ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

27 


 

 



Siqareti  ədədlə  alan  və  siqareti  qutu  ilə  alan  hazırda  siqaret  çəkən  məktəblilərin  (əsasən 

oğlanlar) sayı eyni dərəcədə bərabər olub - 44%. 

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu 18 yaşına çatmamış şəxslərə 

tütün  məmulatlarının  satışını,  təşviqinin  bütün  formalarını  qadağan  edir  və  tütünçəkmə  yerlərini 

məhdudlaşdırır,  sağlamlığa  mənfi  təsir  barədə  xəbərdarlıqların  tütün  qutuları  üzərində  yerləşdirilməsini 

tələb  edir. Eləcə də,  həmin  Qanun  zəruri  hallarda tütün  məmulatı  satıcılarının  alıcılardan onların yaşını 

təsdiq edən sənədi tələb etmək hüququnu təsbit edir, lakin reallıqda buna əməl edilmir. İnzibati Xətalar 

Məcəlləsində tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə və yetkinlik yaşına çatmayanlara 

satılmasına görə nəzərdə tutulmuş cərimələrin artırılmasına baxmayaraq, reallıqda cərimələrin tətbiqi çox 

zəifdir.  Digər  tərəfdən  Azərbaycanda  tütün  məmulatlarının  növlərinə  görə  fərqli  aksiz  tətbiq  olunması 

bəzi  tütün  məmulatlarının  daha  ucuz  olmasına  və  bununla  da  həssas  qruplar  üçün  onların  daha  əlçatan 

olmasına  şərait  yaradır.  Çərçivə  Konvensiyasının  16-cı  maddəsi  yetkinlik  yaşına  çatmayanlara  tütün 

məmulatlarının  satışının  qadağan  edilməsini  tələb  edir.  Həmin  maddədə  əks  olunmuş  “bütün  tütün 

məmulatı  satıcılarının  satış  məntəqəsinin  daxilində  yaxşı  görünən  yerdə  yetkinlik  yaşına  çatmayanlara 

tütün  məmulatının  satışının  qadağan  olunduğu  barədə  aydın  bir  elanın  yerləşdirilməsinə  dair  tələb” 

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində öz əksini 

tapsa  da,  satıcılar  tərəfindən  yerinə  yetirilmir.  Konvensiyanın  16.3-cü  maddəsi  dövlətlərin  üzərinə 

siqaretlərin  tək-tək  satışının  qadağan  edilməsi  öhdəliyi  qoyur,  çünki  belə  hallarda  siqaretlərin  yetkinlik 

yaşına çatmayanlar tərəfindən əldə edilmə imkanını artırır, siqareti onlar üçün daha əlçatan edir. “Tütün 

və  tütün  məmulatı  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  tütün  məmulatlarını  ədədlə  satışını 

qadağan  edərək  bu  tələbə  uyğun  gəlsə  də,  siqaretlərin  tək-tək  satılması  Azərbaycanda  hələ  də  geniş 

yayılıb.  

Tütün əleyhinə məlumatın təsiri 

 



Son bir ayda şagirdlərin 62.3%-i media vasitələrində tütün əleyhinə məlumat görüb və ya eşidib. 

 



Son bir ayda şagirdlərin 45.3%-i idman yarışlarında və ya tədbirlərdə iştirak etdiyi zaman tütün 

əleyhinə məlumat görüb və ya eşidib.  

 



66.0%-i son bir il ərzində məktəbdə tütündən istifadənin təhlükələri haqqında məlumat alıb.. 

 



Son bir ayda siqaret çəkən şagirdlərin 74.3%-i siqaret qutuları üzərində sağlamlığa zərər barədə 

xəbərdarlıq görüb və bu səbəbdən 54.0%-i tütündən imtina etməyi düşünüblər.  

 



Heç  vaxt  siqaret  çəkməyən  44.6%  məktəbli  son  bir  ayda  siqaret  qutuları  üzərində  sağlamlığa 

zərər barədə xəbərdarlıq gördüyü səbəbindən çəkməyə başlamamaq barədə düşünüblər.  

Nəticələr  göstərir  ki,  məqsədyönlü  tütünə  nəzarət  siyasəti,  xüsusilə  də  tütün  əleyhinə  məlumatların    və 

tütün  tüstüsünün  sağlamlığa  təhlükələri  barədə  düzgün  xəbərdarlıqların  mövcudluğu  yeniyetmələri 

tütünçəkmədən  çəkindirir  və  tütündən  imtinaya  sövq  edir.  Lakin  Azərbaycan  Respublikasının  “Tütün 

məmulatları.  Qablaşdırma  və  markalanma”  Dövlət  Standartı  ilə  müəyyən  edilmiş  sağlamlıq  barədə 

xəbərdarlıqlar siqaret qutuları üzərində təkcə yazı yox, həm də Çərçivə Konvensiyasının 11-ci maddəsinin 

həyata  keçirilməsinin  Rəhbər  Prinsiplərinə  uyğun  olaraq  təsiredici  şəkillərlə  müşaiyyət  edilməli, 

xəbərdarlıq yazıları vaxtaşırı dəyişdirilməli, eləcə də bir tütün məmulatının digərindən az zərərli olması 

barədə birbaşa və ya dolayı yanlış təsəvvür formalaşdıran vasitələrdən istifadə edilməməlidir. Buna görə 

də  2015-ci  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər  üçün 



28 

 

Strategiya”  və  onun  həyata  keçirilməsi  üzrə  Səhiyyə  Nazirliyinin  Fəaliyyət  Planının  müvafiq 



müddəalarının icrası, xüsusilə də Azərbaycanda tütünlə bağlı qanunvericiliyinin Çərçivə Konvensiyasına 

uyğunlaşdırılması məsələləri olduqca zəruridir. Eləcə də 2014-cü ildən başlayaraq Azərbaycanda həyata 

keçirilən  Təhsil  Nazirliyinin  “Sağlam  təhsil  –  Sağlam  millət”  layihəsi  çərçivəsində  aparılan  fəaliyyətlər 

yeniyetmələrin tütün əleyhinə məlumatlandırılması baxımından daha da gücləndirilməlidir. 

 

Tütün marketinqi barədə məlumatlılıq və onun təsirinə məruz qalma 

 



Son bir ayda məktəblilərin 32.5%-i satış yerlərində olaraq orada tütün məmulatlarının reklamı və 

satışının stimullaşdırılmasını görüb.  

 



Son  bir  ayda  məktəblilərin  68.9%-i  televizora,  videoya  və  ya  filmə  baxaraq  kiminsə  siqaret 

çəkdiyini görüb.    

 



Məktəblilərin  8.7%-i  üzərində  tütün  şirkətinin  və  ya  məmulatının  adı  və  ya  şəkli  olan  əşyaya 

məxsus olduğunu, 14.5% heç vaxt siqaret çəkməyənlər isə onlarda belə əşyanın hazırda olduğunu 

və ya gələcəkdə ola bilməsini qeyd edir.   

 



Məktəblilərin  1/3-i  düşünür  ki,  satış  yerlərində  görünən  siqaret  vitrinləri  gəncləri  siqaret 

çəkməyə həvəsləndirir. 

2015-ci  ildə  yenilənmiş  “Reklam  haqqında” 

Azərbaycan  Respublikasının 

Qanunu


 

tütün,  tütün 

məmulatlarının  və  onların  ləvazimatlarının  reklamını  və  satışının  stimullaşdırılmasını  qadağan  etsə  də, 

siqaret vitrinlərinin təsiri hələ də insanlara, xüsusilə də yeniyetmələrə güclü təsir göstərir. Məlumdur ki, 

satış  yerlərində  tütün  məmulatlarının  göstərilməsi  özlüyündə  reklam  və  satışın  stimullaşdırılmasıdır  və 

gənc  insanlar  tütün  məmulatlarının  təsvirinin  stimullaşdırıcı  təsirinə  xüsusilə  həssasdırlar.  Bunun 

qarşısının  alınması  üçün  Azərbaycanda  pərakəndə  ticarət  obyektləri  və  satış  məntəqələrində  tütün 

məmulatlarının  görünməsi  və  hər  hansı  təsviri  tam  qadağan  edilməlidir.  “Tütün  və  tütün  məmulatı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  da  tütün  məmulatlarının  reklamı,  satışının 

stimullaşdırılması və sponsorluğu ilə bağlı maddələr gücləndirilməlidir. Çərçivə Konvensiyasının 13.1-ci 

maddəsinə  əsasən  tütün  məmulatlarının  reklamının,  satışın  stimullaşdırılmasının  və  sponsorluğun  tam 

qadağan olunması tütün məmulatından istifadənin azaldılmasına gətirib çıxarır. 



Bilik və münasibət 

 



Məktəblilərin  25.1%-i  düşünür  ki,  bayram,  görüş  və  ya  digər  yığıncaqlarda  insanların  siqaret 

çəkməyi onların özlərini daha rahat hiss etməsinə təsir edir. 

 



Məktəblilərin 81.8%-i düşünür ki, ətrafdakı insanların siqaret çəkməsi onların sağlamlığına zərər 

yetirir. 

 



Yeniyetmələrin 19%-i düşünür ki, siqaretçəkən gənclərin daha çox dostları olur. 

 



Yeniyetmələrin 29.2%-i düşünür ki, siqaretçəkən gənclər daha da cəlbedicidir.   

Tütünçəkmə  ilə  bağlı  vərdişlər  haqqında  məktəblilər  arasında  yanlış  düşüncələrin  mövcudluğu  sorğu 

nəticələrindən aydın olur. Tütünlə əlaqəli sağlam və düzgün düşüncələrin formalaşması olduqca zəruridir. 

Maarifləndirmə üzrə tütünə nəzarət proqramlarına  valideyn və müəllimlərin cəlb olunması vacibdir. Bu 

fəaliyyətlər  “Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci 

illər  üçün  Strategiyanın  həyata  keçirilıməsi  üzrə  Səhiyyə  Nazirliyinin  Fəaliyyət  Planı”,  Səhiyyə 

Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı, eləcə də Təhsil Nazirliyinin “Sağlam təhsil – Sağlam 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə