ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   18

 

31 


 

4.4  Nəticələrin ölkə üçün əhəmiyyəti 

 



Tütünə  nəzarət  haqqında  məlumatların  mövcud  olmasına  baxmayaraq,  Azərbaycanda  gənclər 

arasında tütündən istifadəyə dair əlavə məlumatlar əhəmiyyətli dərəcədə vacibdir. Bu məqsədlə 

gələcək  tədqiqatlar,  elmi  təşəbbüslər  və  qiymətləndirmə,  gənclərin  tütünçəkmə  amilləri  və 

nəticələrinə dair tədqiqatların dəstəklənməsi və təşviq edilməsi həyata keçirilə bilər. 

 



Azərbaycanda bir çox gənclər tütünçəkmədən imtina etmək istədiyini qeyd etmişdir, buna görə də 

ölkədə  tütündən  imtinaya  yardım  edən  və  tütün  asılılığından  effektiv  müalicəni  dəstəkləyən  bir 

sıra,  xüsusilə  də  yeniyetmələrə  istiqamətləndirilən  infrastruktur  elementlərinin  yaradılması 

olduqca  zəruridir.  Bu  baxımdan  Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzinin 

(İSİM)  nəzdində  əhali  üçün  tütündən  imtina  üzrə  pilot  tibbi  məsləhət  xidməti  və  xüsusi  qaynar 

xəttin yaradılması başlanğıc nöqtə ola bilər. 

 



Məlumatlar  Azərbaycanda  yeniyetmələrin  erkən  yaşda  siqaret  çəkməyə  başlamasını  göstərir. 

Buna  görə  də,  tütünlə  bağlı  təlimlər  daha  erkən  yaşda  olanlara  yönəldilməli  və  yeniyetmələrin 

siqaret çəkməsi səbəbləri, xüsusilə də siqaretçəkən həmyaşıdların daha çox dostları və daha da 

cəlbedici  olmasına  dair  bir  çox  yeniyetmələrin  düşüncələri  barədə  məlumatlara 

əsaslandırılmalıdır.  Eyni  zamanda  gənclər  arasında  maarifləndirmə  kampaniyaları 

gücləndirilməlidir. Məktəb kampaniyaları həm də Ümumdünya Tütünsüz Günündə keçirilə bilər, 

lakin tütün təhlükələri barədə mütəmadi maarifləndirmə tədbirləri vacibdir.  

 



Azərbaycanda  tütün  məmulatlarının  vergi  dərəcələri  hələdə  aşağı  səviyyədədir,  bu  isə  ucuz 

siqaretlərin  geniş  mövcudluğu  izah  edir.  Azərbaycanda  hazırda  siqaret  çəkən  gənclərin 

əksəriyyəti tütün məmulatlarını asanlıqla dükandan alaraq əldə edirlər, baxmayaraq ki, 18 yaşa 

çatmayan  şəxslərə  tütün  məmulatlarının  satışı  qanunla  qadağan  edilir.  Azərbaycanda  tütün 

məhsullarının  əsas  yayılması  yollarının  küçələrdə  əldən  satanlar,  kiçik  mağazalar  və  köşklər 

təşkil  edir  və metro stansiyaları və nəqliyyat  dayanacaqları,  xəstəxana  və məktəblər kimi sıxlıq 

müşahidə  olunan  ictimai  yerlərin  yaxınlığında  tütün  məmulatlarının  satılması  da  geniş 

yayılmışdır.  Bu  baxımdan,  təsiredici  tədbirlərin  güclənməsinin  effektiv  qaydada  həyata 

keçirilməsi  zəruridir.  Bundan  başqa,  tütünə  nəzarət  üzrə  hərtərəfli,  kompleks  yanaşmanın  əsas 

komponentləri  olan  ÜST  TMÇK-nın  tələb  etdiyi  tütün  məmulatlarının  qutuları  üzərində  effektiv 

şəkilli  sağlamlıq  xəbərdarlıq  və  ismarıclarının  olmaması,  yeniyetmələr  tərəfindən  siqaretin 

alınması və çəkilməsi, eləcə də satıcılar tərəfindən yeniyetmələrə siqaretlərin satılmasına səbəb 

ola bilər. Sonuncu hal İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş cərimələrin olması, lakin 

güclü tətbiq mexanizmlərinin olmaması şəraitində baş verir.  

 



Ölkədə  əksər  yeniyetmələr  bir  sıra  yerlərdə  ikincili  (ətrafa  yayılan)  tütün  tüstüsünün  təsirinə 

məruz qaldıqlarını qeyd edirlər. Demək olar ki, onların hamısı onun zərəri barədə məlumatlıdır 

və  ictimai  yerlərdə  tütünçəkmənin  qadağan  edilməsini  dəstəkləyir.  Tütün  tüstüsünün  zərərsiz 

səviyyəsinin  olmamasını  nəzərə  alaraq  bütün  insanların  tütün  tüstüsünün  mümkün  ola  bilən 

təsirindən  mühafizəsi  tədbirləri,  xüsusilə  də  bütün  ictimai  və  iş  yerlərində  tütünçəkmənin  tam 

qadağan edilməsi üzrə milli qanunvericiliyin gücləndirilməsi son dərəcə vacibdir. 

 



Azərbaycanda  məktəblilər hələ də  qeyd  edir  ki, tütünçəkməni  dəstəkləyən  media  ismarıclarının, 

tütün  reklamı  və  ya  satışının  stimullaşdırılmasının  təsirinə  məruz  qalırlar.  Bu  təsirin  nəzarət 

altında  saxlanılması  gənclərin  tütünçəkməyə  başlamasını  azalda  bilər.  Tütün  məmulatlarının 

pərakəndə satış yerlərində göstərilməsinin (tütün vitrinləri) qadağan edilməsi məsələsi də nəzərə 

alınmalıdır. 


32 

 

5.



 

Tövsiyələr 

Ən  aktual  GYTS  nəticələrinə  əsaslanaraq  Azərbaycanda  geniş  hərtərəfli  tütünlə  mübarizə  tədbirlərinin 

tez  bir  zamanda  həyata  keçirilməsi  məsələlərinə  baxılmalıdır.  Belə  tədbirlər  həyatları  xilas  edə, 

xəstələnmə  səviyyəsini  azalda  və  tütün  səbəbindən  yaranan  xəstəlik  və  iş  qabiliyyətinin  itirilməsi  ilə 

əlaqəli iqtisadi yükün azaltmasına kömək edə bilər.  

 



Bir çox məktəblilər evdə və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır və şagirdlərin 

82.8%-i  hesab  edir  ki,  ictimai  yerlərdə  tütünçəkmə  qadağan  edilməlidir.  Bütün  ictimai  və  iş 

yerlərində tütünçəkməni  qadağan edən qanunların qəbul edilməsinə və effektli tətbiqinə ehtiyac 

var. 

 



Siqaret  çəkən  məktəblilərin  əksəriyyəti  siqaret  çəkməyi  tərgitmək  istədiyini  (65.6%)  və  siqaret 

çəkməyi  tərgitmək  üçün  cəhd  etdiyini  (65.0%)  qeyd  etmişdir.  Müvafiq  yardım  və  alətlərlə,  bu 

məktəblilər  tütünçəkmədən  tam  imtina  edə  bilərlər.  Əhali  üçün  tütündən  imtina  üzrə  tibbi 

məsləhət xidməti və xüsusi qaynar xəttin yaradılması tütündən imtina etmək istəyən gənclər üçün 

bir resurs kimi mühüm rol oynaya bilər.  

 



Bir  çox  məktəblilər  satış  yerlərində  tütün  məmulatlarının  reklamının  təsirinə  məruz  qalıb  

(32.5%)  və  düşünür  ki,  satış  yerlərində  görünən  siqaret  vitrinləri  gəncləri  siqaret  çəkməyə 

həvəsləndirir (məktəblilərin 1/3-i). Azərbaycanda satış yerlərində tütün məmulatlarının bütün növ 

reklamının,  satışın  stimullaşdırılmasının  və  sponsorluğunun,  o  cümlədən  pərakəndə  satış 

yerlərində tütün vitrinlərinin tam qadağan edilməsi üçün daha təsiredici tədbirlərə ehtiyac var, 

eləcə  də  tütün  məmulatlarının  qutuları  üzərində  effektiv  şəkilli  sağlamlıq  xəbərdarlıq  və 

ismarıclarının olmasının qəbul edilməsi zəruridir.  

 



Azərbaycanda  tütün  məmulatının  vergilərinin  artırılması  ilə  bağlı  tədbirlər  gənclər  üçün 

siqaretlərin 

əlçatan 

olmasının 

məhdudlaşdırılması 

məqsədilə 

qiymət 

siyasətinin 

formalaşdırılması çərçivəsində aktualdır. 

 



Gənclər arasında tütündən istifadə və digər əsas göstəriciləri nəzarətdə saxlamaq, eləcə də ÜST 

TMÇK və MPOWER-in başa düşülməsi və həyata keçirilməsi meyillərini qiymətləndirmək üçün 

bu sorğu ən azı dörd ildən bir keçirilməlidir.  

 



Sağlamlığı  təşviq  edən  hərtərəfli  strategiyalar  və  məktəb  qaydaları  və  siyasəti  tütündən 

istifadənin qarşısının alınması və nəzarəti üçün gücləndirilməlidir. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə