Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 67,2 Kb.
səhifə19/22
tarix15.06.2023
ölçüsü67,2 Kb.
#117305
1   ...   14   15   16   17   18   19   20   21   22
turizm marşrutları

Təqdimatın şərtləri. Ekskursiya obyektinin səmərəli təqdimatını keçirmək üçün aşağıdakı şərtlər ödənilməlidir:

  • təqdimat nöqtəsinin düzgün seçilməsi;

  • təqdimatın ən sərfəli vaxtının seçilməsi;

  • ekskursantların mövzudan uzaq səslənən bütün predmet və hadisələrdən uzaq tutulması;

  • ekskursantlarin hərəkətinin onun göstərilmə metodikası kimi istifadə olunması;

  • bələdçilərin bu sahə üzrə həm bilik, həm də vərdişlərinin olması;

  • ekskursantların əvvəlcədən bu təqdimata hazırlanması.




  1. Ekskursiya təqdimatında çıxış

Təqdimat nitqi ekskursiya işinin mühüm bir mərhələsi olub, ekskursiya zamanı təqdim olunan obyekt — abidə, tarixi hadisə və konkret tarixi şəxsiyyət haqqındakı obrazlı informasiyadır. Başqa sözlə, çıxış və ya ekskursiya hekayəsi təqdimat prosesinə olan mühüm bir əlavə kimi tamaşaçı marağını artıran və onu daha da dərinləşdirən bir amildir. Lakin qeyd edək ki, bu heç də ekskursiyanın bir mühazirə səviyyəsində geniş olması mənasına gəlmir.


Bunlar:
Bələdçi çıxışı iki mühüm vəzifəni yerinə yetirir.

müşahidə olunan obyektə dair rəyin verilməsi,izah olunması;


- həmin anda ekskursantın görə bilmədiyi məlumatların onun yaddaşına ötürülməsi, onların bərpa olunması.
Beləliklə,təqdimat çıxışı bələdçi tərəfindən şifahi nitq qanunlarının tələblərinə uyğun olaraq icra olunaraq səslənən individual bir mətndir.
Ekskursiya zamanı təqdim olunacaq çıxış əvvəlcədən hazırlıq mərəhələsi keçir.Bu baxımdan heç bir ekskursiyada bələdçinin çıxışına təqdimat zamanı rast gəlinə bilən improvizasiya kimi yanaşmaq düzgün deyildir. Belə ki, təqdimat zamanı dilin tərkibi, onun xüsusiyyətləri bu zaman üzə çıxa bilən keyfiyyət hesab olunmur.Bu baxımdan təqdimat çıxışına aşağıdakı tələblər vardır. Bunlar çıxışın tematikliyi, onun konkretliyi, bir-biri ilə əlaqəliyi, məntiqiliyi, qısalığı,izah edilə bilinməsi,mühakimə baxımından bitkinliyi, təqdimatla bağlılığı və elmiliyi hesab olunur.Təqdimat çıxışının əsas xüsusiyyətlərindən biri onun monoloq xarakteri daşımasıdır. Bununla yanaşı müasir təcrü- bədə bir çox bələdçilər təqdimat çıxışını bəzən gizli və ya açıq dialoq formasında da keçirməyə çalışırlar.
Təqdimat zamanı bələdçinin ekskursantların replika- larına cavab verməsi bu dialoqda mühüm yer tutur.
Ekskursiyalar zamanı iki formada təqdimat çıxışı istifadə olunur. Bunlar:

  • ekskursantlara hər hansı hadisənin necə baş verdiyi təsəvvürü yaradan rəvayət;

  • ekskursantların təxəyyülündə hansısa maddi obyek- tin — abidənin, binanın, qurğunun yenidən canlanmasına imkan yaradan qurucu hekayə kimi təsnif olunur.

Təqdimat çıxışının aşağıdakı altı mühüm xüsusiyyəti
vardır:

    1. Təqdimat çıxışının ekskursiya qrupunun hərəkət

sürətindən asılılığı. Burada ekskursantların yaş qrupu, onların
hansı nəqliyyat vasitəsi ilə hərəkət etmələri və ya piyada hərəkəti nəzərdə tutulur.

    1. Təqdimat çıxışının təqdimatdan asılılığı. Belə ki, təqdimat çıxışı turmarşrut boyu obyektlərdən kənar halda, yəni mücərrədləşdirilmiş şəkildə ola bilməz. Bu mənada, şərhin məzmunu obyektlərin müşahidə məqsədinə tabe olmalıdır. Bu məzmun təbiət, muzey ekspozisiyası, tarixi abidə, görkəmli hadisə yeri kimi maraq kəsb edən yerlərlə müəyyən olunur.

    2. Təqdimat çıxışında tamaşaçı təsdiqindən istifadə olunması. Təqdimat çıxışının xüsusiyyətlərindən biri odur ki, onun məzmununda şifahi sübut yoxdur. Belə ki, bu rolu tamaşaçı kütləsi özü yerinə yetirir. Bu zaman bələdçi təqdimatı elə qurur ki, obyekt sanki özü ekskursantların görmək istədiklərini onlara ifadə edir.

    3. Təqdimat çıxışının ünvanlılığı.Bu,təqdim olunan obyektə və onun müəyyən bir hissəsinə qarşı daha çox maraqlı olan ekskursantların diqqətinin onlara yönəldilməsidir.Məhz bu metodika ilə bələdçi ekskursantların çox qısa bir zamanda təqdimatın mahiyyətindən xəbərdar olmalarına nail olur.

    4. Təqdimat çıxışının konkretliyi.Konkretlik təkcə mövzunun formalaşdırılmasına deyil, eyni zamanda gətirilən faktlara, onların izahına da aiddir. Bu baxımdan, təqdimat zamanı gətirilən konkret fakt,rəqəm,tarix,nümunə mövzunun tam açılmasına imkan yaradır.

    5. Təqdimat çıxışının təsdiqedici xarakteri.Bu, xüsusən tarixi hadisələrin təqdimatı zamanı onların məhz həmin yerdə,həmin vəziyyətdə baş verdiyini təsdiq edən bir xarakterdir.Müəyyən bir hadisədən danışan bələdçi həmin hadisənin sanki indiki zamanda baş verdiyini konkret faktlar, şəxslər timsalında təsdiq etməyə çalışır, ekskursantlarda buna inanc formalaşdırır.





Yüklə 67,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə