Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

38 
 
"Uyğur  dili  göytürkcənin  davamıdır.  Lakin  yavaş-yavaş 
onda  bəzi  dəyişikliklər  zühur  edib  yeni  dinlərin  təsirilə  göy-
türklərdən  fərqlənib  və  2-3  ləhcənin  yaranmasına  səbəb  ol-
muşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türk-
cə adı verilmişdir...  
...Tarım hövzəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə 
ayrılır: 
1.  Maniçi  ədəbiyyat,  yəni  Mani  dininə  inanan uyğurların 
meydana gətirdiyi ədəbiyyat; 
2. Buddaçı ədəbiyyat.    
Maniçi  ədəbiyyat  mənzum  və  mənsur  olaraq  iki  yerə 
ayrılır.Maniçi  şerlər  daha  çox  ilahilərdir  və  dördlük  şəklində 
olub,  misrabaşı  qafiyəlidir.Bundan  başqa  ahəng  ünsürü  də 
vardır.  Bəzən  iç  qafiyə  və  iç  alterasyon  da  vardır.Misralarda 
heca sayı eyni deyil, 3-dən 15-ə qədər dəyişir. 
Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədə-
biyyatında müəllifi bəlli olan ilk şeirlər onun iki şeiridir:                
"Bizim Tenqrimiz edqüsi redni tiyor
Bizim Tenqrimiz edqüsi redni tiyor.  
Rednidə yig mening edqü Tenqrim, adlım, bekrəgim, 
Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim.  
Beleküsuz yiti vajir tiyor. 
Beleküsuz yiti vajir tiyor.  
Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum 
Vayirdə ötüy bilikligim,bilgəm,yanqam..." 
Tərcüməsi: 
"Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər
Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər. 
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim, 
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim. 
İtilənməmiş itidir almaz deyirlər
İtilənməmiş itidir almaz deyirlər. 
Almazdan daha kəskindir mənim hikmət sahibim, əsillim, 
igidim,  


39 
 
Almazdan  daha  kəskindir  mənim  hikmət  sahibim,  müd-
rüküm, filim" (Heyət, 1993, s. 87-88). 
Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətin-
də və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa 
da bundan çox-çox öncələr o, Azərbaycan,  İran,  Orta Asiya və 
Avropada  yayılmışdı.  Təbii  ki  o  dövrdə  və  o  məkanda  da  ma-
nixey  ədəbiyyatı  nümunələri  yaranmamış  deyildi.  Ən  azı  bu 
dinin  əsasını  qoymuş  Maninin  şeir  yazdığı  və  öz  dini-fəlsəfi 
görüşlərini qələmə almış olduğu məlumdur. Lakin çox təssüflər 
olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu 
üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum olan bütün 
əsərlər  ucdantutma  Vlll  əsrdən  sonra  Şərqdə  yaradılan  və  ya 
başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir. 
Musa  Kağankatlının  verdiyi  məlumatdan  aydın  olur  ki, 
Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimal-
da  yerləşən  ərazilərində  xristianlığı  möhkəmləndirən  Vaçaqan 
cadugər, sehirbaz və bütpərəstlərə (şamanistlərə) qarşı mübarizə 
aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian 
məkəbləri açmışdı. Müəllif həmin dövrdə Albaniya və Ermənis-
tanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir 
(Kalankaytuklu, 1993, s. 53-55,79). 
Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və tə-
riqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı 
və  onların  kitabları  yandırılırdı,  təbii  ki,  bu  dinin  mənsubları 
canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məc-
bur idilər. Belələrindən biri də onuyğurlar idilər. 
Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri 
də  monofizit  xristianlar,  yəni  nestorianlar  idilər.  Maraqlıdır  ki, 
bu təzyiqlər nəticəsində Azərbaycanı tərk edərək Şərqə üz tutan 
uyğurların  bir  qismi  də  nestorian  idilər  və  onlar  da  maniçilər, 
yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar. 
Uyğurların bir qismi əski dinlərinə - Göy Tenqri dininə si-
tayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xris-
tianlığın  nestorian  qoluna  mənsub  olan  uyğurlar  soğd  və  onun 
əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər. 


40 
 
Soğd  əlifbası  İran  mənşəli  əlifbalardan  biridir  və  bu  əlif-
banın  yaradıcıları Orta Asiyada  yaşayan irandilli soğdlar idilər. 
Xristian  uyğurlar  bir  müddət  bu  əlifbadan  istifadə  etdikdən 
sonra onun əsasında özlərinə  yeni bir əlifba  yaratdılar ki, bu da 
elm aləmində "uyğur əlifbası" adı ilə məşhur olan əlifbadır. Uy-
ğur  əlifbasının  soğd  əlifbası  əsasında  tərtib  edildiyini  söyləyən 
İohannes Fridrix yazır: 
"Soğd yazısı... soldan sağa yazılır və o, Suriya əlifbası ilə 
qohumdur.  Lakin  bu  qohumluğun  xarakteri  belədir  ki,  həm 
Suriya, həm  soğd  yazısı arami  yazısının qədim və  hələ  məlum 
olmayan  formasından  qaynaqlanır  və  bir-birindən  müstəqil, 
lakin paralel  inkişaf etmişlər...  İndi  uyğur  yazısının soğd  əlif-
bası  əsasında  yaradıldığı  ehtimalı  daha  ağlabatan  görünür, 
belə ki, uyğurlar da digər türk xalqları kimi "p" səsini "b" sə-
sindən və "k" səsini "q" səsindən ayırsa da, uyğur əlifbasında 
eynən  soğd  əlifbası  kimi  bu  səslər  eyni  işarələrlə-"p"  və  "k" 
hərfləri ilə yazılırdı...Çünki soğd dilində "b" və "q" səsləri yox 
idi.  Bundan  başqa  soğd  dilində  "l"  səsi  də  olmamışdır.  Odur 
ki, onlar xarici sözlərdəki "l" səsini ifadə emək üçün "r" hər-
finin  dəyişik  formasından  istifadə  edirdilər...  Uyğur  yazısında 
da...  "l"  səsini  ifadə  etmək  üçün  "r"  hərfinin  dəyişik  forma-
sından istifadə edilmişdir" (Фридрих, 1979, c. 167). 
Maninin  dinini  qəbul  emiş  türklər  isə  elm  aləmində  "ma-
nixey  əlifbası"  adı  ilə  tanınan  və  Maninin  özü  tərəfindən  tərtib 
edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu  əlifbanı 
özləri  ilə  birlikdə  Azərbaycandan  gətirmişdilər.  Soğd  və  uyğur 
əlifbalarından fərqli olaraq, bu əlifbada "p" və "b" səsləri, eləcə 
də  "k" və  "q" səsləri ayrı-ayrı  hərflərlə  ifadə  olunurdu. Bu  əlif-
bada digər türk əlifbalarında olduğu kimi, "l" səsi üçün də ayrıca 
işarə var idi. İohannes Fridrix yazır:  
"Şərqi  Türküstandan  İran  və  şərqi  türk  dilləində,  arami 
mənşəli ayrı-ayrı  əlifbalarla  yazılmış maniçi mətnlər  tapılmış-
dır. Onlardan biri manixey  əlifbası adlanır. Ona Babilistanın 
Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində 
də  rast gəlinmişdir ki,  bu da onun mənşəyi məsələsi  baxımın-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə