Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Texno-təşəbbüskarlar; qeyri-müəyyənliyi yaşamağa istəkli, dözümlü və sıravi şəxslərə nisbətən gələcəkdəki çətinliklər barəsində daha

çox məlumatlı olmalıdır. Dəyişiklik, əksər hallarda əvvəlcədən işarələr verir. Uğurlu texno-təşəbbüskarlar, bu işarələri təsbit etməyi və

onlardan faydalanmağı bacarırlar. Onlar, bu cür işarələr vasitəsi ilə işlə bağlı maraqlı qurğular kəşf edirlər. Texno-təşəbbüskar,

proqnozlaşdırma və sezmə qabiliyyəti ilə bazar yaratmaq və inkişaf etdirmək bacarığına sahib, texnologiya yarada bilən və innovasiyanın

idarə edilməsi qabiliyyətinə malik təşəbbüskarlardır. Texno-təşəbbüskarların uğurlu olması proqnozların mümkün mərtəbə düzgün və həqiqi

olmasından asılıdır. Texno-təşəbbüskarların ucuz texnologiyaya dair təşəbbüskardan fərqli olaraq fəaliyyət göstərmək istədiyi sahədə daha

yaxşı ixtisaslaşmış və bu sahədə yaxşı yetişmiş olması vacibdir. Texno-təşəbbüskarlığın ən böyük üstünlüklərindən biri az sərmayə ilə çox

yüksək böyümə potensialının olmasıdır. Məsələn, hamımızın yaxından tanıdığı Microsoftun qurucusu və sahibi Bili Gates texno-

təşəbbüskara ən yaxşı nümunədir.

Texno-təşəbbüskarlığın inkişaf etdirilməsi üçün mühəndislik ixtisasında təhsil alan tələbələrə öz ixtisası ilə bağlı biliklərlə yanaşı

təşəbbüskarlıq barəsində də biliklər verilməlidir. Təşəbbüskarlıq təhsili proqramında ümumiyyətlə risklərin idarə edilməsi mövzusu da

olmalıdır. Texno-təşəbbüskar, qarşılaşdığı iş fürsətini qiymətləndirmək üçün fəaliyyətlərdən ibarət olan bir plana ehtiyac duyur. Buna görə bu

istiqamətdə də müəyyən biliklərinin olması vacibdir. Bu fəaliyyətlərə aid vəzifələr iş fürsətinin doğru qavranmasına, iş ortaqlarının doğru

şəkildə motivasiya edilməsinə ehtiyac var. Şəriklərə və maraqlı tərəflərə lazım olan motivasiya təmin edilməzsə, onlar imkanlarını nəzərdə

tutulan iş sahəsinə yönəltməyə həvəsli olmazlar.

32


33

Texno-təşəbbüskarlıq üçün maarifləndirmə ehtiyacı böyük əhəmiyyətə malikdir. Texno-təşəbbüskarlar əvvəlcə texnoloji riskləri boynuna

götürmək məcburiyyətində qalır. Bir çox hallarda o zamana qədər təsdiq edilməmiş texnologiyalara əsaslanır. Bəzən bazardakı ehtiyaclardan

qaynaqlansa da; əsas diqqəti texnologiya inkişaf etdirməyə yönəltmək lazımdır. Texno-təşəbbüskarların ən ciddi problemlərindən biri də,

inkişaf etdirilən həlli laboratoriya mühitindən bazar (sənaye) şərtlərinə yüksəltmək məsələsidir. Bir çox fikir və ya innovasiya, laboratoriya

mühitində çox uğurlu görünsə də sənayedə tətbiq edilərkən müxtəlif mənbələrdən qaynaqlanan çox ciddi problemlər yaşa bilir. Bu cür

problemlərin yerindəcə həll edilməsi üçün müasir universitetlərdə texnoparklar, aqroparklar və s. yaradılaraq həm yeni fikirlərin sənayeyə

tətbiqinə, həm də məhsulun bazarın tələblərinə uyğun olmasına köməklik göstərilir.

İstər təşəbbüskarlıq tədrisi, istər texnoparkların istifadəyə verilməsi ölkəmizdə son bir neçə ildə gündəmə gəlsə də Türkiyədə bu

istiqamətdə müəyyən uğurlar əldə edilmişdir. Məsələn: 2014-ci ildə Türkiyədə ilk dəfə regional səviyyədə aparılan, dünyanın ən geniş

miqyaslı təşəbbüskarlıq layihəsi olan və təşəbbüskarlığın iqtisadi böyümə prosesində əhəmiyyətini ortaya qoyan Qlobal Sahibkarlıq Monitoru

(Global Entrepreneurship Monitor-GEM) keçirildi. Bu layihə ora daxil olan ölkələr arasında 31 mindən çox insanın iştirakıyla ən çox anket

sorğusu edən və 26 bölgə səviyyəsində həyata keçirilən tək layihə olaraq diqqətlə izlənildi. GEM layihəsində 2014-ci il qlobal araşdırmalarda

isə dünya əhalisinin təxminən 73%-i, ÜDM-in isə 90%-ni təmsil edən 73 ölkə iştirak etmişdir. Hesabatın bəzi hissələrinə nəzər salaq:

Hesabatın nəticələrinə görə Türkiyədə təşəbbüskarlıq xüsusiyyətlərinə sahib potensial təşəbbüskar nisbətində son illərdə əhəmiyyətli bir

artım olmuşdur. 2013-cü ildə Türkiyədə 18-64 yaş arasındakı əhalinin 38,63%-i növbəti 6 ay ərzində yeni bir işə başlamaq üçün fürsət

meydana gələcəyinə inanarkən, 2014-cü ildə əhalinin bu hissəsinin təşəbbüskarlığa olan inamının 39,8% -ə çatdığı müşahidə edilmişdir.

Şübhəsiz ki, bu inamın formalaşmasında KOSGEB-in (

Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı

) rolu böyükdür, bu

idarə barəsində növbəti yazılarda məlumat verməyə çalışacam.


34

Bütün bunları nəzərə alaraq texno-təşəbbüskarlığın inkişafına xüsusi diqqət yetirilməli

olduğunu düşünürəm. Bu istiqamətdə ölkəmizdə görülən işlər arasında müxtəlif bölgələrində

texnoparkların, sənaye parklarının, aqroparkların, inkubasiya mərkəzlərinin yaradılması, bu

istiqamətdə fəaliyyət göstərmək istəyən şəxslərin dövlət tərəfindən dəstəklənməsi

təqdirəlayiqdir. Hesab edirik ki, yaradılan infrastrukturdan arzu olunan formada istifadə

edilməsi üçün bütün sahələrdə, o cümlədən mühəndislik sahəsində təşəbbüskar insanların

sayının artmasına çalışmaq və bu istiqamətdə müvafiq dərslərin tədrisini təşkil etmək

lazımdır.

Müəllif haqqında.

Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti, universitet Tələbə

Elmi Cəmiyyətinin sədri, Aqrobiznesin təşkili və idarəedilməsi kafedrasının dissertantı – Rəhimov Fərrux

Məhəmməd oğlu.

Mövzu: Aqrar sahənin inkişafında texnoparklardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi. (Azərbaycan

Respublikasının materialları əsasında)



Elmi rəhbər: İ.e.d, dos. İbrahimov Eldar Rza oğlu.

Araşdırmalar göstərir ki, qurulan hər yeni müəssisə, öz işini quran şəxsdən başqa orta hesabla 7 nəfərə də məşğulluq imkanı təmin edir.

Bu mühüm məşğulluq vasitəsinin düzgün şəkildə istifadə edilməsi, məşğulluq imkanlarını artırmağa və ehtiyatlardan maksimum

faydalanmağa imkan verəcək.


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə