ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

24 

 

3.6  Bilik və münasibət 

 

Cədvəl 16: Cinsi mənsubiyyətə görə 13-15 yaşlı məktəblilər arasında tütündən imtinaya və siqaret çəkməyə dair 

bilik və münasibət – GYTS Azərbaycan, 2016. 



 

Cəmi 

Oğlan 

Qız 

 

Faiz (95% CI) 

Məktəblilər düşünür ki.… 

Tütün çəkməyə yeni başlayan insan üçün 

tütün çəkməyi tərgitmək çətindir 

17.3 (14.2-20.9) 

18.9 (15.1-23.4) 

15.5 (11.9-20.0) 

Bayram, görüş və ya digər yığıncaqlarda 

insanların siqaret çəkməyi onların özlərini 

daha rahat hiss etməsinə təsir edir  

25.1 (22.2-28.2) 

26.5 (23.6-29.6) 

23.3 (19.5-27.7) 

 

17.3%  məktəbli  düşünür  ki,  tütün  çəkməyə yeni  başlayan  insan  üçün  tütün  çəkməyi  tərgitmək  çətindir, 



25.1%-i  (2011-ci  ildə  27.6%)  düşünür  ki,  bayram,  görüş  və  ya  digər  yığıncaqlarda  insanların  siqaret 

çəkməyi onların özlərini daha rahat hiss etməsinə təsir edir. 



Cədvəl 17: Cinsi mənsubiyyətə görə 13-15 yaşlı məktəblilər arasında ikincili tütün tüstüsünə dair bilik və münasibət 

– GYTS Azərbaycan, 2016. 



 

Cəmi 

Oğlan 

Qız 

 

Faiz (95% CI) 

Məktəblilər düşünür ki,… 

Ətrafdakı insanların siqaret çəkməsi 

nəticəsində yaranan tüstü onların 

sağlamlığına zərərlidir  

81.8 (76.6-86.0) 

78.5 (73.8-82.5) 

85.7 (79.7-90.1) 

Qapalı ictimai yerlərdə siqaretçəkmə 

qadağan edilməlidir 

82.8 (79.9-85.3) 

78.4 (74.9-81.5) 

87.8 (84.5-90.5) 

Açıq ictimai yerlərdə siqaretçəkmə qadağan 

edilməlidir 

80.0 (76.6-82.2) 

76.4 (72.6-79.8) 

84.3 (81.8-86.4) 

 

Məktəblilərin  81.8%-i  (2011-ci  ildə  85.9%)  düşünür  ki,  ətrafdakı  insanların  siqaret  çəkməsi  onların 



sağlamlığına zərər yetirir, 82.8%-i (2011-ci ildə 94.0%) qapalı ictimai yerlərdə, 80.0%-i isə acıq ictimai 

yerlərdə siqaretçəkmənin qadağan edilməsinin tərəfdarıdır. 

 



 

25 


 

4.

 

M

ÜZAKIRƏ

 

4.1  Nəticələrin icmalı 

Tütündən istifadə 

 



Azərbaycanda, oğlanlar arasında daha çox, yəni 15.1% olmaqla, məktəblilərin 10.3%-i nə vaxtsa 

siqaret çəkib.  

 



Hazırda (son bir ayda) tütün çəkənlərin sayı 7.3%, bu rəqəm oğlanlar üçün 11.6%, qızlar üçün 

2.3% təşkil etmişdir.  

 



Məktəblilərin 2.9%-i hazırda siqaret çəkir. 

 



Evdə siqaret çəkənlərin sayı 13.4% təşkil etmişdir.  

 



Hazırda hər gün siqaret çəkənlərin sayı 1%-dir. 

 



Nə vaxtsa siqaret çəkənlərin 32.6%-i (əsasən oğlanlar) on yaşadək siqaret çəkməyə başlamasını 

qeyd etmişdir. 

 



Heç  vaxt  siqaret  çəkməyənlərin  8%-i  növbəti  il  ərzində  siqaret  çəkməyə  başlaya  bilməsini 

vurğulamışdır.   

GYTS  nəticələri  Azərbaycanda  orta  məktəb  şagirdləri  arasında  tütünçəkmənin  yayılmasının  hələ  də 

yüksək  olduğunu  göstərir.  Gənclər  arasında  siqaretçəkmə  az  yaşlı  uşaqlara  yönələn  tütünə  nəzarət 

qanunvericiliyi,  siyasəti  və  müdaxilələrə  dair  səylərin  lazımi  dərəcədə  olmaması  şəraitində  vəziyyətin 

yaxşılaşmamasını  əks  edən  mühüm  problemin  mövcudluğunu  vurğulayır.  “Tütün  və  tütün  məmulatı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  tütün  məmulatının  istehsalı,  idxalı  və  ticarətini 

tənzimləyir  və  tütün  çəkilən  yerlərə  məhdudiyyətlər  müəyyən  edir.  Qanunla  tədris,  tərbiyə,  səhiyyə, 

sağlamlıq  və  mədəniyyət,  habelə  idman  yarışları  və  kütləvi  tədbirlərin  keçirildiyi  obyektlərdə  siqaret 

çəkmək  qadağandır.  Lakin  qadağaların  tətbiq  edilməsi  kifayət  qədər  reallaşdırılmır  və  ya  qanunda  olan 

çatışmazlıqlar buna tam şərait yaratmır. Digər tərəfdən Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə 

Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində xüsusi vurğulanır ki, qiymət və vergi tədbirləri əhalinin 

müxtəlif  qrupları,  xüsusən  də  gənclər  tərəfindən  tütünün  istifadəsinin  azaldılması  yolunda  effektiv  və 

mühüm  vasitədir.  Tütün  məmulatlarının  qiymətinin  bahalaşdırılması  dövlət  tərəfindən  tütündən 

istifadənin  azaldılmasına  təsir  göstərə  biləcək  ən  səmərəli  müdaxilədir.  Öz  növbəsində  vergi  tütün 

məmulatlarının  qiymətinə  təsir  etmək  baxımından  dövlətin  əlində  olan  ən  güclü  vasitədir.  Vergilərin 

bütün  tütün  məmulatları  üçün  eyni  olması  tövsiyə  edilir.  Yüksək  tütün  vergiləri  gənc  və  yeniyetmələri 

tütündən uzaq tutmağa imkan verir.  

Tütündən imtina 

 



Hazırda tütün çəkən məktəblilərin 65%-i son bir il ərzində tütündən imtina üçün cəhd etmişdir.  

 



Hazırda siqaret çəkənlərin 71.2%-i istədiyi vaxt siqaret çəkməyi tərgidə biləcəyini düşündüyünü 

qeyd etmişdir. 

 



26%-i siqaret çəkməyi tərgitməklə bağlı nə vaxtsa mütəxəssisdən kömək  və ya  məsləhət aldığını 

qeyd etmişdir.  


26 

 



 

17.3%  məktəbli  düşünür  ki,  tütün  çəkməyə  yeni  başlayan  insan  üçün  tütün  çəkməyi  tərgitmək 

çətindir. 

Qeyd  olunanlar  yeniyetmələr  arasında  tütünçəkmənin  azaldılmasına  yönələn  ictimai  səhiyyə,  təhsil  və 

digər sahələrə aid müdaxilələrin hazırlanmasında nəzərə alınmalıdır. Ölkədə tütündən imtina üzrə yardım 

xidmətinin  və  qaynar  xəttin  yaradılması  və  yeniyetmələrin  ehtiyaclarına  uyğunlaşdırılması  məsələləri 

xüsusi əhəmiyyət kəsb edir. Çərçivə Konvensiyasının 14-cü maddəsi dövlətlərin üzərinə tütündən asılılıq 

və  tütündən  istifadənin  dayandırılması  ilə  bağlı  tələbatın  azaldılması  üçün  zəruri  tədbirlər  həyata 

keçirmək  öhdəliyi  qoyur.  14-cü  maddənin  həyata  keçirilməsinin  Rəhbər  Prinsiplərində  qeyd  olunur  ki, 

Çərçivə  Konvensiyasının  tərəfləri  tütünçəkmədən  imtina  etməni  motivasiya  edən,  eləcə  də  bu  asılılığı 

tərgitmək  istəyən  tütün  istifadəçiləri  üçün  lazımi  dəstəyi  təmin  edən  infrastruktur  yaratmalıdırlar.  Bu 

sahədə müvafiq siyasət qəbul edilməli, tütün asılılığından xilas olmaq üçün müvafiq müalicə xidmətləri 

mövcud olmalıdır. 

Ġkincili tütün tüstüsü 

 



Şagirdlərin 28.8%-i evdə tütün tüstüsünün təsirinə məruz qalıblar. 

 

 



40.8%-i qapalı və 42.2%-i açıq ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalıblar.

 

 



Məktəb binası daxilində və ya məktəbin həyətində kiminsə siqaret çəkdiyini 43.7% şagird görüb.

 

 



Yeniyetmələrin 82.8%-i qapalı ictimai yerlərdə, 80%-i isə acıq ictimai yerlərdə siqaretçəkmənin 

qadağan edilməsinin tərəfdarıdır. 

Ölkədəki tütünlə mübarizə səyləri təsiredici mexanizmlərin daxil edilməsi və ya mövcud tədbirlərin daha 

da inkişaf etdirilməsi,  xüsusilə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər 

üçün  Strategiya”  həyata  keçirilməsi  üzrə  Səhiyyə  Nazirliyinin  Fəaliyyət  Planı  çərçivəsində  mövcud 

qanunvericiliyin gücləndirilməsinə diqqət yetirməlidir. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan 

Respublikasının  Qanunu  ilə  heç  də  bütün  ictimai  və  iş  yerləri  tütün  tüstüsündən  tam  azad  edilməyib. 

Qanun  Azərbaycanda  qapalı  ictimai  və  ümumi  iş  yerlərində  tütünçəkməni  qadağan  etsə  də,  müəyyən 

edilmiş  yerlərdə  siqaret  çəkməyə  icazə  verir.  Həmçinin  İnzibati  Xətalar  Məcəlləsi  yeni  cərimələr  təyin 

etsə  və  bir  sıra  əvvəlki  cərimələri  artırsa  da  bu  cərimələrin  tətbiq  edilməsi  mexanizmləri  tam 

müəyyənləşdirilməyib və ya işlək deyil. Çərçivə Konvensiyasının 8-ci Maddəsi elmi araşdırmaların tütün 

tüstüsünün təsirinin ölüm, müxtəlif xəstəliklər və əlilliyə səbəb olduğunu birmənalı şəkildə sübut etdiyini 

vurğulayır.  Ölkə  qanunvericiliyi,  xüsusilə  də  “Tütün  və  tütün  məmulatı  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  21-ci  maddəsi  bir  sıra  yerlərdə  siqaret  çəkməyi  istisnalarla  qadağan  edir. 

Azərbaycan  Respublikasının  qanunvericiliyinin  Çərçivə  Konvensiyasının  8-ci  maddəsinə  tam 

uyğunluğunun  təmin  edilməsi  və  100%-lik  tüstüsüz  mühit  yaradılması  üçün  bütün  qapalı  məkanlarda 

siqaret çəkilməsi istisnalar olmadan qadağan edilməlidir. 

Əlçatanlıq və mövcudluq 

 



Siqaret çəkən məktəblilərin 75.2%-i axırıncı dəfə çəkdikləri siqareti mağazadan alıblar (əsasən 

oğlanlar). 

 



Hazırda  siqaret  çəkən  64.8%  məktəbliyə  (əsasən  oğlanlar)  satıcı  tərəfindən  yaşlarının  az 

olduğuna görə siqaret satmaqdan imtina edilməyib. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə