Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

 
93
əlindən gələni etmişdir. Bu kitabxanalar il ərzində 2804,07 min oxucuya 
xidmət göstərmişdir. Fərəhləndirici haldır ki, oxucular içərisində uşaqlar 
və  gənclər  əhəmiyyətli yer tuturlar.
1
 Bu da kütləvi kitabxanaların təhsil 
prosesində  iştirak etməsini ön plana çəkir. Azərbaycan  şəraitində, 
xüsusilə kəndlərdə uşaq kitabxanaları və məktəb kitabxanaları olmadığını 
nəzərə alsaq, kənd kitabxanalarının məktəblər üçün nə  qədər böyük 
əhəmiyyət kəsb etdiyi göz önünə gələr. 
Müstəqillik illərində kitabxana işi haqqında Heydər  Əliyev 
ideyalarının həyata keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət 
Naziri Polad Bülbüloğlunun böyük xidmətləri olmuşdur. Polad 
Bülbüloğlu mədəniyyət haqqında qanunların, fərmanların, sərəncamların, 
qərarların və kitabxana işi haqqında dövlət siyasətinin hazırlanmasında və 
həyata keçirilməsində yaxından iştirak etmişdir. Məhz buna görədir ki, 
Polad Bülbüloğlunun 17 ildən artıq bir müddətdə Azərbaycan 
mədəniyyətinin inkişafı sahəsində böyük xidmətlərini nəzərə alan 
dövlətimiz onu respublikanın  ən yüksək mükafatı – “İstiqlal” ordeni ilə 
mükafatlandırmışdır. 
Məlum həqiqətdir ki, ölkəmizdə kitabxana işinin beynəlxalq 
standartlara müvafiq təşkilində kadr potensialı mühüm rol oynayır. Məhz 
buna görədir ki, 1993-2003-cü illərdə respublikamızda ali və orta ixtisas 
təhsilli kitabxanaçı kadrların hazırlanmasına xüsusi diqq
ət yetirilmiş, 
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində ali 
ixtisas təhsilli, Bakı  Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq 
bölməsində orta ixtisas təhsilli kitabxanaçı kadrlar hazırlanması 
müvəffəqiyyətlə davam etdirilmişdir. 
Yüksəkixtisaslı kitabxanaçı kadrlar hazırlanmasında xüsusi xidmətləri 
olan Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi 
5.000 nəfərə  qədər peşəkar kitabxanaçı-biblioqraf və kitabşünas kadr 
hazırlamışdır. Demək olar ki, fakültənin hazırladığı kadrlar Azərbaycanda 
əhaliyə kitabxana xidmətini təşkil edən kitabxana sistem və şəbəkələrində 
xidmət 
etməklə, Azərbaycanın qabaqcıl ziyalıları kimi böyük şöhrət 
qazanmışlar. 
Müstəqillik illərində fakültədə böyük islahatlar aparılmış, kadr 
hazırlığının keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, informasiya  
                                                 
1
 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cari materialları. 
 


 
94
cəmiyyətinin tələblərinə və kitabxanalarda informasiya texno-logiyasının 
tətbiqinə müvafıq fakültənin tədris planına kitabxana işinin 
kompüterləşdirilməsi ilə  əlaqədar bir çox yeni fənlər əlavə edilmiş, elmi 
kadrların aspirantura vasitəsilə hazırlanmasında ciddi nailiyyətlər  əldə 
edilmişdir. Fakültənin çoxpilləli təhsil sisteminə keçməsi, bakalavrlarla 
yanaşı magistrlərin hazırlanmasına başlanılması kadr hazırlığının 
potensial imkanlarını gücləndirməklə böyük elmi kitabxanalarımızı 
yüksək peşəkar kadrlarla təmin etmək imkanı yaratmışdır. 
Son on ildə fakültənin maddi-texniki bazasının yaxşılaşdırılması, 
müasir tələbata cavab verən bina ilə, laboratoriyalarla, kompüter mərkəzi 
ilə  təmin edilməsi təhsil prosesinin keyfiyyətinə müsbət təsir 
göstərmişdir. 1999-cu ildə Kitabxanaçılıq-informasiya fakültəsinin 
Kitabxanaşünaslıq kafedrasının yanında respublikamızda ilk dəfə olaraq 
“Kitabxana işinin kom-püterləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının 
yaranması kitabxanaların kompüterləşdirilməsinə, bu sahədə aparılan işin 
təkmilləşməsinə müsbət təsir göstərmişdir. 
Hazırda respublikamızın kitabxanalarında təxminən 30 minə  qədər 
kitabxana işçisi çalışır. Bunlardan 8167 nəfəri Mədəniyyət Nazirliyinin 
kitabxana sistemində işləyir. Onların 1552 nəfəri ali təhsilli, 1204 nəfəri 
ali ixtisas təhsilli, 3273 nəfəri isə orta və orta ixtisas təhsilli işçilərdir.
1
 
Bu rəqəmlərdən göründüyü kimi, respublika kitabxanalarının ali peşə 
təhsilli işçilərə böyük ehtiyacı  və  tələbatı vardır. Göstərdiyimiz bu 
vəziyyət Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya 
fakültəsinin qarşısında çox böyük vəzifələr qoyur. Fakültə öz tələbə 
kontingentini ilbəil artırmalıdır. Həmçinin orta ixtisas təhsilli işçilərə  də 
böyük ehtiyac duyulmaqdadır. 
Böyük iqtisadi, siyasi çətinliklərə baxmayaraq böyük öndər Heydər 
Əliyevin qayğısı və ciddi səyi nəticəsində kitabxana işi 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cari materialları. 
 


 
95
 
sahəsində görülən işləri,  əldə edilən nəticələri Mədəniyyət Nazirliyi 
kitabxana  şəbəkəsinin timsalında 1990-cı illə müqayisədə  nəzərdən 
keçirək. 
 
1995-2000-ci illərdə 
Azərbaycanda kütləvi kitabxanaların vəziyyəti və 
fəaliyyəti haqqında statistik cədvəl
1
 
Cədvəldən məlum olur ki, respublikada keçid dövrünün çətinliklərinə 
baxmayaraq kütləvi kitabxanaların sayı qorunub saxlanmışdır. Bəzi 
illərdə müəyyən azalmalar olmuşdur ki, bu da kiçik kütləvi kitabxanaların 
                                                 
1
 
Müstəqil Azərbaycan.-10 il.- B., 2001.- S. 174. 
 
 
 


 
96
böyük kitabxanalarla birləşməsi prosesində baş vermişdir. Kitabxanaların 
fondunda və oxuculara xidmət işinin təşkilində də diqqəti çəkən geriləmə 
olmuşdur. Bilavasitə xalqa xidmət edən kütləvi kitabxana şəbəkəsinin 
qorunub saxlanması,  şəbəkəni saxlamaq üçün ayrılan dövlət vəsaitinin 
dayandırılmaması müstəqil Azərbaycan dövlətinin milli mədəniyyətə, 
kitabçılığa, kitabxana işinə böyük diqqət v
ə qayğısının nəticəsi idi. 
Halbuki digər MDB dövlətlərində kütləvi kitabxanaların çoxu 
bağlanmışdır. Ölkədə gedən müharibə, torpaqlarımızın 20 faizinin işğal 
edilməsi, bir milyon nəfərdən artıq qaçqınların mövcudluğu  şəraitində 
kitabxana  şəbəkələrini qoruyub saxlamaq ancaq ümummilli liderimiz 
Heydər  Əliyevin böyük fədakarlığı, kitabxana işinə sonsuz məhəbbəti 
sayəsində mümkün olmuşdur. 
 
2.2. M.F.Axundov adına 
Azərbaycan Milli Kitabxanası 
müstəqillik illərində 
 
Müstəqillik illərində ulu öndər H.Əliyevin kitabxana işinə diqqət və 
qayğısının parlaq təzahürünü M.F.Axundov adına Milli Kitabxanaya 
münasibətində daha aydın görmək olar. 
Kitabxanaları mədəniyyətimizin mühüm tərkib hissəsi, xalqımız üçün 
müqəddəs bir yer, bilik və  zəka mənbəyi kimi qiymətləndirən, təhsil 
almaqda, elmlərə yiyələnməkdə özünü kitaba borclu hesab edən, böyük 
mütaliəçi və kitab həvəskarı olan H.Əliyevin müstəqil respublikamıza 
başçılıq etdiyi dövrdə, qısa zaman kəsiyində, vaxtının məhdud olduğu bir 
şəraitdə-1995-1997-ci illərdə beş  dəfə bu kitabxanaya gəlməsi, onun işi 
ilə, əməkdaşları ilə tanış olması, kitabxanada keçirilən tədbirlərdə iştirak 
və çıxış etməsi dediklərimizə parlaq sübutdur. 
Müstəqillik illərində dövlətin diqqət və qayğısı ilə  əhatə edilmiş 
M.F.Axundov adına Milli Kitabxana başqa müəssisələr kimi keçid 
dövrünün böyük iqtisadi çətinliklərinin öhdəsindən gəlməyə müvəffəq 
oldu, öz iş ritmini saxladı, oxuculara xidmət işini uğurla həyata keçirə 
bildi. Hər şeydən əvvəl ölkənin baş kitabxanası kimi respublikada bütün 
kitabxanaların elmi-metodik təminat mərkəzi funksiyasını dayandırmadı.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə