Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   2   3   4   5   6   7   8   9   ...   13

10 
 
adamdır... Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş 
bəxş edə bilməz.... Uğurlarımız bol olsun...  Amin... (Amen...)
 

zü, bilmirəm nəsə  unutdum ya yox...  Ancaq,  yazımı 
yekunlaşdırmaq istəyirəm. 
Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu 
edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə 
orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir....” 
(Z.U) 
0
2.04.2018. Bakı. 
Müəllif: 
Zaur Ustac
 , 
© Zaur USTAC,2018. Bakı. 
 
 
  
 
 
 
 
 
 
 
 
  


11 
 
ƏNƏNƏVİ  BAKI – 2016  NƏŞRİNDƏN: 
  
Zaur USTAC 
“USTADNAMƏ” (KİTAB HAQQINDA KİTAB) 
Birinci nəşr – 2016, 106 səh. 
   
Bu kitab Ağdam rayon, Yusifcanlı kənd orta məktəbinin  
Dil-
Ədəbiyyat müəllimi Qasımov Həsən müəllimin  
əziz xatirəsinə həsr olunub. 
  
İSBN  978-9952-8298-5-3 
  
© Zaur USTAC, 2016. 
  
 
 
 
 
 
 
 
 
                                                                                                                   
                 
 


12 
 
                                             
“Yazarlar, ancaq yazarlar....” 
                                                                      
(Müəllifdən) 
 
 
                           
USTADNAMƏ 
                       
(Kitab haqqında kitab) 
  
Salam dəyərli oxucum. Bu kitabı bir növ özüm üçün 
hesabat  
xarakterli hesab etdiyimə görə belə adlandırmaq 
qərarına gəldim. Şeirlər toplusu olan bir kitabın girişində 
yazdığım bu kiçik haşiyənin yaranmasının iki əsas səbəbi var. 
Birinci ən əsas səbəb ailəmdən başlamış və müxtəlif təhsil 
müəssisələrində müəllimlərimdən aldığım mühüm nəsihətlər 
vardır ki, onları başqalarının da faydalanması üçün əlçatan 
etməkdir. İkinci səbəb istər dost-tanışların, istərsə də çoxsaylı 
oxucu məktublarının daim maraq obyekti olmuş “şeir necə 
yaranır, bu şeirləri necə yazırsız, müxtəlif  sözləri necə bir-
birinin yanına belə düzürsüz” və s.  bu  kimi sualları 
cavablandırmağı  özümə borc bildim. 
Ona görə hesabat xarakterli deyirəm ki, artıq əsrin dördə biri 
arxada qaldı. İlk yazım 24 May 1988 – ci il, Ağdamda nəşr 
olunan 
“Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) 
sayında, 4-cü səhifədə nəşr olunanda  məktəbli  idim. Bu 
cümləni indi adi sözlər kimi bura yazsam da həmin günün 
təəssüratları tamam başqa idi. Hələ onu demirəm ki, heç 
gözləmədiyin anda (əlbətdə, birinci dəfə  mənim heç bu barədə 
anlayışım yox idi) səni poçta çağırıb pul verirlər və deyirlər ki, 
bunun adı qonorardır...   Bu sətirləri qeyd etməkdə məqsədim 
ondan ibarətdir ki, az müddət deyil, necə deyərlər - “bir 


13 
 
igidin  ömrüdür
”. O vaxtdan gör nələr keçib. Qurululuş tamam 
dəyişdi. Dostlar dönüb düşmən, düşmənlər dönüb dost oldular. 
Bir sözlə çox əhvalatlar oldu, çox. Sadəcə mövzuya aidiyyatı 
olmadığına görə biz onların üstündən sükutla keçirik. Bu xırda 
giriş - məlumatı ona görə verirəm ki, aşağıdakı fikirləri 
söyləməkdə özümü tam haqlı sayıram. Eyni zamanda onu da 
bildirmək istəyirəm ki, aşağıda qeyd edəcəyim fikirləri bəyan 
etmək üçün uzun müddət yaşımın 40-ın üzərinə gəlməsini 
gözləmişəm. Daha əvvəl ona görə bəyan etməmişəm ki, birdən 
səhvə yol verərəm. Əgər 35-də bir söz deyib 40 –da özüm 
bilsəydim ki,  heç də belə deyil, bu çox dözülməz bir hal olardı 
mənim üçün. İndi tam məsuliyyətlə deyirəm ki, bəli bu belədir. 
Əgər desəm ki, ilk şeiri yazanda 5 yaşım var idi və ya 10 yaşım 
var idi bu yalan olar. Bu barədə sadəcə onu deyə bilərəm ki, 
erkən yaşlarda şeir yazmağa başlamışam. Yəni, yazı yazmaq 
üçün ən azı hərifləri tanımaq vacib idi. Deməli hərifləri 
tanıyandan sonra yazmağa başladım. Ancaq bu yerdə tam 
səmimi bir etiraf da etmək istəyirəm. Hələ heç hərifləri 
tanımayanda da dəftəri qabağıma qoyub, 
nəsə  yazırmış  kimi  sətirləri  ziq-zaqla  axıra  qədər səliqə ilə 
doldurur, sonra aşağı sətirə keçirdim. Beləcə vərəqləri, dəftərləri 
doldururdum.  
Məhz bu səbəbdən mən yazmağı və oxumağı 
məktəbə getməzdən çox əvvəl əmimdən evdə öyrəndim. 
Beləliklə, ilk müəllimimin – mənə yazmağı və oxumağı öyrədən 
adamın adını açıqlayıram. Bu şəxs mənim əmim Yaməndir. Bu 
səbəbdən nə qədər qələm əlimdədir ona bir ömür boyu 
minnətdarlıq borcum var. Burada ilk müəllimimdən gördüyüm 
və sizə edəcəyim ilk tövsiyə  gəlir, çalışın ki, uşaq məktəbə 
getməmiş hələ evdə olanda (normal uşaq 4-5 yaşlarında buna 
qadirdir) ən azından doğma ana dilində yazmağı və oxumağı 
bacarsın. Deyərdim ki, bu olduqca vacib və mühüm məsələ 
olub, uşağın bütün gələcək təhsil həyatı üçün qoyulan ən böyük 
sərmayədir. Bu bünövrə olmasa sonrakı mərtəbələri dayaq 
söykəməklə çox çətinliklə qaldıracaqsız. İkinci artıq oxumağı 


14 
 
bacaran kimi, kiçik həcimli uşaq kitabları alıb oxumaq vərdişləri 
formalaşdırmaq lazımdır. Bunun üçün heç də uşağın məktəbə 
gedib, dərslik oxumasını gözləmək vacib deyil. İndi o qədər 
maraqlı uşaq kitabları var ki... Bu arada mənim oxuduğum ilk 
uşaq kitabı “Qızıl şamdan” adlanırdı. İndi də yadımdadır. Atam 
mənim üçün üç balaca uşaq kitabı almışdı, “Qızıl şamdan” – ı 
birinci oxuduğuma görə, ya  mənə çox təsir etdiyindən yadımda 
qalıb. Təəssüfki, o biri ikisinin adını xatırlamıram. 
Nəhayət məktəb həyatı başladı. Onu qeyd edim ki, göründüyü 
kimi məktəbə tam hazır getdiyimdən demək olar ki, hazırlıqdan 
birbaşa birinci sinfə keçirdiklərin nəzərə almasaq  ibtidai siniflər 
heç nə ilə yadda qalmayıb. 
O vaxtlar ibtidai siniflər üçüncü sinifdə bitirdi. Dördüncü sinif 
biologiya müəllimi Rövşən müəllimin çox dəyərli bir məsləhəti 
ilə yadımda qalıb. Onu qeyd edim ki, oxumaq, mütaliə etmək 
bacarıqlarımın formalaşmasında bu müəllimin əməyi böyük 
olmuşdur. Bu müəllimimə də bir ömür boyu minnətdarlıq 
borcluyam. O, 
bizə vaxtdan necə istifadə etməyi öyrətməyə 
çalışırdı. Onun bu vaxt bölgüsü məsələsinin necə ciddi-cəhdlə 
vacib olduğunu bizə anlatdığı yadıma düşdükcə əsl müəllimin 
obrazı gözüm önündə canlanır. Yaradana şükür edirəm ki, məni 
həmişə lazım olan məqamlarda lazımi insanlarla – müəllimlərlə 
rastlaşdırıb. Rövşən müəllim bizə belə anladırdı. Hamının 
evində  başının üstündə (divarda), stolun üstündə, cibində, 
çantasında vaxt bölgüsü cədvəli olmalıdı.  Vaxtı elə - belə, başdı 

başına buraxmaq olmaz. Vaxta nəzarət etmək lazımdır. Vaxtı 
bölüşdürmək lazımdır. Rövşən müəllimin dördüncü sinifdə 
verdiyi bu məsləhətə hələ də əməl edirəm. Ziyan görməmişəm. 
Dördüncü sinifdə daha bir gözəl insan bizə müəllimlik  etməyə 
başladı. Bu Rus dili müəllimi Asif müəllim idi. Onun 
t
övsiyyəsinin Rus dili ilə heç bir əlaqəsi olmasa da mənim üçün 
çox dəyərli bir məsləhət oldu. Bu gün də bu  məsləhətə əməl 
edirəm. Bəlkə də Asif müəllim elə birinci dərs günü bu sözü 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə