Milli Kitabxana
721
Sənin qəlbindəki diləklərmidir?
Səni gözləyirdi,deyirəm açıq,
Gəlinlik paltarı,sonalıq haqqı.
Sözlərim Allaha getməsin acıq,
Hər qızın haqqıdır analıq haqqı.
Dönüb şəkil olub daşdan baxan qız,
Kim bilir nə deyir məzar daşları?!
Dünyaya on altı yaşdan baxan qız,
Daşı göyərdərmi bu göz yaşları?!
Uyu,yatıb-yatıb dincəl,ey mələk!
Yellər sığal çəksin yuxuna daha.
Oxunsun ruhuna şeirim duatək,
Xoş əməl xoş gəlir uca Allaha.
Sən ey əlaçı qız,tez oldun hayıf.
Gör neçə ürəyə ün saldırmısan.
Bəlkə Əzrayılı müəllim sayıb,
Hamıdan qabağa əl qaldırmısan?
Onda ki,yapışıb durdu adından,
Ölüm də özünü xətaya saldı.
Bütün laylaların çıxdı yadından,
Sənə Vaqif Aslan laylası qaldı.
26.10.2002.
EPİTAFİYA
I
Səni çiçək bilib
torpağa əkdik,
Novruz gülü kimi
göyər,anacan!
Dərdini götürdük,
ağrını çəkdik,
Milli Kitabxana
722
Göyər,göyərməyə
dəyər,anacan!
Sənə əlimizlə qoyub baş daşı,
Öpdük torpağını hər addımbaşı.
Kövrələ-kövrələ töküb göz yaşı,
Övlad anasını öyər,anacan!
28.03.2004.
II
Yaddaşlara yazılsın
bizi yada salanlar.
Xatirələr içində
xəyallara dalanlar.
Dünya – gözləmə zalı,
öz vaxtı var hər kəsin.
Tələskənlik etməsin bizdən dala qalanlar.
III
Sordum o dünya varmı
özümdən yaşlılardan.
Dedilər soruş bunu
bizdən də başlılardan.
Axır söz bu oldu ki,
dərs alsalar pis olmaz,
Başları papaqlılar
başları daşlılardan.
02.09.2005.