Turizm sah?sind? biznesin t?skili pdf


Tərəqqinin səviyyəsinə nəzarət



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə119/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   ...   113   114   115   116   117   118   119   120   121
turizm-sahasinda-biznesin-taskili

Tərəqqinin səviyyəsinə nəzarət.
Tərəqqinin ümumi dərk edilməsi onu qiymətləndirmək 
qədər vacibdir. Cari nəzarət prosedurasının müəyyən edilməsi təhlükəsizlik hissi yaradır, riski 
azaldır və məsləhətləşmələr üçün əsas verir. Müntəzəm məsləhətlər. Səlahiyyətin bölüşdürülməsi 
idarəetmənin inkişafının forması olduğu üçün bu proses başqalarının inkişafı (dəyişməsi)üçün 
istifadə edilə bilər. Yəni tabelikdəki işçi yaxşı işi öyrənmək üçün təlimatlar alır, rəhbər özünə inam 
hissini artırır. Məsləhətləşmələr üçün itirdiyiniz vaxta heyfslənməyin. Səlahiyyətin ötürülməsinə 
imkanlarını arayın. Hər bir menecer səlahiyyətlərin ötürülməsi imkanlarını axtarmalıdır, lakin 
səlahiyyətin həddən artıq ötürülməsi də işçilərdə belə hiss yaradır ki, menecer öz vəzifələrini yerinə 
yetirməkdən qaçır. 
8Œ1ā23Œ8ā(Œā
3
127


Öz hakimiyyətinizin həddini düzgün müəyyən edin. Siz ancaq öz malikolduğunuz səlahiyyətləri 
başqasına ötürə bilərsiniz. Buna görə də özhakimiyyət funksiyalarınızın həddini dəqiq bilməyə 
çalışın. İnsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti maksimum 
anlamağa çalışmalı, onun maraq və ehtiyaclarını nəzərə almalıdır. Bu cür yanaşma adamların 
tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır ki, bunun nəticəsində onların davranışı dəyişir. 
Lakin yuxarda deyildiyi kimi insan tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək 
imkanı olduqda işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan 
düşür. İnsanın əmək fəaliyyətinin müsbət cəhətlərini üzə çıxarıb onu həvəsləndirmək və hər 
cürə müdafiə etmək daha doğru üsuldur. Bu halda rəhbər işçinin işə can yandırmasını müəyyən 
etməyə və mükafatlandırmaya xüsusi əmək sərf edir. Bu cür həvəsləndirmənin ən mühüm növləri 
aşağıdakılardır: 
- yaxşı işi qeyd etmək:
- tərifləmək:
- sizdə olan informasiyanı verməyə hazır olmaq:
- başqalarına nümunə kimi yaxşı işi göstərmək : 
- uyğun pul mükafatları vermək: 
- xidməti vəzifədə irəli çəkmək : 
- firma xaricində də insanın işini qiymətləndirmək: 
- əlavə mükafatları artırmaq.
İşçilərlə rəhbər arasında əks əlaqənin olmaması, ona səbəb olur ki, öz işinə heç bir reaksiya 
hiss etməyən işçinin əli işdən soyuyur. Rəhbərlə işçi arasında gündəlik qarşılıqlı münasibət 
mükafatlandırma ilə sıx bağlıdır. Menecer tərəfindən hansı mükafatın seçilməsi işçinin sabit, sürətli 
və məhsuldar işləməsindən çox asılıdır. 
• Firma mədəniyyətini hansı hallarda güclü və zəif adlandırmaq olar bu barədə verilmiş listlərdə 
fikirlərinizi qeyd yazaraq təqdimat edin.
• Biznesin xarakterindən asılı olaraq mədəniyyətin növlərini sadalıyın
• Firma mədəniyyətinin xarici və daxili amillərini sadalıyın.
• Biznesmenin ən mühüm keyfiyyətlərini aşağdakı sxemdə qeyd edib təqdimatın edin.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə