Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
41
fondlarının yaranması; kitabxanalara dövlət rəhbərliyinin təkmil-
ləşdirilməsi, kitabxanaşünaslıq və biblioqrafiyanın  ən mühüm sahələrinə 
dair elmi-tədqiqat işlərinin genişlənməsi; elmi-metodik fəaliyyətin 
əlaqələndirilməsinin daha da möhkəmləndirilməsi və s. daha çox diqqəti 
cəlb edir. 
Sov.  İKP MK-nın 1974-cü ildə  qəbul etdiyi “Zəhmətkeşlərin 
kommunist tərbiyəsində  və elmi-texniki tərəqqidə kitabxanaların rolunu 
artırmaq haqqında” qərarı ölkədə kitabxanaların ideoloji, mədəni-maarif 
və  məlumat funksiyalarını müəyyənləşdirdi, kitabxana işini müasir 
şəraitdə dövlətimizin həyata keçirtdiyi mürəkkəb iqtisadi, siyasi və sosial 
vəzifələrin həllinə yönəltdi. Azərbaycan KP MK bu mühüm partiya 
sənədinin respublikamızda həyata keçirilməsi üçün xüsusi qərar qəbul 
etdi. Ümummilli lider H.Əliyevin bilavasitə rəhbərliyi ilə yaxın müddətdə 
qərarın  əsas müddəalarının həyata keçirilməsi sahəsində ciddi işlər 
görüldü. 
Qərarın  əsas müddəalarından biri sovet kitabxana sisteminin 
strategiyası kimi qiymətləndirilən kitabxanaların mərkəzləşdirilməsi idi. 
Kitabxana işinin inkişafında keyfiyyətcə yeni mərhələ olan mərkəzləşmə 
nəticəsində  hər bir şəhərdə  və rayonda filial sisteminə malik olan, 
əvvəllər müstəqil fəaliyyət göstərmiş kitabxanalardan müqayisəedilməz 
dərəcədə böyük üstünlüklərə  və imkanlara malik olan vahid və böyük 
kitabxana müəssisələri yaradılmışdı. Mərkəzləşmiş kitabxanalar əvvəlki 
kimi bir-birindən ayrılıqda deyil, şəhər və rayonlarda bir-birilə əlaqədar, 
bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərirdi. Vahid 
kitabxana sisteminin yaranması şəhər və rayonlarda keçmişdə oları xırda 
kitab fondlarının yerinə  kəmiyyət və keyfiyyətcə böyük və güclü, 
universal kitab fondlarının yaradılmasına səbəb olmuşdu. Mərkəzləşmə, 
həmçinin kitabxanalara məlumat-biblioqrafiya və informasiya işini daha 
operativ və key-fiyyətli təşkil etmək,  əhaliyə  məlumat-biblioqrafiya və 
informasiya xidmətini daha geniş miqyasda həyata keçirmək imkanı 
vermişdi. Zəngin və böyük fonda, güclü məlumat-biblioqrafiya və 
informasiya işi təşkil etmək imkanına malik olan, mərkəzləşmiş sistemlər 
əhaliyə kitabxana xidməti prosesini keyfiyyətcə 
 
 
 
 
  


 
42
yeni mərhələyə qaldırmaq üçün şərait yaratdı. Oxuculara xidmət işinin 
ideya-siyasi səviyyəsi, keyfiyyəti və effektivliyi müqayisəedilməz 
dərəcədə yüksəldi. Mərkəzləşmə kitabxana işinin idarə olunmasına, 
kitabxanalarda  əməyin düzgün təşkilinə, işçilər arasında ixtisaslaşmalar 
aparılmasına, metodik işin yaxşılaşdırılmasına əlverişli şərait yaratdı. 
Az
ərbaycanda dövlət kütləvi kitabxanalarının mərkəzləşdirilməsi kimi 
olduqca məsuliyyətli və mürəkkəb prosesin həyata keçirilməsi respublika 
Mədəniyyət Nazirliyinin gərgin işi sahəsində müvəffəqiyyətlə başa 
çatdırılmışdır. 
Mərkəzi Komitənin qərarını  həyata keçirmək üçün respublika 
Mədəniyyət Nazirliyi böyük tədbirlər planı hazırladı. Bir neçə il 
müddətində yerlərdə hazırlıq işi aparıldıqdan sonra, 1975-1980-ci illər 
ərzində mərkəzləşmə əsasən həyata keçirildi. Doğrudur, bəzi ra-yonların 
mərkəzi kitabxanalarında kitabxana işinin lazımi səviyyədə olmaması, 
kataloqların yoxluğu bu işin həyata keçirilməsini ləngidirdi. Belə hallarda 
M.F.Axundov adına Respublika Kitabxanasının, ümumiyyətlə, respublika 
ictimaiyyətinin köməyi ilə mövcud çətinliklər tədricən aradan qaldırıldı. 
Mərkəzi Komitənin qərarının yerinə yetirilməsinə yerli partiya və dövlət 
təşkilatları yaxından rəhbərlik edir, kitabxanaların mərkəzləşməsinə, 
onların maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük qayğı 
göstərirdilər. 
Qeyd etmək lazımdır ki, respublikamızda kütləvi kitabxana 
şəbəkələrinin mərkəzləşdirilməsinin başa çatdırılması  əhaliyə kitabxana 
xidmətini kökündən dəyişmiş, xüsusilə kənd əhalisinə kitabxana xidməti 
əsaslı surətdə yaxşılaşdırılmışdır. 
Mərkəzləşmiş kitabxana sistemlərində kitab fondlarının yeni tələbata 
uyğun olaraq formalaşması universal fondlar kimi onların  əhəmiyyətini 
artırmış, rayon mərkəzində yaşayan bütün ziyalılara, mütəxəssislərə 
xidmət etmək imkanı vermişdir. Mərkəzi kitabxana fondlarından 
filialların istənilən vaxt öz oxucuları üçün kitab almaq imkanlarının 
olması  kənd kitabxanalarına oxucuların tələbatını ödəmək imkanı 
vermişdir. Mərkəzləşmiş kitabxana sistemlərində maliyyə  vəsaitlərinin 
düzgün xərclənməsi kitabxanalara daha çox adda kitab almaq, vəsaiti 
məqsədəuyğun xərcləmək şəraiti yaratmışdır. Mərkəzləşmiş sistemlər- 
 
  


 
43
də kitabxana kataloqlarının yenidən qurulması, kartotekaların 
yaradılması, məlumat fondlarının təşkili onların funksiyalarını xeyli 
artırmış, bu kitabxanaları elmi məlumat mərkəzinə çevirmişdir. 
Mərkəzləşmiş sistemlərdə metodik işin təşkili filialları köməklik 
göstərmək, kənd  əhalisinə kitabxana xidmətinin forma və metodlarını 
yaxşılaşdırmaq üçün şərait yaratmı
şdır. Mərkəzləşdirilmiş kitabxana 
sistemlərinin  ştat vahidinin artması, yeni şöbələrin yaranması bu 
sistemlərin  ətrafında yüksəkixtisaslı mütəxəssis kadrların toplanmasına 
səbəb olmuşdur ki, bu da oxuculara xidmət işini yaxşılaşdırmış, 
oxuculara fərqli xidmət etmək üçün şərait yaratmışdır. 
Yeni sistemin yaranması kitabxanaların potensial imkanlarını 
əhəmiyyətli dərəcədə genişləndirmiş, daha zəngin  ədəbiyyat fondu, 
təkmilləşmiş  məlumat aparatı olan kitabxana müəssisələrinin meydana 
gəlməsinə  səbəb olmuşdur. Mərkəzləşmə zamanı kütləvi kitabxanaların 
kitab fondu 5 milyon nüsxə, kitab verilişi 9 milyon nüsxə, oxucuların sayı 
513 min nəfər artmış, 332 yeni kitabxana açılmışdır.  İctimai-siyasi 
ədəbiyyat fondu 1 milyon 700 min, həmin  ədəbiyyatın verilişi isə 2 
milyon 650 min nüsxə artmışdır. 
Kitabxanaların daxili imkanlarının artması  əhaliyə kitabxana 
xidmətinin daha da təkmilləşdirilməsinə, kitab təbliğinin yeni forma və 
üsullarından istifadə edilməsinə  şərait yaratmışdır. Sumqayıt, Gəncə, 
Bakının Xətai və Nizami rayon mərkəzləşmiş kitabxana sistemlərində 
elm və texnikanın son nailiyyətləri, qabaqcıl təcrübəni  əks etdirən 
ədəbiyyat xüsusi təbliğat formaları: “Bülletenlər” buraxılışı, “Mütəxəssis 
günləri”, “İnformasiya günləri” keçirilməsi, mühazirələr, yeni kitabların 
müzakirəsi və s. vasitələrlə geniş təbliğ olunurdu. 
Respublikamızın kənd rayonlarında MKS-lərin yaradılması  kənd 
əhalisinə kitabxana xidmətini kökündən yaxşılaşdırmışdır. Belə bir faktı 
qeyd etmək sevindiricidir ki, bütün kütləvi kitabxanalarda il ərzində 
verilən  ədəbiyyatın təxminən yarısı  məhz kənd oxucularının payma 
düşürdü. Bu kitabxanalardan istifadə edən oxucuların 60 faizi isə  kənd 
sakinləri idi. Bir oxucuya ilboyu verilən kitabların sayına görə 
respublikamızın kənd kitabxanaları ümumittifaq miqyasında əvvəlinci  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə