Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin
1932
-ci ildə
Sovet İttifaqın
ın İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul
etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya
Sovet Azərbaycanında
qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni
dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın
gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-
də
kibernetika
,
informatika
,
genetika
kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə
bilərdi.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək
Tehrana
köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi.
Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi
və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta
təhsilini tamamladıqdan sonra o,
Tehran Universitetinin
Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə
1944
-
cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o
Amerika Birləşmiş Ştatlarına
gəlib və təhsilini
Massaçusets
Texnologiya İnstitutunda
davam etdirib.
1947
-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt
Kolumbiya Universitetind
ə
çalışırdı. O,
1948
-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr,
1957
-ci ildə isə
professor
dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə
məşhur alim,
kibernetikan
ın atası hesab olunan
Norbert Vinerin
tövsiyəsi ilə
Kaliforniyaya
, bu ştatdakı
Berkli Universitetin
ə gəlib. Burada ilk
vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona
dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan
qeyri-səlis məntiq
nəzəriyyəsidir. Bu nəzəriyyə
riyaziyyat
ın əsası
olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir:
qeyri-səlis çoxluq
. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə
gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə
1965
-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi
ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin
80
-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən
yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır.
Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün
Yaponiyan
ın "
Mitsubishi
", "
Toshiba
", "
Sony
", "
Canon
",
"
Sanyo
", "
Nissan
", "
Honda
" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan
maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
51
Lütfi Zadə
1989
-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat –
"Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə
Amerikanın "
General Motors
", "
General Electric
", "
Motorola
", "
Dupont
", "
Kodak
" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.
Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada,
linqvistikada
, siyasətdə, fəlsəfədə,
sosiologiyada
, dini məsələlərdə, münaqişə
problemlərində də istifadə olunur.Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar
nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".
Lütfi Zadənin elmdə
Z-çevirmə
kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını
qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir
idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın
Milli Kosmik Tədqiqatlar Mərkəzi
(NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq
edir, layihələndirir və tətbiq edir.Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə
yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki,
"Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da
yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər
alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi
ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət,
1980
-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla
qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə
riyaziyyat
ın,
kibernetikan
ın,
informatika
və
hesablama texnologiyasının
inkişafı tarixində yeni bir dövr
açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə
kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini
üstələmişdir.
2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət
sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları
kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb
2016-cı ild
ə Lütfi Zadənin nəzəriyyəsi əsasında
yapon
alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı
robot
Tokiodak
ı Beynəlxalq Elm Muzeyində sərgilənib.
© A. Əfəndizadə, Ə. Əbilov. "Dünya şöhrətli alim"
52
53
“Marketinq” ixtisasına yiyələnsəm də, dizayner olmaq
istəyirdim. Bunun məqsədlə layiləndirmə bacarığımı inkişaf
etdirmək üçün hər səhər-axşam çalışırdım. Bu mənim çox
vaxtımı alırdı. Boss olduqdan sonra dizayn ilə məşğul olmadım
və marketinq sahəsinə qayıtdım. Hər axşam uşaqlarım
yatdıqdan sonra mən oxumağa və yeni biliklər qazanmağa
başladım. Bu məşğuliyyət də mənim çox vaxtımı alırdı, lakin
mən zəhmətimin bəhrəsini toplamağa başlamışam.
Əgər mən yalnızca iş saatları ərzində özümü inkişaf etdirsəydim,
heç vaxt kreativ direktor və istehsalat üzrə menecer ola
bilməzdim. Heç vaxt bu gün olduğu kimi tələbələrə MBA tədrisi
verə bilməzdim. Mən yalnızca özümə keçdiyim dərslərə etibar
edirəm.
Və tanıdığım uğur qazanmış insanlar mənim getdiyim eyni yolu
getmişlər. Mənim bir dostum politologiyanı bitirsə də, sahibkar
olmağı arzulayırdı. O özəl şirkətin yaradılması ilə yaxından
maraqlanırdı. Nəticədə o şirkət yaratdı və onu baha qiymətə
satdı. Bizim kimi insanların gələcəyini 18:00-dan 00:00-a qədər
etdiyimiz məşğuliyyətlər təyin edir.
Cek Ma/Alibaba şirkətinin yaradıcısı, dünyanın ən varlı
insanlarından biri
54
Benjamin Franklin öz fantastik şəkildə işləmə qabiliyyəti və özünəməxsus
məqsədyönlülüyü ilə digərlərindən fərqlənirdi. O 20 yaşı olduqda qalan bütün
həyatı üçün “məqsədlərə nail olmaq” planı hazırlamışdı. Daha sonradan isə
ömrü boyu hər bir günü dəqiqliklə planlaşdıraraq bu plana riayət etmişdir.
Onun “məqsədlərə nail olmaq” planı “Franklin piramidası” adlanır və tərkib
etibarilə aşağıdakılardan ibarətdir:
Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir. Bu bir mənada “Bu dünyaya
hansı missiya üçün gəlmisiniz? Özünüzdən sonra dünyada nə kimi iz qoymaq
istəyirsiniz?” suallarına cavab qismində çıxış edir. Lakin bu həyat planının baş
tutmayacağı və dünyada yalnız 1% insanın özünə bu sualları verdiyi güman
edilir.
Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına bəşəri məqsəd qoyur. O bu
həyatda kim olmaq istəyir, nəyə nail olmağı planlaşdırır?
Məqsədlərə nail olmağın əsas planı – bəşəri məqsədə doğru gedən yolda
müəyyən kiçik məqsədləri birləşdirməkdir.
1, 3, 5 il üçün nəzərdə tutulmuş plan uzun müddətli hesab olunur. Burada
məqsədin dəqiq reallaşma müddətini müəyyən etmək vacibdir.
Bir ay, yaxud 1 həftəlik plan isə qısa müddətli plan adlanır. Plan nə qədər yaxşı
düşünülmüş olarsa, onu daha yaxşı təhlil və düzəliş edə bilərsiniz. Bu işinizin
daha effektiv olmasına gətirib çıxaracaq.
“Məqsədlərə nail olmaq” planında sonuncu pillə – hər gün üçün nəzərdə
tutulmuş planlardır.
55
Fiziki imkanları məhdud olan gənclər üçün GR8-in, Uğur Akademiyasının və sərbəst təlimçilərinin təşəbbüsü və təşkilatçılığı ilə, Creative
Development Center, The Black Sea Trust və Erasmus + CRISP tərəfindən dəstəklənən "Karyera imkanları" Layihəsi
Bu layihəni həyata keçirməkdə əsas məqsəd fiziki imkanları məhdud olan şəxslərin
peşə hazırlığına dəstək olmaqla iş bacarıqlarının artırılmasına və cəmiyyətə
inteqrasiyasına töhvə verməkdir.
Layihə kimlər üçün nəzərdə tutulub:
Fiziki imkanları məhdud olan 18-35 yaş arası gənclər
Layihənin müddəti:
2 ay
Layihənin məqsədi:
- 4 sahə üzrə- Sosial Bacarıqlar, Müştəri Xidmətləri, Satış Bacarıqları və Zəng
Mərkəzi (call center) haqda bilik və bacarıqların ötürülməsi;
- Uğurlu iştirakçıların ayrı-ayrı şirkət və müəssisələrdə təcrübə proqramı ilə təmin
edilməsi.
Bu təlimlərdə iştirak etmiş fiziki imkanları məhdud olan şəxslərin işlə və ya təcrübə ilə təmin edilməsində maraqlı olan şirkətlər Azərbaycan
Mühəndislər Birliyinə (
info@azenu.org
) və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.
Mob: +99470 587 77 36
Email: layihe2016@gmail.com
56
BP şirkətində 2016-cı il üzrə Məzunların işə qəbulu və Yay təcrübə proqramına ərizə qəbulu artıq başlamışdır. Ərizələrin qəbulu
üçün son tarix 15 dekabr 2016-cı ildir.
Kim ərizə verə bilər?
- Yay Təcrübə Proqramına:
Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2018-ci ildə bitirən bütün tələbələr 2017-ci il təcrübə proqramında iştirak üçün
müraciət edə bilərlər.
Qazma və tamamlama əməliyyatları/Quyular;
Qazma qurğusunda mühəndis;
Yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası;
Geologiya, Geofizika və Petrofizika;
Geomexanika;
Mexanika Mühəndisliyi;
Emal texnologiyaları Mühəndisliyi;
Təzyiq sistemlərinin bütövlüyü üzrə mühəndis;
Boru kəmərlərinin inşaası texnologiyası;
Maliyyə
Təchizat və Tədarükün İdarə Olunması
58
- Məzunların İşə qəbulu Proqramına:
Bakalavr və ya magistr dərəcəsini 2015-2017-ci illərdə qazanan məzunlar 2017-ci il məzunların işə qəbul proqramı
üçün ərizələrini təqdim edə bilərlər.
İnşaat və Tikinti mühəndisliyi;
Nəzarət və ölçü cihazları mühəndisliyi;
Geomatiks
Maliyyə
Təchizat və Tədarükün İdarə Olunması
59
Sual 1.
1. 1997 və 1999-da mobil telefonların satışındakı fərq nə qədərdir?
A.
500 ədəd
B.
1,000 ədəd
C.
5,000 ədəd
D.
18,000 ədəd
2. İki il ərzində satışda minimal faiz dəyişməsi olub.?
A.
1997 və 1998
B.
1999 və 2000
C.
hər iki variant (A) və (B)
D.
2001 və 2002
3. 1999 və 2001-ci ildə mobil telefonların toplam satışı hansı illə eynidir?
A.
1997
B.
1998
C.
2000
D.
2002
4.
2001-dən 2002-yə satışlarda faizlə artım nə qədər olub?
A.
115 %
B.
128 %
C.
122 %
D.
118 %
60
Sual 2.
Aşağıdakı diaqram maşın istehsalını (minlərlə) göstərir
1.
Neçə şirkət 2002-2003-də orta istehsaldan aşağı amma 2003-2004-də orta istehsaldan yuxari
maşın istehsal edib?
A.
1
B.
2
C.
3
D.
4
2.
Hindustan Motor-un 2003-2004-də istehsalının Honda-nın 2002-2003-də olan istehsalına olan
nisbəti neçədir?
A.
0.66
B.
1.5
C.
2
D.
Heç biri
3.
Neçə şirkətin istehsalında əvvəlki illə müqayisədə heç azalma olmayıb?
A.
1
B.
2
C.
3
D.
4
61
1-ci sualın cavabı:
1. Qış
2. Fevral
3. Dərsdən gəlir
4. Mənzildə su xətti yoxdur
5. Ana və balaca bir qız (ana balaca qızı baxçadan gətirməyə gedib)
6. Nevropatoloq (masanın üzərində tibbi çəkic var)
2-ci sualın cavabı:
3-cü sualın cavabı:
9:59 ilə 10:01 arasında yalnız 2 dəqiqə fərq var
Bu ayın qalibi:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Fakultəsinin tələbəsi Toğrul Qurbanov
62
Türkan Dəmirova
Günel Dadaşova
AZERBAIJAN
ENGINEERS
UNION
We Unite We Succeed
Həm Sual – Cavab bölməsindəki sualların cavablarını , həm
də elmi, texnoloji, mühəndisliklə bağlı yazdığınız məqalələri
info@azenu.org
email ünvanına özünüz haqqında məlumat
(təhsil aldığınız universitet, ixtisas və ya işlədiyiniz
müəssisəni) qeyd etməklə göndərə bilərsiniz.
https://www.facebook.com/AzerbaijanEngineersUnion
https://www.linkedin.com/company/azerbaijan-engineers-union
https://www.linkedin.com/groups/8485560
https://twitter.com/AzeEngUnion
Dostları ilə paylaş: |