Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə25/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
ümumi psixologiyaTSP

Hafizənin tipləriİnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Məhz buna görə də təlim prosesində hafizənin tipologiyasının nəzərə alınması zəruridir. Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.
Hafizə pozuntuları
Hafizənin fərdi parametrləri çox geniş diapazonda fərqlidir. Elə bu səbəbdən də «normal hafizə» anlayışı qeyri-müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallarda olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detallar belə yada salınır. Bu vəziyyət hafizənin qiperfunksiyası adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. Emosional tarazlığın pozulması, inamsızlıq hissi, həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və yadasalmaya təhrik edir. İnsan xoşagəlməz və biabırçı hərəkətləri demək olar ki, unutmaqda gücsüzdür. Belə yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil. O, təkrar-təkrar xatırlanır, peşimançılıq və təəssüf hissi (vicdan hafizəsi) yaradır.
Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki anda lazım olan materialın (tarix, ad, termin və s.) yada salınmasının nisbətən zəifləməsi – reproduktiv seçiciliyin azalmasında özünü göstərir. Hafizənin zəifləməsinin sonrakı mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir. Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma, şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola bilər.
Amneziya zamanı əvvəlcə informasiyanın yada salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər unudulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar, kompleks qiymətləndirmə, yeriş və s. ilə əlaqədar hafizə daha tez pozulur.
Təhrif olunmuş hafizə, səhv yadasalma (konfibulyasiya), yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin quluna çevrilir. Məhz buna görə keçmişin qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən özününkü və özgəninkini, həqiqətdə olanlarla eşitdikləri, oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir. Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə personifikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən və təbii olaraq başqas ının fikrini özününküləşdirir. Halbuki, vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq adlanır.



  1. Təfəkkürün ümumi xarakteristikası

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir.



Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından mü­nasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin­liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin əlamət və mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, birləşmələri, əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk etdirir. Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə, digərlərinin mühüm olmayan əlamətləri, onların xarici əlamətləri birləşsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur.

Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri əlaqələr, sadə təsadüfi və real oxşarlıqlar qavrayışda üzvlənməmiş, ayrılmamış şəkildə olur. Təfəkkürün məqsədi ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdudlanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun daxili quruluşunu dərk etmək mümkün deyil. Elementar hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas üçün əlçatmazdır.

Hissi idrakın sərhədlərini keçmək üçün insan təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə belə hadisələr üçün işarələrdən, nitqdən istifadə edirlər. Söz mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin ümumiləşmiş inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə