Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

65 
 
tərk  edən  bu  qədim  türk  soyu  qazax  türklərinin  etnogenezində 
yaxından  iştirak  etmişdir.  Qazax  xalqını  təşkil  edən  türkdilli 
soylardan biri də madaylar olmuşlar (Востров, Муканов, 1968, 
c.  118).  Azərbaycanda  yaşayan  və  sonradan  qazaxların,  qırğız-
ların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxın-
dan iştirak etmiş  soylardan biri də albanlardır (Велиханов,  IV, 
c.  326;  Abramzon,  1960,  c.  66,  82;  Кармышева,  1954,  c.  16, 
tablo 2; Жданко, 1950, c. 41). Yafəsin soylarından biri olan al-
banların  adı  ilk  dəfə  miladdan  sonrakı  mənbələrdə  qeyd  edilsə 
də,  onlar  eradan  əvvəl  lV  əsrdə  baş  vermiş  olaylarla  əlaqədar 
yad edilirlər.               
Azərbaycandan  iskitlər  tərəfindən  köçə  zorlanan  və  Şimali 
Qafqaz ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən dar-
madağın  edildikdən  sonra  bir  neçə  istiqamətə  yayılmışdılar. 
Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın 
etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və 
İspaniyaya  mühacirət  edərək  uzun  müddət  bu  ərazidə  hökm 
sürmüşlər. Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək 
orada  Britaniya  dövlətçiliyinin  və  ilk  kral  sülaləsinin  əsasını 
qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi 
kralı, əfsanəvi Kamelot şəhər-dövlətinin və kral sülaləsinin əsa-
sını qoyan ser Artur sarmat idi.O öldükdən sonra  əsl  türk kimi 
dəfn  edilmiş  və  məzarının  üzərində  böyük  bir  kurqan  ucaldıl-
mışdı.  Dördüncü  qrup  isə  Quzey  Afrikya  qədər  gedib  çıxmışdı 
(Ковалевская, 1984, c. 75, 80-81). 
Klavdi Ptolomey (II əsr) özünün "Coğrafiya bələdçisi" adlı 
əsərinin  "Avropa  Sarmatiyasının  mövqeyi"  adlı  bölümündə  bu 
ölkənin sakinlərindən biri kimi iskit - alanların da adını çəkmək-
dədir  (Гасанов,  2000,  c.53).  İosif  Flaviy  də  özünün  "Yəhuda 
savaşı  haqqında"  əsərində  alanları  iskitlərin  bir  qolu  adlandırır 
(Гейбуллаев, 1991, s. 286).  
Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən və var gücü ilə 
bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etmə-
yə  çalışan  V.B.Kovalevskaya  məsələ  antropologiyaya  gəldikdə 
yazır: 


66 
 
"Katakomba  tipli  qəbirlərdən  çıxan  kəllələrin  quruluşu 
bir  çox  mütəxəssis  tərəfindən  incələnmiş  alanlar  ensiz  sifətli, 
uzun  başlı  cənubi  avropoid  irqinə  məxsus  olmuşlar  və  həm 
özləri  ilə  çağdaş  olan  girdəbaş  tipli  yerli  əhalidən,  həm  də 
onların birbaşa varisləri olan müasir osetinlərdən fərqlənmiş-
lər" (Ковалевская, 1984, c. 171). 
Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən 
azı Mezolit dövründən tutmuş son Tunc dövrünə qədərki böyük 
bir  zaman  kəsiyini  əhatə  edən  skeletlər  uzunbaşlı  kaspi-oğuz 
tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdəbaş kafkasion 
tipinin daşıyıcılarının bu bölgəyə çox-çox sonrakı dövrlərdə gəl-
diklərini sübut etməkdədir. 
Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır: 
“Qafqaz ərazisində məskun olan xalqların sayının çoxlu-
ğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, 
bölgənin  fiziki-coğrafi  şəraitinin  mürəkkəbliyi  və  bu  mürək-
kəbliyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-
nez  proseslərinin  öyrənilməsi  baxımından  Qafqaz  ərazisindən 
əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaqda-
dır.  Qafqaz  ərazisində  məlum  olan  ən  qədim  kəllə  sümükləri 
Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz”mağarasından ta-
pılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid 
edilən  və  eyni  morfoloji  xüsusiyyətləri  daşıyan  insan  qalıqları 
Cənubi  Azərbaycan  ərazisindən  də  tapılmışdır.Üzün  nisbətən 
ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip 
bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit döv-
ründə deyil, Eneolit, yəni Mis-daş və Tunc dövrlərində də xas 
olmuşdur.  Bu  insan  tipi  elm  aləmində  “kaspi”  və  ya  “oğuz” 
tipi  adlanır  və  öz  parametrlərinə  görə  Azərbaycan  türklərinin 
antropoloji  tipinə  uyğundur  və  digər  qonşu  xalqların  göstəri-
cilərindən əsaslı surətdə fərqlənir” ( Мамедов, 2005, c. 123). 
Antropoloji  tədqiqatlar  bütün  Qafqaz  və  Cənubi  Azərbay-
can  ərazisində  Mezolit  dövründə  yaradılan  zəngin  mədədniy-
yətin qurucularının məhz Azərbaycan türklərinin əcdadları oldu-
ğunu  birmənalı  şəkildə  sübut  etməkdədir.  Bu  faktı  Qobustan 


67 
 
ərazisində təsbit edilən və ayrı-ayrı türk soy və boylarına aid soy 
tamğaları da sübut etməkdədir. F.Muradova deyir: 
“Qobustanda  insan,  heyvan,  balıq  və  sairə  təsvirlərilə 
yanaşı,  müxtəlif  işarə  və  tamğalara  da  rast  gəlinməkdədir” 
(Mурадова, 2005, c. 130).                     
İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm ada-
mı alanların da irandilli olduğunu söyləyərək, onların osetinlərin 
ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin alim-
lər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlə-
rin  antropoloji  cəhətdən  irandilli  osetinlərə  deyil,  qıpçaq  mən-
şəli,  türkdilli  qaraçay  və  balkarlara  uyğun  gəldiyini  (Ковалев-
ская, 1984, c. 171), həmin qəbirlərdən çıxan əşyaların üzərində 
türk-run  yazılarına  və  türk  tamğalarına  rast  gəlindiyini  (Кова-
левская, 1984, c. 172-173) etiraf etmiş, bunu izah etməkdə çə-
tinlik çəkmişlər. Halbuki, bu halı izah  etmək üçün alanların və 
asların dili haqqında Biruninin (XI əsr) söylədiklərini yada sal-
maq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq 
və  Xorəzm  (karluq)  dillərinin  qarışığı  olan  xüsusi  bir  dildə  da-
nışdıqlarını yazmışdır (Якубовский, 1944, c. 54). 
Musa  Kağankatlı  ―Albaniya  tarixi‖  kitabının  ―Yafəs  və 
Arandan başlayaraq III Vaçaqana qədər Albaniyada hakim olan 
hökmdarların  siyahısı‖  adlı  Vlll  fəslində  Yafəsdən  başlayan  və 
övladları  tərəfindən  davam  etdirilən  şahlığın  nümayəndələrini 
sadalayarkən 4-cü sırada Toqarmanın (Türkün) adıını çəkir: 
“Yafəs,  Homer  (Kimer),  Tiras,  Toqarma  (Türk)...”  (Ka-
lankaytuklu, 1993, s. 19). 
Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif 
Bizans  imperatoruna  yazdığı  məşhur  məktubunda  xəzərlərin 
Toqarmanın  (Türkün)  10  oğlundan  biri  olan  Xəzərin  nəslindən 
olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə 
sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, 
Bulqar, Savir (Плетнева, 1976, с. 7)
Bu  fakt  xəzərlərin  etnogenezinin  bilavasitə  Azərbaycan  və 
Şərqi Anadolu  ilə bağlı  olduğunu söyləmək üçün tamamilə  ye-
tərlidir.  Məktubun  sonrakı  hissəsində  söylənilənlər  də  bu  faktı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə