Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə30/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
ümumi psixologiyaTSP

Sanqvinik


Bu tipə aid insanlar zirək və diribaş olurlar.Həmişə hara isə tələsirlər,gedirlər, gəlirlər.Oturaq iş onlarlıq deyil.Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır.Hər şeyə maraq göstərirlər,və onların maraq obyektləri tez-tez dəyişir.Psixoloqların təbirincə desək sanqviniklərin maraqları davamsız və qeyri stabildir.Elə ona görə də böyük həvəslə və coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.Heç bir tip sanqvinik qədər istənilən şəraitə vəziyyətə tez uyğunlaşa bilmir.Son dərəcə emosional olsalar da yaddaşları zəifdir.Onlar üçün sanki hər şey bir anlıqdır;tez sevinib tez də kədərlənirlər.Sanqvinik tiplər üçün yalnız bu gün, bu saat, bu an var.Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər.Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına bəziləri isə bunun tam əksinə olaraq intizamlıdır.

Xolerik


Onların son dərəcə coşğun xarakteri var.Kəmhövsələdirlər.Həmişə istənilən məsələyə birinci reaksiya verənlər arasındadırlər.Bu xasiyyətləri ucbatından xoılerik tipli insanlar ətraf ilə asanlıqla yola getmir tez-tez münaqişəyə girirlər.Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz,insan kimi tanıyırlar.İnadkardırlar sanqvinikdən fərqli olaraq maraqları sabit və davamlıdır.Başladıqları işə bir qayda olaraq sona çatdırırlar.İstənilən problemlə üzləşdikdə özlərini itirmir,asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir.Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik


Bu tip insanlar qaradinməz sakit təmkinli olurlar.Söhbətcil deyillər.Çox çətinliklə söhbətə qoşulurlar.Heç bir tip fleqmatik qədər təmkinli deyil.Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil.Bu tip istənilən halda hamıdan gec reaksiya verir.Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban istiqanlıdırlar.Sadəcə onları yaxından tanımaq üçün vaxt lazımdır,vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar.Həmişə rəfiqələrini dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə