Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   2   3   4   5   6   7   8   9   ...   94

10
halda tapa bilmədim). Bunları nəzərə alaraq qərara gəldim ki, 
cəmiyyətimizə, gənclərə mən də öz töhfəmi bu bələdçi ilə verim. 
Hazırkı  kitabça  mənim  və  mənə  dəstək  olan  şəxslərin  biznes 
təcrübəsi olmayan gənclərə bir köməyidir. 
Gəlin tanış olaq. 
Özüm haqqında bir qədər geniş yazacam. Bəndin sonunda 
səbəbini  izah  edəcəyəm.  Mən  Elşən  Bədirxanovam.  46  yaşım 
var, amma özümü sizin kimi gənc hiss edirəm:). 1986-ci ildə Bakı 
Dövlət  Universitetinin  tarix  fakültəsinə  daxil  olmuşam.  O 
zamanlar  yeganə  universitetin  tarix  fakültəsinə  daxil  olmaq 
olduqca  çətin  idi,  çünki  bu  fakültəni  bitirənlər  üçün  yüksək 
perspektivlər açılırdı. Sənədvermə prosesində universitetin bir 
ağsaqqalı ilə atam söhbət edəndə ona səmimi şəkildə bildirmişdi 
ki,  oğlunuzun  bu  fakültəyə  daxil  olmaq  şansı  yoxdur,  uşağı 
sındırma.  Atam  bunu  mənə  demədi  və  nəticədə  apelyasiya 
vasitəsilə tarix fakültəsinə daxil oldum (o zamanlar test sistemi 
mövcud  deyildi).  Apelyasiya,  qiymətindən  razı  olmayan 
abituriyent  üçün  xüsusi  komissiyanın  çağırılması  idi.  Bu 
komissiya  universitetin  ən  nüfuzlu  alimlərindən  təşkil 
olunurdu  və  sorğu-sual  nəticəsində  son  qərar  verilirdi. 
Sonradan  özüm  də  bu  hərəkətimə  təəccübləndim.  Təsəvvür 
edin,  çəkingən,  ünsiyyət  qabiliyyəti  aşağı  olan  bir  gənc 
universitet “əjdahalarını” bir yerə toplayır və onların suallarına 
cavab  verir.  Nəticədə  mənim  məsələm  Bakı  Dövlət 
Universitetinin  rektoru  Faiq  Bağırzadə  (o,  Azərbaycan 
Respublikasının  başçısı  Kamran  Bağırovun  qardaşı  idi) 
səviyyəsinə  qalxdı  və  müsbət  həll  olundu.  1992-ci  ildə 
universiteti  fəqlənmə  ilə  bitirdim.  Dövlət  imtahan 
komissiyasının sədri akademik Ziya Bünyadov idi. Fəxrlə qeyd 
edirəm ki, imtahandan sonra o, məni aspirantuyaya dəvət etdi. 
Amma SSRİ-nin dağıldığı dövrdə mədə maraqları elmi üstələdi. 
11
Özümə  bəraət  qazandırmaq  istəmirəm,  amma  maddi  durum 
doğrudan  da  ürəkaçan  deyildi.  1992-ci  ildə  mən  universiteti 
bitirəndə  Qarabağ  müharibəsinə  könüllü  qoşulan  böyük 
qardaşım ağır yaralandı. Onun müalicəsi uzun illər çəkdi. Nə 
isə...
1993-cü  ildən  bank  sistemində  çalışmağa  başladım 
(Qüdsiyyə Əhmədovaya mənə göstərdiyi dəstəyə görə təşəkkür 
edirəm).  Təhsilimə  uyğun  olmadığına  baxmayaraq,  bir  neçə 
aydan sonra artıq şöbə müdiri vəzifəsini icra etməyə başladım. 
Burada  həm  mənim  şəxsi  keyfiyyətlərim,  həm  yeni  bank 
sisteminin təzəcə formalaşması, həm də təhsil sistemimizin yeni 
bank çağırışlarına tamamilə uyğun olmaması rol oynadı. Yəni 
iqtisad  fakültəsini  bitirən  və  bitirməyənlər  arasında  bank 
sahəsində işləmək cəhətdən fərq demək olar ki, yox idi. Bir ildən 
sonra  Rabitəbanka  dəvət  olundum  və  şöbə  müdiri,  sonra  isə 
departament rəhbəri oldum. 
2003-cü  ildə  Bank  of  Baku-da  İdarə  Heyəti  sədrinin 
müavini, 6 aydan sonra isə sədr əvəzi təyin olundum. Hər iki 
bankda  komanda  ilə  birlikdə  bir  çox  sahələr  üzrə  olduqca 
uğurlu nəticələr əldə etdik.
Bundan sonra 2007-ci ildən Bank VTB (Azərbaycan)-da və 
2012-ci ildən isə Buta Sığorta şirkətində İdarə Heyəti sədrinin 
müavini  kimi  çalışmışam.  Hazırda  maliyyə  qurumlarında 
müşavirəm,  maraqlı  layihələr  həyata  keçirirəm.  İşlədiyim  bir 
çox qurumlarda İnsan Resurslarının idarə edilməsi, pərakəndə 
bankçılıq  və  bir  sıra  digər  sahələr  mənim  kurasiyamda  olub, 
biznes təhlili ilə məşğul olan Kredit Komitəsinin üzvü olmuşam.
Çox  vacib  hesab  etdiyim  bir  nailiyyətimi  də  nəzərinizə 
çatdırmaq istərdim. İş təcrübəsi olmayan bir çox gənc istedadın 
aşkarlanmasında rolum olub. Onlardan biri hal-hazırda aparıcı 
bankların  birində  İdarə  Heyətinin  sədri,  digəri  isə  sədr 
müavinidir.  Vaxtilə  seçdiyim  gənclərdən  bəziləri  hal-hazırda 


12
müxtəlif aparıcı banklarda İdarə Heyətinin üzvü, departament, 
şöbə və ya filial rəhbəridirlər.
İnkişaf  etməyə  çalışıram.  Həm  peşəkar,  həm  də  şəxsi 
inkişaf sahəsində. 44 yaşında hiss etdim ki, bir maliyyəçi kimi 
biliklərim  məni  qane  etmir  və  buna  görə  Performance 
Management  üzrə  CİMA  Diplomuna  sahib  oldum.  Son 
zamanlar  çox  kitab  oxuyuram.  İdmanı  sevirəm.  Böyük  tennis 
üzrə  bank  çempionu  olmuşam,  şahmatda  isə  ikinci  yerə 
çıxmışam.  Futbol  oynamağı  xoşlayırdım.  Həftədə  3  dəfə  açıq 
havada idmanla məşğul oluram. Ağır olsa da, heç bir hazırlıq 
keçmədən  4000  metrlik  zirvəyə  qalxmışam.  İntellektual 
oyunları  və  məntiqi  məsələləri  həll  etməyi  xoşlayıram.  Çətin 
vəziyyətə düşəndə yumor hissim köməyimə çatır, insanlarda da 
bu hissi qiymələndirirəm.
Ailəliyəm,  2  övladım  var.  Ailəmdən  razıyam  (güman 
edirəm ki, onlar da məndən gileyli deyillər:)). 
Çatışmazlıqlarım  da  az  deyil.  Hərdən  tənbəllik  məni 
üstələyir,  münasibətlərdə  diplomatikliyim  azdır  və  s.  Gərək 
onları da aradan qaldırım.
Əminəm  ki,  uğur  qazanmaq  yollarına  həsr  olunmuş 
kitabların  oxunuşuna  20-25  il  əvvəl  başlasaydım  nəticələrim 
indikindən xeyli yüksək olardı. Bax belə.
Bütün  bunları  deməkdə  məqsədim  heç  də  özümü 
tərifləmək deyil. Sadəcə, göstərmək istədiyim odur ki, birincisi, 
hər bir insan özünün müsbət tərəflərini görməli və özünü səlis 
təqdim  etməyi  bacarmalıdır.  Əminəm  ki,  hər  birinizdə  fəxr 
etməli  keyfiyyət  və  nailiyyətlər  var.  Qoy  xırda  olsun,  fərqi 
yoxdur,  amma  mütləq  var.  Mən  özüm  haqqında  ətraflı 
danışdım,  indi  növbə  sizindir.  Siz  də  özünüz  haqqında  yazılı 
şəkildə aşağıdakı formatda təqdimat hazırlayın və məşq edərək 
onu yadda saxlayın: 
Ÿ
Adınız, soyadınız; 
13
Ÿ
Yaşınız, təhsiliniz, işiniz (əgər işləyirsizsə);
Ÿ
Nailiyyətləriniz (təhsildə, idmanda, şəxsi həyatda və s.);
Ÿ
Şəxsi keyfiyyətləriniz, sizi müsbət cəhətdən fərqləndirən 
xüsusiyyətlər;
Ÿ
Sizin üçün uğur nədir?;
Ÿ
Siz uğurlusuzmu, və ya uğura, xoşbəxtliyə çatmaq üçün 
h a n s ı   i m k a n l a r ı n ı z   v a r   ( s a h i b   o l d u q l a r ı n ı z ı 
qiymətləndirin)?
Geniş  təqdimatla  yanaşı  özünüz  haqqında    30  saniyəlik 
“lift təqdimatı” da hazırlayın. Adı ona görə belə qoyulub ki, liftə 
sizə  maraqlı  olan  insanla  bir  yerdə  daxil  olsanız  özünüzü 
tanıtmaq üçün ixtiyarınızda təxminən 30 saniyə vaxtınız olacaq. 
Biznesinizi  başlayanda  eyni  formatda  şirkətiniz  və  məhsul-
larınız haqqında da təqdimat hazırlamalı olacaqsız.
İkincisi, məndə qeyri-adi istedad yoxdur, zəif tərəflərim 
də az deyil. Vaxtilə inkişaf üçün indiki imkanlar da yox idi. Mən 
bunlara nail olmuşamsa siz bundan qat-qat yüksək nailiyyətlər 
əldə  edə  bilərsiz.  Özünüzə  güvənin.  Bu  kitabçanı  oxuyarkən 
bütün praktiki məşğələləri etsəniz uğur qazanacaqsız. Belə bir 
qədim şərq məsəli var: İnsana balıq versən bir gün tox olacaq, 
balıq tutmağı öyrətsən isə ömürlük. Siz də beləcə biznes bilik və 
vərdişlərinə sahib olaraq yeni peşə qazanacaqsız, yəni biznesə 
başlayıb həyatda özünüzü tapacaqsız.
Biz necə şanslı olduğumuzu dərk edirikmi?
Gəlin əvvəlcə bir videoya baxaq. Nik Vuyçiç.
h ps://www.youtube.com/watch?v=jkZr5nmYLNE
h ps://www.youtube.com/watch?v=wxEeb26e-bs
Həyatın  çətinliklərinə  qalib  gələn  iradəli  və  nikbin 
insanlar Azərbaycanda da var.


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə