Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə36/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
ümumi psixologiyaTSP

Gipertim tip – bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, azdanışan, başladıqları söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.

  • Distim tip – onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır.

  • Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyiş­­­­mə­si xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət qaydaları dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda qapalı olurlar;

  • Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə təmasə az həvəsliliyə, mübahisələrə və söyüşə meyillidir;

  • Ləngiyən tip – orta ünsiyyət, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə gü­vənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir.

  • Pedant (xırdaçı) tip – münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə meyllilik xüsusiyyətlərinə malikdir.

  • Həyəcanlı tip – ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az halarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyllidirlər.

  • Emativ tip – seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, nadir hallarda mübahisəyə girişir, həddən artıq həssas və ağlağandır;

  • Nümayişkar tip – ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiş etdirir;

  • Coşğun tip – yüksək ünsiyyətlilik bacarığı, çox da­nışan (qeybətçil), tez-tez aşiq olmaq onlar üçün xasdır. Onlar alturistdirlər, ürəyi yumşaqdırlar, yaxşı zövqləri var, hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;

  • Ekstravert tip – ünsiyyətlidirlər, onların çoxlu dostları var, çox danışandırlar, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, tez-tez liderliyi başqalarına verirlər, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər, yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər;

  • İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyal­pərvərdir, filosofluğa meyllidir. Həmçinin bu insanlar təkliyi sevirlər, prinsipiallıq və təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. Xoşagəlməz xüsusiyyətləri bunlardır: inadkarlıq, təfəkkürdə lənglik, öz ideyalarını (hətta səhv olsa belə) inadkarcasına müdafiə etmək.

    Sonralar Yeniyetmələrdə xarakterin aksentuasiyasının təs­ni­fatını A.E.Liçko (1983) vermişdir. Bunlar aşa­ğıdakılardır:


      1. Gipertim tip – hərəkətlidir, ünsiyyətlidir, şuluqluğa meyllidir; Onların əhvalı həmişə yaxşı, yüksək olur. Tez-tez konfliktə girirlər. Onlar çox şeyə həvəs göstərirlər, lakin axıra qədər çatdırmırlar.


      2. Yüklə 135,57 Kb.

        Dostları ilə paylaş:
  • 1   ...   32   33   34   35   36   37   38   39   ...   43




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə