hǝqarǝtlǝr-
dǝn bir dǝfǝlik qurtuldular vǝ gördülǝr ki, bu hǝqiqi
sǝrmayǝ onlara ana damarlarından belǝ yaxındı vǝ bu
sǝrmayǝni iĢǝ salmaq üçün ciddi bir zǝrbǝyǝ ehtiyac vardı.
Dr. Cavad Heyǝtin böyük ruhuna salam olsun. Öz
anaları vǝ ana dillǝrinin xatirǝsini Dr. Heyǝtin insane-
severliyi ilǝ xatırlayanlara da salam olsun.
Ġndi Dr. Heyǝt, Azǝrbaycan xalqının kollektiv yad-
daĢının bir parçasıdır. Bu igit övladın, Azǝrbaycanın gǝnc
nǝsli vǝ sonrakı nǝsillǝrinin mǝnǝvi atası Dr. Cavad He-
yǝtin ruhuna salamlar olsun.
47
CAVAD HEYƏT HƏQĠQƏTƏN UNĠKAL
ġƏXSĠYYƏT ĠDĠ
Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri,
yazıçı (Azərbaycan)
Abbas Səhhət deyirdi ki, Sabirin Ģeirləri Ġran inqi-
labına bir ordudan ziyadə xidmət göstərib. Cavad Heyət də
Ġranda Azərbaycan dilinin yaĢaması üçün, Quzeydə
yaranan ədəbiyyatımızın Güneydə təbliği üçün, tariximizi
təhrif edənlərə tutarlı, məntiqli elmi cavablar verməkdən
ötrü bəlkə də, yüz kiĢinin görə bilməyəcəyi iĢi təkbaĢına
görürdü. Bir vaxtlar o da böyük alim və Ģair olan Həmid
Nitqi onunla bərabər bu çətinliklərə sinə gərir, bu ağır
yükü çiyinlərində birgə daĢıyırdılar.
Cavad bəy: "Həmid Nitqi Ġranda olmayanda özümü
tənha, kimsəsiz hiss edirəm‖- deyərdi. Nitqinin vəfatından
sonra Cavad bəy bu fəaliyyətində demək olar ki, yalnız
qaldı, amma yolundan dönmədi, amalından çəkinmədi,
həmiĢəki Ģövqlə, enerjiylə, həvəslə və əzmlə mübarək dö-
yüĢünü davam etdirdi.
Bu doğrudan da əsl döyüĢ idi. Millətin tarixini azdır-
mağa, dilini unutdurmağa, sıradan çıxarıb ancaq küçədə,
bazarda saxlamağa rüsxət verənlərə, ümumiyyətlə, xalqın
varlığını danmaq istəyənlərə Cavad bəy varlığıyla cavab
verirdi. Həm böyük mənada, yəni özünün bu dünyada
varlığıyla, həm də nəĢr etdiyi "Varlıq" dərgisinin böyük
hərflə yazılan adıyla. "Varlıq" – varlığımızın sübutu,
özlüyümüzün təsdiqiydi.
48
Cavad Heyət həqiqətən unikal Ģəxsiyyət idi. Dünyaca
məĢhur həkim, həkimliyiylə ən yüksək məqamlara çata
bilən, beynəlxalq miqyasda tanınan cərrah, bu qədər uğur
qazandığı peĢəsiylə kifayətlənmədi, insanların tək bir
fiziki sağlamlığının keĢiyində durmaqla yetinmədi,
xalqının mənəvi səhhətinin də qayğısını çəkdi. Ensiklo-
pedik biliklərə malik olan poliqlot – Avropa və ġərq
dillərində yüzlərlə mənbəyə istinad edərək millətinin Ģərə-
finə, ləyaqətinə sahib çıxdı, milli heysiyyətimizi növ-
növ qarayaxmalardan qorudu.
Cavad Heyət hər yerdə nüfuzu, yeri bilinən Ģəxsiyyət
idi. Avropa ölkələrində elmi-tibbi konfranslarda da, Ġstan-
bulda türkoloji toplantılarda da, Tehranda, Təbrizdə yorul-
maz maarifçilik fəaliyyətində də, son illər Bakıda xəstələrə
Ģəfa verəndə də o böyük ürəyinin səsiylə hərəkət edirdi.
Cavad bəy haqqında, onunla səmimi görüĢlərim, söh-
bətlərim barədə çox Ģeylər yaza bilərdim və yazacağam...
Ġndi bu qısa vida sözləriylə kifayətlənirəm.
Cavad Heyətin yoxluğunu, onun elmi, ədəbi, mənəvi hə-
yatımızda nə qədər önəmli yer tutduğunu bundan sonra da-
ha dəqiq və dərindən dərk edəcəyik. Yeri həmiĢə görünəcək.
Son illər səhhətində yaranan narahatlıqlar bu böyük
insanın fəaliyyətinə nisbətən təsir etmiĢdi, amma bu yaĢda
belə soydaĢlarımızla bağlı olan tədbirlərdən qalmamağa
çalıĢırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və
bu münasibətlər hər zaman vaxtında, məqamında olması,
gərəkliliyi, barıĢdırıcılığı ilə seçilirdi. Həm də dostlarına,
xüsusilə səhhəti ilə qayğılanan arxadaĢlarına son mənzi-
linin Bakıda olması arzusunu dilə gətirirdi.
Böyük azərbaycanlının müstəqil Azərbaycanın baĢkən-
dində dəfn olunması onun halal haqqıdır.Cavad Heyətin
yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının
ürəyində, oxucularının qəlbində yaĢayacaq
49
ĠSLAM MƏDƏNĠ BÖLGƏSĠNĠN
TƏBĠB VƏ MÜTƏFƏKKĠRĠ
Zümrüd Quluzadə,
ictimai xadim, filosof (Azərbaycan)
Dövrümüzün ensiklopedist alimi, filosofu, ictimai si-
yasi xadim, XX-XXI əsr Ġslam mədəni bölgəsinin Ġbn
Sinası, təbib və mütəfəkkiri CAVAD HEYƏT bundan
sonra çoxĢaxəli irsinin tədqiq və təbliği ilə və yaddaĢlarda
qalan yüksək insanpərvərliyi ilə yaĢayacaq..
Azərbaycan xalqının bir xalq kimi kimliyini və yüksək
mədəniyyətini dünyaya bəyan edən müasir tarixə bu
xalqın azadlıq və ləyaqəti uğrunda mübariz kimi daxil olan
Dr. Cavad Heyət, məzarının Bakı və ya Təbrizdə, yəni
vətəni Azərbaycanda olmasını vəsiyyət etdi.
Beynəlxalq elmi informasiya məkanında dünya mə-
nəvi mədəniyyəti tarixi kontekstində Ġslam bölgəsi mədə-
niyyəti və onun ayrılmaz hissəsini təĢkil edən türk, o cüm-
lədən azəri türklərinin mədəniyyətinin lazımi səviyyədə
dəyərini almadığını görən Cavad bəy ömrü boyu bölgə
xalqının ləyaqətini yüksək məharətlə müdafiə etmiĢdir.
Alimin çoxsaylı əsərləri XX – XXI əsr elmi – tibb, fəl-
səfə, dinĢünaslıq, tarix, dilçilik, ədəbiyyat və digər sahə-
lərdə dəyərli töhfələrdir. Dövrümüzün elmi və mənəvi
inkiĢafında özünəməxsus yer tutan alimin irsinin tədqiqi
və təbliği ilk növbədə həmvətənləri olan Azərbaycan türk-
lərinin baĢucalığıdır. Yüksək mənəviyyat sahibi, söz və
Dostları ilə paylaş: |