Ümumi psixologiya üzrə dövlət imtahan sualları


Özünüqiymətləndirmə, müvəfəqqiyyət səviyyəsi, iddia səviyyəsi



Yüklə 135,57 Kb.
səhifə17/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
ümumi psixologiyaTSP

Özünüqiymətləndirmə, müvəfəqqiyyət səviyyəsi, iddia səviyyəsi.
Düsturdan görünür ki, özünü qiymətləndirmə müvəfiqiyyət səviyyəsi ilə düz, iddia səviyyəsi müvəfəqiyyətlə düz mütənasibdir. Çünki, müvəfəqiyyət artdiqca iddia səviyyəsi artır. Şəxsiyyətin iddia səviyyəsi problemini Amerika psixoloqu Xoppe çox geniş tətbiq etmişdir.
Şəxsiyyətin iddia səviyyəsi dedikdə onun öz uğurlarına və uğursuzluqlarına subyektiv münasibəti başa düşülür.Özünü qiymətləndirmədə olduğu kimi iddia səviyyəsinin də yuxarı adekvat və aşağı səviyyələri ayrılır.
İddia səviyyəsi artdıqca özünüqiymətlindirmə artır və s. Real imkanlarla iddia səviyyəsinin uyğun gəlməməsi qeyri-adekvat özünüqiymətlindirməyə gətirib çıxarır. Özünüqiymətlindirmədə koqnitik kompanentləri( dərkeləmə kompanentləri) çoxdur, iddia səviyyəsində isə emosional kompanentləri çoxdur.

  1. Motivlər haqqında anlayış

Motivlər- Motiv dedikdə şəxsiyyəti fəaliyyətə təhrik edən subyekt halətlər( vəziyyətlər) başa düşülür.Ümumiyətlə psixologiyada motivləşmə və tələbatlar 1-1 lə sıx bağlıdır.Ona görədə şəxsiyyətin motivləşmə tələbatı anlayışından istifadə olunur. Bu o deməkdir ki, şəxsiyyət nə istəyir(tələbat) nə üçün istəyir(motiv)


Tələbatın motivləşməsi dedikdə - Onların müəyyən tərzdə odənilməsi başa düşülür. Tələbatlar ödənilməyənə qədər öz predmentini tanımır. Tələbatlar həmişə obyektlərə yəni nəyə isə olan tələbat, motivlər isə subyektə aid edilir. Məs . mən susamışam, susuzluq hissi motiv rolunda çıxış edir yəni, məni susuzluğumu aradan qaldırmaq üçün fəaliyyətə təhrik edir. Su mənim tələbatım kimi çıxış edir suyu içərək susuzluğumu aradan qaldırmağım isə motivləşmə hesab edilir.
Motivin fəaliyyət göstərməsi motiv adlanır. Motivlərin aşağıdakı növləri ayrılır. Dərk olunma səviyyəsinə görə dərk ounan və dərk olunmayan motivlər.
1.Şüur səviyyəsinə qalxan motivlər- başqa sözlə dərk olunan tələbatların ödənilməsinə yönəldən motivlər.
2. Dərk olunmayan motivlərə isə-şəxsiyyətin dərk etmədiyi şüur altında olan tələbatların motivləşməsi aid edilir. Məs. buna irticaçılıq və libidos tələbatları aid etmək olar.
Fəaliyyət kotoqoryasını psixologiya elminə gətirən və geniş işləyən S.L.Rubinşteyndir. O eyni zamanda şüurla fəaliyyətin vəhdəti prinsipini elmə gətirmişdir.
Fəaliyyət növünə görə 3 növə ayrılır.
1). Oyun fəaliyyətinin motivlıri.
2). Təlim fəaliyyətinin motivləri.
3). Əmək fəaliyyətinin motivləri.
Məs: I. Oyun fəaliyyətinə misal olaraq göstərmək olar ki, uşaqları oynamağa təhrik edən motivləri qeyd etmək olar. Məktəbəqədər yaş dövrünə təsadüf olunur.
II. Təlim motivlərinə- idrak motivlkərini öyrənmək, qiymət almağa görə oxumaq.
III.Əmək motivlərinə- pul almağa görə işləmək, və yaxud işlədiyi işdən zövq almaq və s.
Şəxsiyyətin istiqamətinə görə motivlər.
1.Şəxsi motivlər- öz istəklərinə görə şəxsi motivlər.məs: şagird ona görə oxuyur ki, yaxşı qiymət alsın.
2.Geniş ictimai motivlər- yalnız öz istəklərini yox, digərlərinin də istəklərini və mənafeyini nəzərə almaq. Məs: şagird ona görə oxuyur ki, sinfin ümumi səviyyəsini qaldırsın.



  1. Duyğular haqqında anlayış

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.


Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrıayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır.
Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir.
1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
2. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir.
Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına səbəb olur.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə