34
15. Şeqlov M.A. İnsanları sevin. Məqalələr. Gündəliklər. Məktublar. M., 1987. s. 200-201.
16. Yeqorov B.F. Ədəbi tənqid sənəti haqqında. Janrlar. Kompozisiya. Üslub. L., 1980. s.9.
17. Y.B.Borev. İnterpretasiya və qiymətləndirmə sənəti. M., 1981. s. 41-110.
18. Y.B.Borev. Estetika. M.: Visşaya şkola, 2002. s. 459-478.
19. Y.B. Borev. Estetika. M.: Visşaya şkola,2002. s. 462-463.
20. Y.B. Dukov, V.S. Jitkov, Y.V. Osokin. İncəsənətin sosiologiyasına giriş: Humanitar ali
məktəblər üçün dərs vəsaiti SPb., 2001. s.118-138.
21. Zeldoviç. M.Q. Ədəbiyyatşünaslıq fənni kimi ədəbi tənqidin nəzəri tarixi // Filologiya elmləri.
1991. №5. s.1-3.
РЕЗЮМЕ
СПЕЦИФИКА ФУНКЦИОНИРОВАНИЯ ЭСТЕТИЧЕСКОЙ ПРОБЛЕМАТИКИ
В ЛИТЕРАТУРНО-КРИТИЧЕСКОМ ТЕКСТЕ
Керимова В.С.
Ключевые слова: литературная критика, литературный процесс, эстетика, философско-
эстетическая проблематика в литературной критике, понятие
философско-эстетического дискурса.
Целью рассмотренного исследования является предоставление краткой и важной информации о
спецификационной деятельности эстетической проблематики в литературно-критическом тексте. В
литературоведении философско-эстетическая проблематика, функционально частично совместимая с
эстетической проблематикой, это метод сущности искусства и универсальных законов познания. В
широком смысле, эстетическая проблематика в литературно-критическом тексте выступает в
качестве теоретической основы искусства.
SUMMARY
ACTIVITY SPECIFICATION OF AESTHETIC PROBLEMATICы
IN LITERARY-CRITICAL TEXT
Karimova.V.S.
Keywords: literary criticism, literary process, philosophical-aesthetic problematic
in literary criticism, the concept of philosophical-aesthetic discourse.
The objective purpose of presented research is to give brief and essential information about
specification activity of aesthetic problematic in literary-critical text. Functionally in literary criticism
philosophical-aesthetic problematic, partially compatible with aesthetic problematic: it is a method of
essence of art and about the universal laws of knowledge. In a broad sense, aesthetic problematic in literary-
critical text acts as a theoretical foundation of art.
Daxilolma tarixi:
İlkin
variant
03.04.2017
Son variant
Ədəbi-tənqidi mətndə estetik problematikanın fəaliyyətinin spesifikası
35
UOT 82-3
SƏNƏDLİ NƏSRİN PROBLEMLƏRİ
(Mustafa Çəmənlinin “Fred Asif” və “Mübariz” adlı
sənədli povestləri əsasında)
BABAYEVA AYNURƏ NİZAMİ qızı
Sumqayıt Dövlət Universiteti, baş laborant
e-mail: femida278@mail.ru
Açar sözlər: bədii ədəbiyyat, sənədli nəsr, Mustafa Çəmənli, ideya, vətənpərvərlik.
Müasir ədəbi prosesdə real faktlardan istifadə geniş vüsət almışdır və yeni əsər yaranmasında
impuls xarakteri daşıyır. Faktlardan istifadə tarixi hadisələrin daha yaxından hiss edilib dərk
edilməsinə kömək edir.
Bədii ədəbiyyatın bir növü kimi XIX əsrin ortalarından etibarən yaranmağa başlayan sənədli
nəsr cəmiyyətin ictimai və siyasi həyatında baş verən tarixi hadisələri, mövcud problemləri real
faktlara istinadən əks etdirir. Sənədli nəsrin inkişafı, hüdudlarının genişlənməsi bədii ədəbiyyat
ənənələrini zənginləşdirir. A.S.Puşkinin “Puqaçevun tarixi” (1834), T.Karleylin “Fransız inqilabının
tarixi” (1837), Stendalın bioqrafik xarakter daşıyan “Haydn, Mosart və Metastazionun həyatı”
(1817), “Rassininin həyatı” (1824), Karleylin “Prussiyalı II Fridrixin tarixi” (1858-1865) əsərlərini
sənədli nəsrin ilkin nümunələri hesab etmək olar. Sənədlərdən, real hadisələrdən, konkret
bioqrafiyalardan istifadənin yeni prinsip və üsullarını A.İ.Qersenin, F.M.Dostoyevskinin, C.Ridin
roman və publisistikalarında müşahidə etmək mümkündür. II Dünya müharibəsi (1939-1945)
sənədli nəsrin inkişafına xüsusi təkan verdiyi üçün həmin dövrü sənədli nəsrin çiçəklənməsi dövrü
kimi qəbul etmək olar. Hadisələrin sosial-ictimai, tarixi tərəflərini, mənəvi-əxlaqi mahiyyətini əks
etdirmək həmin dövr ədəbiyyatının tələbinə çevrilir. Zaman və tarix haqda müşahidə və analiz yolu
ilə əldə olunmuş nəticələrin bədii ədəbiyyatda əks olunması yeni nəsil üçün həmin dövrü tarixilik və
müasirlik baxımından daha dərindən anlamasına kömək edir. Buna görə də səciyyəvi sənəd, fakt,
xroniki ardıcıllıq hamı tərəfindən qəbul edilmiş düşüncəni, fikri detallarla aydınlaşdırma gücünə
malik olmalıdır. Bədii nəsrdə istifadəsi çətin mövzular öz yerini təhkiyə üsulu vasitəsilə sənədli
nəsrdə tapır. Bu tip mövzular gələcəkdə bədii nəsr üçün mənbə qaynağı sayıla bilər.
E. Şik “Dokument, fakt, obraz” adlı monoqrafiyasında sənəd və faktlardan istifadəni “tarixi
yaxından duyma” mümkünlüyü kimi qeyd edir. Sənədli əsərdə yazıçı tarixi həqiqətdən, tarixi
ardıcıllıqdan uzaqlaşıb öz təxəyyülünün məhsulundan istifadə edərsə, onda o, janrın
qanunauyğunluğunu pozmuş olar. Çünki tarixi sənəd özlüyündə ən güclü təsirə malikdir. [1, 33]
Z.Y.Şaripova isə sənədli nəsri tarix və bədii ədəbiyyatın ortaq nəticəsi hesab edirdi. Onun
fikrincə, sənədli nəsrin hüdudları janr və tarixilik baxımından əvvəlcədən bəllidir. Sənədli nəsr bir
tərəfdən tarixə, sənədə əsaslanırsa, digər tərəfdən də bədiiliyə söykənməlidir. [2, 155]
Sənədli nəsrin əsasında geniş məqsədyönlü tədqiqat işi durur. Yazıçı sənədli əsər
yazmamışdan öncə tarixi sənədləri və faktları öyrənir, arxivi araşdırır, qismən tarixçi alim kimi
fəaliyyət göstərir. Xatirələr, memuarlar, gündəliklər, məktublar, portretlər, fonoqrammalar (səs
yazısı), şahidlərin qeydləri, rəsmi kağızlar, göndərişlər, yol təəssüratları sənəd kimi qəbul edilə
bilər.
Ümumilikdə, təxəyyülün məhsulu olmayan hadisələr, faktlar sənədli nəsri bədii nəsrdən
fərqləndirir. Ancaq onun bədii nəsrə aid tarixi romanla sərhədlərini dəqiq müəyyən etmək çətindir.
Burda da yazıçı sənəd və faktlardan, xroniki ardıcıllıqdan istifadə edə bilir. Lakin tarixi romanda
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 2 2017