Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   29   30   31   32   33   34   35   36   37

sanki zombi idilər, Zabitin əmrinə tabe olduqlarını

görüb:


- Haydı, qoçaqlar, iti tutun!- deyə qışqırdım. Bir

neçə dəqiqə sonra it əli-ayağı bağlı halda Zabitin

qabağında idi. O isə cibində hazır saxladığı ülgüc ilə

itin qulağını dibdən kəsə-kəsə sibirli (çukot)

yoldaşımızla zarafat edirdi:

- Sən iştahanı saxla. Bu iti sənin üçün kəsmirəm.

Birdən qan iyi səni ayrı fikrə salar, elə dirsə, al bu

qulağı çeynə yavaş-yavaş.

Nə başınızı ağrıdım, ikinci qulaq üzülər-üzül -

məz it qurtuldu iplərdən, əlimizdən çıxıb qaçdı.

Hamıdan zirək yenə bu oldu. Qışqırdı:

- Tez hər yerin qapısını örtün!

Bağlı həyətdə it qaçır, hər yerə qan sıçrayırdı.

Hasarlar, qapılar, uşaqların üst-başı tamam qan içində

idi. İtin görkəmi isə dəhşət saçırdı. O gah kəsilmiş

quyruğunun yerinə ağız atır, gah da ağrıdan qıvrılır,

atılıb-düşürdü. Səs-küyə başımız elə qarışmışdı ki,

göy gurultusu kimi bir səs hamını yerində dondur-

du.

- Smirno!!!



Döndük, baxdıq. Vay dədə, vay! Komandir əlində

tapança, sifəti ağappaq, gözləri hədəqədən çıxacaq

kimi bizə baxırdı. İndi səs-küy kəsilmişdi, təkcə

yazıq it hündürə hoppanır-düşür, heç onu illər uzunu

əzizləyən dostunu belə tanımırdı. Zabitin əli göydə

quruyub qalmışdı. Ülgüc isə əlində uzaqdan bərq

vururdu. Zalım oğlu bunu görən kimi elə bil 40 il

əvvəl itən dədəsini gördü, sifəti güldü. Hissəni bir-

birinə vuran əsgəri iş ba şında tuta bilmişdi. İndiyə

qədər heç bir xuliqanlığı onun boynuna qoya

bilməmişdi, bir-neçə gün qaupvaxta salsa da, ürəyi

soyumurdu. Göyə bir atəş açıb «Trevoqa!!!» - deyə

bağırdı. Zabit işin yaş olduğunu görüb şirin dilini

saldı işə:

- Əəə, nə trevoqa, müharibə-zaddır?

- Yaxın gəlmə, yoxsa vuracam!

- Əşşi, adam ol, nə olub ki, kimsə çukçalardan

iti kəsmək istəyirmiş, biz onun yaralarını tikirdik…

Allah bilir, Zabitin zəngin təxəyyülü daha nələr

uyduracaqdı ki, komandir artıq ağlının qarışdığını

gördü və köməyə gələn əsgərlərə əmr etdi ki, bağlayın

bunun qollarını. İki əsgər ona yaxınlaşdı. Zabit

dodaqaltı nəsə dedi, dönüb onlara necə göz ağartdısa,

yazıqlar yalandan özlərini guya əlləşən kimi göstərdilər.

Birisi dedi:

- Komandir, bəlkə, konvoyla aparaq, axı silahlıdır!

- Hanı silahı, tərk-silah eləyin də!

- Görmürsən əlindəkini? - deyə əsgər başını

yana çevirib bic-bic güldü.

- Yaxşı, silahları ona tuşlayın, 3 metrdən artıq

yaxınlaşmayın! Bircə addım yana atsa, vurun! Hələlik

düz qaupvaxta aparın, tribunala qədər qalsın orda!

Zabit öz doğma evinə - cəza yerinə doğru

addımladı. Komandir yalandan qorxurmuş kimi, tez-

tez əmrlər verirdi:

- Çox təhlükəli bir canidir! İnsanları da xüsusi

bir amansızlıqla öldürür belələri. Ehtiyatlı olun!

Başqa cinayətlərini sübut etmək üçün yuxarılara

zəng edəcəm.

Komandirin o tərəf-bu tərəfə dönüb təbliğat

apardığını, başının qarışdığını görəndə Zabit cəld

konvoyların birinə təpiklə vurdu ki, “göstərəcəm

sənə sonra.” Yazıq əsgər neyləsin ki? Dedi, istəyirsənsə

qaç, heç nə eləyən deyilik. Pilləkənlərin başında iki

növbətçi əsgər durmuşdu, onları görən Zabitin cini

tutdu. Biri özbək idi, biri türkmən, hərəsinə birini

ilişdirib sərdi yerə ki, niyə mənə hərbi qaydada

salam, yəni «çest» vermirsiniz. Nə isə, bunu birtəhər,

əlini-ayağını kürüyüb basdılar qaupvaxta.

Şikayətə əsasən yuxarıdan kimsə gəldi ertəsi

günü. Bizi bir-bir dindirdilər, hamının sözü bu oldu

ki, bizim xəbərimiz yoxdur, biz gördük ki, Zabit

təkbaşına orada itlə nəsə eləyir, getdik baxmağa.

Onu da dindirəndə bizim sözümüzü təsdiq elədi.

Guya it yaralı halda qaçıb gəlib, Zabit də itləri çox

sevdiyi üçün ürəyi yanıb, yaralarına dərman vurmaq,

tikmək istəyib. Aradabir eyham vururdu ki, belə

şeylər çox olur burada. Çukçalar it oğurlayıb kəsirlər.

Bəzən lap içəridən kimsə bir arağa iti onlara satır və

s. Polkovnik hamını çölə çıxartdı ki, onunla təklikdə

söhbət eləsin. Komandir ayaq üstə ölmüşdü sanki.

Bilirdi ki, Zabit sözü hara gətirib çıxaracaq. Köhnə

işlərindən, sudan quru çıxmaq bacarığından xəbərdar

olduğu üçün indi çox çalışırdı ki, onu sıxışdırmasınlar.

Polkovniklə nə danışdı, nə danışmadısa, axırda

yığıncaq keçirildi. Orada Zabiti xeyli təriflədilər ki,

ayıq əsgərdir, itləri çox sevir, çox bacarıqlı itsaxlayan

olduğu üçün xüsusi tapşırıqla şəhərdə xidmət etməyə

göndərilir. Hamı mat qalmışdı, iclasdan sonra şeylərini

yığışdıra-yığışdıra bizə başa saldı ki, polkovnik öz

adamımız çıxdı, çeçendir. Başa saldım ki, bu rus

qələt eləyər iti mənim qədər sevər. Kənddə iti

qoyundan çox qiymətləndirirlər. Amma bu əclaf

türkləri incidir, mən də ondan hayıf çıxıram. O da

müsəlmandır da, başa düşdü məni. Deyir, səni burada

ilişdirərlər. Şəhərdə yüksək vəzifəli qoca bir qadın

yaşayır. Tənhadır, bir iti var. Çox bahalı bir ingilis

itidir. «Doq» cinsli həmin itə baxmaq üçün maaşla

xidmətçi lazımdır ona. Səni aparacam onun yanına.

Allah eləsin, xoşu gəlsin qabiliy yətindən, səni işə

götürsə, canın qurtarar burdan, “cast”a da aybaay

Aylıq ədəbiyyat dərgisi

83

ULDUZ /

Yanvar 2016



pul köçürər, bunlar razı qalar. Görürəm zirək, diribaş

uşaqsan, çalış, baş çıxart orda, doqquz ayın qalıb

hələ, orda yeyib-içib qalacaqsan.

Dedim, əyə, Zabit, bəs işin nə olacaq, soruşdun?

- Neynirəm ki, bir soruşam da! Gedib orda

görərəm nə etməliyəm. Bilirsən ki, mən itləri çox

sevirəm - deyə bir göz də vurdu.

- Görsəm o “doq”un qulaqları uzundur, bir şey

fikirləşəcəm.

- Kişi ol, əyə, orda day bir hoqqa çıxarma. Am ma

darıxacağıq sənsiz. Məktub yazarsan tez-tez.

Bəli, gələn polkovnik Zabiti də götürüb getdi.

Gözlərimizlə gördüyümüzə inana bilmirdik,

doğrudanmı o boyda həngamədən qurtara bildi

Zabit?!

Hamı dönüb əmimə baxdı. Muğamat qur tarmışdı.



O özü də dönüb dostunun söhbətinə elə diqqətlə qulaq

asırdı ki, guya bu işlərin ona dəxli yoxdur.

- Sən canın, sonrası nə oldu? Günün necə keçdi

orda, danış, mən də bilim! - deyə dostu üz vurdu.

Onun sözünü sındırmayan əmim cavanlığındakı bir

macəranı da özü danışmağa başladı.



* * *

Getdik, şəhərdə məni yaxşı yeyib-içməyə qonaq

etdi çeçen polkovnik. Sonra maşını sürdürüb bir

binanın qabağında saxlatdırdı. Düşüb liftlə qalxdıq

yeddinci mərtəbəyə. Qapının zəngini çaldı. Qapıda

bir qadın göründü, onun yanında da bir it dal pəncələri

üstə qalxıb yekə ağzını açaraq bizə baxırdı. Yalan

olmasın, adam boyundan da xeyli hündürdən iki

qarış dilini çıxararaq ləhləyirdi. Fikirləşdim ki, bu

iti Allah mənə ürcah eləyib ki, incitdiyim itlərin

qisasını alsın. Nə isə, keçdik içəri, it də gəlib oturdu

stulda, əllərini də qoydu stola. Biz mürəbbə ilə çay

içirdik, it qabağındakı yeməyə etina etmədən bizi

süzür, polkovnik isə qadınla söhbət edirdi.

Gördüm, qadın gizlicə məni müşahidə edir, əlimi

dizimə vurub iti çağırdım «Bura gəl!».  İt elə bil dil

bilirmiş, gəlib yanımda şöngüdü, əllərini qoydu

dizlərimə. Oturan yerdə başı mənim başımdan

hündürdə idi. Özümü göstərmək üçün kinolarda

gördüyüm kimi, başladım itin boğazını, çənəsinin

altını barmaqlarımla qurdalayıb masaj etməyə. Əyilib

itin qulağına onu elə tərif edirəm ki, ağlı olsaydı,

yağ kimi əriyərdi. Gördüm ki, qadının xoşu gəlir

hərəkətlərimdən, polkovnikdən soruşdum:

- Mənim işim nədən ibarət olacaq, yoldaş

polkovnik?

- Sahibə hər gün işə gedəndə tezdən həyətə

qədər itlə onu ötürüb, sonra qayıdıb iti yedizdirəcəksən.

Şənbə və bazar günləri sahibə ilə, itlə gəzməyə

çıxacaq, həftədə bir dəfə iti hamamda yuyundurub,

darayacaqsan. Soyuducuda hər cür ərzaq var, bişir-

düşür, ye. Evə heç kəsi buraxmaq olmaz.

Başqası üçün, bəlkə də, bura əsl cənnət olardı,

amma mənim üçün qapalı yerdə qalmaq ölümə

bərabərdir. Həm də ki, bir itə bu qədər xərc çəkmək

mənə çox ağır gəlirdi. Üstəgəl, it də bir it ola, yenə

dərd yarı olardı. O qədər bol yedirtmişdilər ki, qarnı

qat-qat qırış bağlamışdı. Xüsusən, dal ayaqları üstə

duranda ətli, yekə qarnı qabağa çıxırdı və bu məni

çox əsəbiləşdirirdi. Öz itim yadıma düşəndə

qəzəbimdən alışıb-yanırdım. O yazıq soyuqda, qarda

həyəti qoruyur, bir parça quru çörək üçün adamın

ayaqlarını yalayır, bu isə ətdən bir çimdik qoparıb

üzünə baxır ki, pis bişirilib.

Nə isə, yaşadım orda bir müddət. Amma elə ilk

gün qadın işə gedən kimi aranı xəlvət görüb itin ən

çox zəhləm gedən yekə qarnına bir təpik vurdum.

Sonra axşama qədər qorxumdan itə başladım, necə

deyərlər, yaltaqlanmağa. Gah masaj elədim, gah

sığal çəkdim, xeyri olmadı, it hey şübhəli-şübhəli

mənə baxırdı. Bəlkə də, mənə belə gəlirdi, amma

elə düşünürdüm ki, qadın evə gələn kimi it ona

bildirəcək. Onu çağıranda daha yanıma gəlmir, başını

yana əyir, bir qulağını qaldırıb tək gözlə mənə

diqqətlə baxırdı. Öyrəndiyim bütün söyüşləri ona

yağdırırdım. Deyirdim ki, ilahi, bu mənim əlimə

kənddə, meşədə düşəydi. Bunu necə ləzzətlə döyərdim!

Ən dəhşətlisi o idi ki, bu iti döyməyi dünyanın ən

şirin ləzzəti bildiyim halda, ona qulluq etməli, nəvaziş

etməli, sığallamalıydım. Əgər qadının yanında ona

bir tumar çəkirdimsə, sonra on zərbə vururdum.

Bir dəfə liftlə qalxırdım. Gördüm sakitlikdir, bir

mənəm, bir də it… oturub, qarnı çıxıb qabağa.

Özümü saxlaya bilmədim. Dedim ki, bir təpiklə nə

olacaq ki? Birini vurdum. Sonra daha özümü saxlaya

bilmədim, o qədər vurdum ki, evə sürüyə-sürüyə

apardım. Ora-burasını ovuşdura-ovuşdura güclə ayağa

qaldırdım.

Arada ondan qum kisəsi kimi istifadə edirdim.

Boksçular kisəyə zərbə vurduqları kimi, yumruqla

qarnına, böyürlərinə vurur, kök bədəninin əlimi dəf

edib qaytarmasından həzz alırdım. Kül onun it başına,

bizdə balaca bir küçüyə çubuqla vursan, bağırsaqlarını

tökər, amma o qədər döyürdüm, heç dişlərini də

qıcamırdı. Elə yazıq-yazıq hıqqıldayır, üzümə baxıb

yavaşca zingildəyirdi. Əyə, vallah, bizim itə bir daş

dəysə, ulartısı yeddi kənd o yana gedər. Bütün bunlar

məni lap əsəbiləşdirirdi. Bütün uğursuzluqlarım,

dəcəl 

liklərim, əsgər yoldaşlarım, ev, doğmalarım



Aylıq ədəbiyyat dərgisi

84

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə