Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   ...   14

Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 

ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ, Səudiyyə 

Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 

aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə forumun hazırlanması 

və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim 

əs-Salehə istinadən "Al-Ayyam" nəşri məlumat yayıb.

Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki 

tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars 

körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul 

olan digər maraqlı dövlətlər arasında neft sahəsində 

əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.

Sədr əlavə edib ki, forumda, həmçinin regional və 

beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək 

olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin 

iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında 

fikirləri nəzərdən keçiriləcək.

© Report.az

Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək

7


Dünyada 2040-cı ilə qədər qlobal enerji tələbatı 40% 

artaraq gündəlik 382,1 mln. barel ekvivalenti 

həddinə çatacaq. "Report"un "Bloomberg" agentliyinə 

istinadən verdiyi xəbərə görə, OPEC-in 2016-cı il Qlobal 

Neft Bazarı (World Oil Outlook) hesabatına əsasən, 

2040-cı ildə dünya enerji bazarında təbii yanacağın 

payı 77%-ə yüksələcək. Burada təbii qazın xüsusi çəkisi 

27%, neftin - 26%, kömürün isə 24% təşkil 

edəcək. Enerji tələbatında bərpa olunan enerjinin payı 

17%-ə, nüvə enerjisinin payı isə 6%-ə çatacaq. Sənəddə 

qeyd olunub ki, 2040-cı ilə qədər enerji tələbatının 

artmasında əsas rolu inkişaf etməkdə olan ölkələr 

oynayacaq. Onların enerji tələbatında payı 2040-cı ildə 

63%-ə yüksələcək. Bununla yanaşı bildirilir ki, 2040-cı 

ildə qlobal neft tələbi 109,4 mln. barel/gün olacaq. 

OPEC-in 2040-cı ildə gündəlik neft hasilatı 41 mln. 

barelə yüksələrək qlobal neft hasilatının 37%-ni təşkil 

edəcəyi ehtimal olunur. Ən çox neft tələbi avtonəqliyyat 

vasitələrində yaranacaq ki, bu da 2040-cı ildə gündəlik 

47,8 mln. barel təşkil edəcək. 

OPEC : 2040-

cı ilə qədər qlobal enerji tələbatı 40% 

artacaq

8


9

İndoneziya səfiri BANM-də olmuşdur

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İndoneziyanın 

Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür.Rektor 

E.Qasımov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, 

turizm və təhsil sahələrində inkişafından söz açmış, Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan BANM-in 

tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermis, Ali 

Məktəbdə qısa müddət ərzində görülən işlərdən, dünyanın aparıcı ali təhsil 

ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən bəhs 

etmişdir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula 

görə təşəkkürünü bildirmiş, BANM ilə Indoneziyanın ali təhsil müəssisələri 

arasında əməkdaşlığın inkişafının hər iki ölkə arasında təhsil əlaqələrinin 

genişlənməsinə yol açacağına əminliyini söyləmişdir. Səfir BANM-in 

əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək 

İndoneziya Mədəniyyət Festivalına dəvət etmişdir. Görüşdə gələcək 

əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir 

mübadiləsi aparılmışdır. Görüşün sonunda rektor Elmar Qasımov səfirə 

BANM-in “Fəxri qonaq” diplomunu təqdim etmişdir.


''ASAN könüllü”ləri SOCAR-da təcrübə keçəcəklər

SOCAR və Azərbaycan Respublikasının Prezidenti yanında 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 

arasında imzalanmış “ASAN könüllülərin SOCAR-ın bütün struktur 

bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə 

əməkdaşlıq Sazişi”nin icrası məqsədi ilə Master 2 layihəsi 

çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil 

edilmişdir.İnsan Resursları Departamentində təşkil edilən test 

imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN 

könüllü”lərinin məntiqi təfəkkürü yoxlanılmışdır. İmtahanlar zamanı 

könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 

60 dəqiqə vaxt verilmişdir. İmtahanda hər bir test tapşırığı 1 balla 

qiymətləndirilmiş və səhv cavablar düzgün cavablara təsir 

etməmişdir. İmtahan zamanı “ASAN könüllü”sü ona ayrılan vaxtdan 

istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdiyi 

kompüterin monitorundan avtomatik olaraq topladığı bal haqqında 

məlumat ala bilmişdir.

Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda 

müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət ediləcəklər. 

Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə 

təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim 

ediləcəkdir.

10


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə