27
HƏLƏ MƏN
Dedilər, eşitdim sevmirsən məni,
Dedilər ki, unut məhəbbətini,
Demək tapdamısan eşq çəmənini,
Bizi qınamazmı o gül, o çəmən
O, çəməndən doymamışdım hələ mən.
* * *
Çox da ki, desinlər, sevməyirsən sən,
Mənim saf eşqimi rədd eləyirsən,
Bu ilk
məhəbbəti unutmaram mən.
Bəs bizə nə deyər, eşidən, bilən
İstəmirəm, dilə düşüm, hələ mən.
* * *
Sən məni sevmirsən, mən ki, sevirəm,
Sən həsrət çəkmirsən, mən ki, çəkirəm,
Sənin həsrətini nəzmə çəkirəm,
Ürəyimi boşaldıram qələmnən,
İstəməzdim, şair olum hələ mən...
06.11.1990. Yusifcanlı.
28
HƏLƏ SƏN
Bəs mənə nə deyər, dostlar, tanışlar?
Söylə görüm, bu işi kim bağışlar?
Dost qəmlənər, düşmən bunu alqışlar,
Məhəbbətin nə olduğun get öyrən,
Nabələdsən, böyük yolda hələ sən!
* * *
Həvəs nədi, məhəbbət nə get öyrən,
Səadət nə, hərislik nə get öyrən,
Səxavət nə, xəbislik nə get öyrən,
Bütün bunlar lazımdıki biləsən,
Nabələdsən, böyük yolda hələ sən!
* * *
Gözəl sima, heç gözəllik deyildir.
İncə bədən, heç incəlik deyildir.
Zərif tellər, heç zəriflik deyildir.
Gözəl insan, sən daxilən gözəlsən,
Nabələdsən, böyük yolda hələ sən!
06.11.1990. Yusifcanlı.
29
NƏ İSTƏYİM
Mən vurğunam, qələm qaşa
Şux qamətin bir tamaşa,
Yanağında xallar qoşa,
Daha səndən nə istəyim?
* * *
Təkrarsızdı xətti-xalın
Al rəngi var, yanağının,
Qıvrım telin, qulac saçın,
Daha səndən nə istəyim?
* * *
Ustac deyər sözün düzün,
Nə əksilməz, öyməz özün,
İlham pərim qara gözün,
Daha səndən nə istəyim?
15.04.1991. Yusifcanlı.
30
GÜLLƏ
Postda dayanmışdım, üç güllə
lap, yanımdan ötüb, torpağa düşdü.
Nahaqdan özünü yorub gəlmisən,
Sən, mənim qismətim deyilsən , güllə!
Əbəs yerə məni deyib, gəlmisən,
Məni qoruyanım, Tanrımdı, güllə!
* * *
Başımın üstündən ötməklə inan,
Sən, məni heç zaman qorxudamazsan,
Məni hifz eləyir, Ulu Yaradan,
Bir də boş gümana düşmə sən, güllə!
* * *
Lap, gəlib sinəmə dəysən də, güllə,
Bilirəm, cürətin çatmaz dəlməyə ,
Çünki Anamın əlləri göydə
Anamın duası zirehdi, güllə!
31
* * *
Həyatda bir anım deyil imansız ,
Gələcək mənimdi sorğu-sualsız,
Dayanmışam burda zireh-filansız,
Səndən qorxar yalnız qansızlar, güllə!
* * *
Nə qədər gəlirsən, dur gəl üstümə,
Bilirəm, lap çoxdan durdun, qəsdimə,
Çoxları bələddi, mənim şəstimə,
Miniz birdən gəlsə, burdayam, güllə!
26.05.1994.
Qapanlı.
32
AY QIZ
Niyə deyirsən ki, gözəl deyiləm,
Gözəlliyi nədə görürsən, ay qız?
Yoxsa ki, boyanı, ya zər xalatı,
Sən, gözəllik bilirsən, ay qız?
* * *
Burda səhvin var düşün, pis olmaz,
Dağ qızı Lalə də heç belə olmaz,
Bənövşə utanıb, yanında açmaz,
Özündən bədgüman dolanma, ay qız!
* * *
Gözəllik zər-ziba, zinətdə deyil,
Gözəllik dəyişən libas da deyil,
Gözəllik təmtaraq, həvəs də deyil,
Gözəllik, bir kəlmə sözündə, ay qız!
33
* * *
Bu cür sözlərinlə qəlbimə dəymə,
Gözəlliyi dükan, bazarda gəzmə,
Bir də mənim üçün belə söz demə,
Gözəllik, insanın özündə, ay qız!
* * *
Gözəllik – saf könül, təmiz diləkdir,
Gözəllik – sədaqət, həm incəlikdir,
Başlıca gözəllik öz qəlbindədir,
Onu başqa yerdə axtarma, ay qız!
* * *
Gözəllik – xoş arzu, təmiz duyğudur,
Göz
əllik – sirdaşa olan qayğıdır,
Gözəllik – İNSANIN tale payıdır,
Özünə yaxşı bax, gözəlsən, ay qız!
23.06.1994. Marağa.
34
YOLLAR
Yollar çox dolaşıq, yollar qəribə
Bu, yollar vüsala aparır məni,
Həm səndən ayırır, uzaqlaşdırır,
Həm də sənə doğru aparır məni...
* * *
Keçmişdən bu, günə bizi ayıran,
Bu, gündən sabaha səsləyir bizi,
Dünkü günə qədər uzaqlaşdıran,
Bu gündən vüsala aparır bizi...
* * *
Eh yollar, qəribə, həm də dolaşıq
Dolaşıq kələf tək ucu bilinmir,
Kiminin bəxtinə düz yollar çıxır,
Kimisi, yoluyla yeriyə bilmir...
* * *
Enişli, yoxuşlu , həyat yolları
Dünyanın özü tək qəribəsiniz,
Bir vaxt haçalanıb, ayrıldığız tək,
Görən, bir də nə vaxt birləşərsiniz?
35
* * *
Yaşıl işıqları yandırın görüm!
Sevgi
nin yolları açıq olmalı,
Sevginin işıqlı, bomboş yolları
Sevib-
sevilənlə bu gün dolmalı...
* * *
Bu, gündən başlayan yollar uzunu
Sənə addım-addım yaxınlaşıram,
Arxaya boylanıb, seyrə dalanda
Səndən addım-addım uzaqlaşıram...
* * *
Dünyanın işindən baş açmaq olmur,
Yollar çox dolaşıq, yollar qəribə
Yolun ortasında dayanan zirvə,
Bir ümid nöqtəsi olur, qəribə...
12.07.1994. Marağa.
Dostları ilə paylaş: |