Hörmətli oxucular,
Sahibkarlığın inkişaf etdirilməsinin vacib element-
lərindən biri gənclərə aktiv həyat mövqeyinin aşılanması və yeni
nəsil iş adamlarının yetişdirilməsidir. Bu fəaliyyətdə hökumət
strukturları ilə yanaşı, biznes qurumlarının və ictimai
təşkilatların üzərinə də böyük məsuliyyət düşür. Azərbaycan
Banklar Assosiasiyası (ABA) ölkədə sahibkarlığı təbliğ etməklə
qeyri-neft iqtisadiyyatının inkişafı üçün həlledici əhəmiyyət
daşıyan kiçik və orta biznesin genişlənməsinə dəstək olur.
Təlim və tədris sahəsindəki təşəbbüslərə növbəti töhfəsini
vermək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə
ABA “Uğura inan, öz biznesinə başla!” adlı biznes-bələdçinin
nəşrini öz üzərinə götürmüşdür. Bankların inkişafı, onların
daim yeniliklər tətbiq etməklə əhaliyə və ölkə iqtisadiyyatına
daha yaxşı xidmət göstərməsi uğurlu iş adamlarının və
bizneslərin mövcudluğundan əhəmiyyətli dərəcədə asılıdır.
Əminik ki, oxumağa başladığınız bu bələdçi bir çox gənci
aktivliyə və bizneslə məşğul olmağa sövq edəcək. Kitabın
müəllifi ABA-nın ekspert qrupunun üzvü, 20 ildən artıq maliyyə
sektorunda fəaliyyət göstərmiş, bır sıra aparıcı maliyyə qurum-
larında rəhbər vəzifələrdə çalışmış, gənclər üçün Mikrobiznes
İnkubatoru layihəsinin müəllifi Elşən Bədirxanovdur.
Hamınıza uğurlar arzulayırıq!
Azərbaycan Banklar Assosiasiyası
3
Kitab Azərbaycan Banklar Assosiasiyasının
maliyyə və ASAN
Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib.
AZƏRBAYCAN BANKLAR
ASSOSİASİYASI
ASAN KÖNÜLLÜLƏRİ