Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları


) Bud sümüyünün yuxarı və orta 1/3-ninsınıqlarında proksimal fraqment hansı vəziyyəti alır?



Yüklə 1,38 Mb.
səhifə5/17
tarix29.05.2018
ölçüsü1,38 Mb.
#46526
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   17

215) Bud sümüyünün yuxarı və orta 1/3-ninsınıqlarında proksimal fraqment hansı vəziyyəti alır?
A) yaxınlaşma, büklmə və iç rotasiya

B) yaxınlaşma, bükmə və bayır rotasiya

C) uzaqlaşma, aşma və iç rotasiya

D) uzaqlaşma, bükmə və bayır rotasiya

E) yaxınlaşma, bükmə və iç rotasiya
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
216) Budun qapalı sınıqlarında damar zədələnməsi ən çox hansı nahiyədə rast gəlinir?
A) diafizin aşağı 1/3-də

B) kondiluslarüstü nahiyyədə

C) budun proksimal hissəsində

D) diafizin yuxarı 1/3-də

E) diafizin orta 1/3-də
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
217) İntramedullyar osteosintez sadalanan ağırlaşmalara səbəb ola bilər,hansından başqa?
A) irinləmə

B) diz oynağının deformasiyaedici artrozu

C) piy emboliyası

D) şok və qanitirmə

E) yalançı oynaq
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
218) Bud sümüyünün diafizar sınıqlarında əməliyyatın optimal müddəti nə qədərdir
A) zədədən sonrakı 7-15-ci gün

B) zədədən sonrakı 1-2 gün

C) zədədən sonrakı 15-ci gün

D) zədədən sonrakı 2-5-ci gün

E) zədədən sonrakı 1-ci gün
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
219) Bud sümüyünün distal ucunun travmatik epifiziolizində ən çox rast gələn ağırlaşmalar hansıdır?
A) piy emboliyası

B) qapalı repozisiyanın mümkün olmaması

C) magistral qan dövranının pozğunluğu

D) sümük boyatmasının pozulması

E) damar-sinir dəstəsinin zədələnməsi
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.

Bölmə 2. Uşaq travmatologiyası

220) Uşaqlarda Montedji zədələnməsi hansıdır?
A) Dirsək sümüyünün dirsək çıxıntısının sınığı

B) Dirsək sümüyünün bir mil sümüyünün digər səviyyədə sınığı

C) Mil sümüyünün aşağı 1/3-nin və dirsək sümüyünün yuxarı 1/3-nin sınığı

D) Said sümüklərinin dirsək oynağından çıxığı və mil sümüyünün sınığı

E) Mil sümüyünün başının çıxığının dirsək sümüyünün sınığı ilə olan zədələnməsi
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterbuq, 2000.
221) Uşaqlarda Montedji zədələnməsi zamanı ətrafın fiksasiyası neçə həftə olmalıdır?
A) 6-8 həftə

B) 3-4 həftə

C) 12-14 həftə

D) 10-12 həftə

E) 1 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
222) Uşaqlarda Qaleacci zədələnməsinə hansı aiddir?
A) Mil sümüyünün diafizinin iki səviyyədən sınığı.

B) Bir qolda said sümüklərinin çıxığı, digərində sınığı.

C) Mil sümüyünün boynunun və başının sınığı.

D) Hər iki said sümüklərinin sınığı.

E) Mil sümüyünün diafizinin aşağı (nadir hallarda orta) 1/3-dən sınığı, dirsək sümüyünün başının çıxığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
223) Uşaqlarda Qaleacci zədələnməsi zamanı ətrafın fiksasiyası neçə həftə olmalıdır?
A) 7-9 həftə

B) 6-10 həftə

C) 1-2 həftə

D) 3-4 həftə

E) 12-14 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
224) Uşaqlarda dirsək oynağında olan Malqenya sınığına hansı zədələnmə aiddir?
A) Dirsək sümüyünün yuxarı 1/3-nin və aşağı 1/3-nin sınığı.

B) Dirsək çıxıntısının sınığının said sümüklərinin ağırlaşmış çıxığı ilə olan zədələnməsi.

C) Said sümüklərinin yuxarı 1/3-nin sınığı.

D) Dirsək sümüyünün tac və dirsək çıxıntısının birlikdə sınığı.

E) Said sümüklərinin aşağı 1/3-nin sınığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
225) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı ən çox hansı yaşda təsadüf edir?
A) 14 yaşdan sonra

B) 0-1 yaş arasında

C) 5-6 yaşda

D) 10-14 yaş

E) 1-3 yaş arasında
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
226) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı zamanı yerinə salınma nə vaxt asan olur?
A) Travmadan sonra birinci günlərdə

B) Travmadan 5 gün sonra

C) Travmadan 3 gün sonra

D) Travmadan 2 həftə sonra

E) Travmadan 7 gün sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
227) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı yerinə salınandan sonra ətraf necə fiksasiya olunmalıdır?
A) 5-6 həftə

B) 6-8 həftə

C) 8-10 həftə

D) 4-5 həftə qol asqısı ilə fiksasiya olunmalıdır

E) 1-2 gün qol asqısı ilə fiksasiya olunmalıdır
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
228) Uşaqlarda diz oynağının hemartrozu zamanı müalicə taktikası necə olur?
A) Ultrabənövşəyi şüalanma təyin olunur.

B) Oynağa istiləşdirici kompress qoyulur.

C) Oynaq yerli keyləşmə altında punksiya olunur, hemolizə olunmuş (30,0-60,0 ml) qan çıxarılır, oynağın boşluğuna novocaində (5 ml, 1 %) həll olunmuş antibiotik vurulur, punksiyadan sonra sıxıcı sarğı qoyub ətraf 10-12 gün müddətinə gips longeti ilə fiksasiya olunur.

D) Oynağa massaj təyin olunur.

E) Ağrıkəsici vurulur və istiləşdirici kompreslər qoyulur.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
229) Uşaqlarda yumşaq toxumaların əzilməsi zamanı birinci günlərdə müalicə taktikası necə olur?
A) Əzilmiş nahiyyə massaj olunur və müalicə gimnastikası təyin olunur.

B) Əzilmiş nahiyyəyə soyuq və ya buz qoyulur, ətrafı gips longeti ilə fiksasiya edib yuxarıya qaldırılmış vəziyyət verilir.

C) Əzilmiş nahiyyəyə isti qoyulur və ətraf gips longeti ilə fiksasiya olunur.

D) Ultrasəs və fonofarez təyin olunur.

E) Mineral vannalar təyin olunur.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
230) Uşaqlarda aşıq-baldır oynağının bağlarının sadə zədələnmələri zamanı müalicə taktikası necə olur?
A) İlk günlərdən müalicə gimnastikası təyin olunur 4-5 gün müddətinə

B) Parafin aplikasiyası təyin olunur.

C) İlk gündən aşaqı-baldır oynağına massaj təyin olunur.

D) Sualtı duş-massaj təyin olunur.

E) Səkkizvari sıxıcı sarğı qoyulub pəncəyə 900 aşıq-baldır oynağından arxaya bükmə verilir.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
231) Uşaqlarda aşıq-baldır oynağının bağlarının cırılması zamanı ətrafın fiksasiyası necə aparılır?
A) Ətraf aşıq-baldır oynağından alta bükülmə vəziyyətində arxa gips longetində fiksasiya olunur.

B) Barmaqların ucundan budun yuxarı 1/3-nə qədər arxa gips longeti qoyulur.

C) Aşıq-baldır oynağı səkkizvari yumşaq sarğı ilə fiksasiya olunur.

D) Barmaqların uclarından aşıq-baldır oynağına qədər arxa gips longeti qoyulur.

E) Barmaqların ucundan baldırın yuxarı 1/3-nə qədər arxa gips longeti qoyulur və pəncəyə düz bucaq verilir.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
232) Uşaqlarda bazunun travmatik çıxığını yerinə salmaq üçün ən çox hansı üsuldan istifadə olunur?
A) Hipokrat üsulundan

B) Canalidze üsulundan

C) Bairov üsulundan

D) Koxer üsulundan

E) Mota üsulundan
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
233) Uşaqlarda budun travmatik çıxığının hansı növü daha çox təsadüf edir?
A) Mərkəzi çıxıq

B) Ön-aşağı (qapayıcı)

C) Ön-yuxarı (qasıqüstü) çıxıq

D) Arxa-aşağı (oturaq)

E) Arxa-yuxarı (qalça) çıxığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
234) Uşaqlarda bazu sümüyünün yuxarı epimetafizinin sınıqlarına hansı sınıqlar aiddir?
A) Bazunun başının osteoepifizeolizi və cərrahi boynunun sınığı

B) Bazunun diafizinin sınığı

C) Bazunun yuxarı 1/3nin sınığı

D) Bazu sümüyü kondilusunun sınığı

E) Bazunun orta 1/3-nin sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
235) Uşaqlarda bazu sümüyünün distal hissəsinin oynaqdan kənar sınıqlarına hansılar aiddir?
A) Bazu sümüyü başcığının sınığı

B) Bazu sümüyünün blokunun sınığı

C) Bazu sümüyünün epimetafizar sınığı

D) Bazu sümüyünün kondilusüstü sınığı, iç və tış epikondilusların sınığı

E) Bazu sümüyünün kondiluslardan keçnə sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
236) Uşaqlarda bazu sümüyünün distal hissəsinin oynaqdaxili sınıqlarına hansılar aiddir?
A) Bazu sümüyünün aşağı 13-nin sınığı

B) Bazu sümüyünün iç epikondilusunun sınığı

C) Bazu sümüyünün çəp kondilusüstü sınığı

D) Bazu sümüyünün tış epikondilusunun sınığı

E) Bazu sümüyünün blokunun, başcığının, epimetafizinin və kondilusdan keçən sınıqları
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
237) Uşaqlarda mil sümüyünün distal ucunun təzə osteoepifizeolizinin əsas müalicə üsulu hansıdır?
A) Vintlərlə osteosintez

B) İlizarov aparatı ilə osteosintez

C) Açıq üsul ilə repozisiya

D) Konservativ müalicə, qapalı repozisiya

E) Heç bir repozisiya aparılmır
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
238) Uşaqlarda mil sümüyünün distal ucunun osteoepifizeolizi zamanı ətraf hansı müddətə fiksasiya olunmalıdır?
A) 3-4 həftəyə

B) 1-2 həftəyə

C) 10-12 həftəyə

D) 6-7 həftəyə

E) 8-10 həftəyə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
239) Uşaqlarda mil sümüyünün boynunun hansı sınıqları ayırd edilir?
A) Mil sümüyünün diafizinin sınığı.

B) Mil sümüyünün boynunun epimetafizar və metafizar sınıqları

C) Mil sümüyünün yuxarı 1/3-nin sınığı

D) Mil sümüyünün ikili sınığı.

E) Mil sümüyünün aşağı 1/3-nin sınığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
240) Dirsək oynağı hansı sümüklərin birləşməsindən əmələ gəlmişdir?
A) Bazu və qayıqvari sümüklərin birləşməsindən

B) Bazu və dirsək sümüklərinin birləşməsindən

C) Mil və dirsək sümüklərinin birləşməsindən

D) Bazu və mil sümüklərinin birləşməsindən

E) Bazu, dirsək və mil sümüklərinin birləşməsindən
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
241) Uşaqlarda mil sümüyünün boynun sınığı zamanı cərrahi əməliyyat travmadan neçə gün sonra aparılanda nəticə yaxşı olur?
A) Sınıqdan 1 ay sonra

B) Sınıqdan 2-4 gün sonra

C) Sınıqdaq 3 həftə sonra

D) Sınıqdan 2 həftə sonra

E) Sınıqdan 1 həftə sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
242) Uşaqlarda mil sümüyünün boynun sınığı zamanı boy zonası vaxtından əvvəl bağlananda dirsək oynağında hansı deformasiya əmələ gəlir?
A) Antikurvasiyası

B) Varus deformasiyası

C) Valqus deformasiyası

D) Bucaqvari deformasiya

E) Rekurvasiyası
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
243) Uşaqlarda körpücük sümüyünün doğuşdan dərhal sonra aşkar olunan sınığının müalicəsi necə aparıla bilər?
A) Vintlə fiksasiya olunur

B) Ətraf Dezo tipli sarğı ilə fiksasiya olunur

C) Gips longeti qoyulur

D) Ətraf «8» vari yumşaq sarğı ilə fiksasiya olunur

E) Millərlə fiksasiya olunur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
244) Uşaqlarda doğuş zamanı əmələ gələn bazu sümüyünün yerdəyişməyən sınığının müalicəsində hansı fiksasiya metodundan istifadə olunur?
A) Dezo sarğısı

B) Gips sarğısı qoyulur

C) Leykoplastr dartması tətbiq edilir

D) Mil ilə fiksasiya

E) Torokobroxial gips sarğısı qoyulur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
245) Uşaqlarda bazu sümüyünün iç epikondilusunun sınığı zamanı əsas hansı sinir zədələnə bilir?
A) Orta sinir

B) Mil siniri

C) Əzələ-dəri siniri

D) Bazu kələfi

E) Dirsək siniri
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
246) Uşaqlarda bazu sümüyünün iç epikondilusunun yerini dəyişmiş sınığında fraqmenti fiksasiya etmək üçün əsasən üstünlük verilən üsul hansıdır?
A) İlizarov üsulu ilə osteosintez

B) Vintlə fiksasiya

C) Bir milə fiksasiya

D) Sümük tikişi

E) İki millə fiksasiya
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
247) Uşaqlarda mil sümüyünün başının tam izolə olunmuş yana və önə çıxığı hansı yaş qrupuna xarakterikdir?
A) yenidoğulmuşlara

B) 5-7 yaş

C) 3-5 yaş

D) 1 yaşa qədər

E) 7-12 yaş
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
248) Uşaqlarda doğuş vaxtı əmələ gələn epifizeolizin ən çox rast gəlinən lokalizasiyası hansıdır?
A) Bazunun proksimal epifizi

B) Qamış sümüyünün distal epifizi

C) Budun distal epifizi

D) Bazunun distal epifizi

E) Budun proksimal epifizi
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
249) Uşaqlarda bazu sümüyünün yuxarı hissəsinin ən çox rast gəlinən sınığı hansıdır?
A) Qabarcıqaltı

B) Osteoepifizeoliz

C) Qabarcıqüstü

D) Cərrahi boynun sınığı

E) Anatomik boynun sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
250) Uşaqlarda I boyun fəqərəsinin rotasion yarımçıxığı üçün hansı xarakterikdir?
A) Başın «yarımçıxıq» tərəfə dönməsi

B) Başın hərəkətsizliyi

C) Hərəkətin tam həsmdə olması

D) Başın məcburi vəziyyəti və sağlam tərəfə əyilməsi

E) Başın önə əyilməsi
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
251) Uşaqlarda operativ müalicəyə ən çox göstəriş hansı sınıqlarda olur?
A) Ayaq darağı sümüklərin sınıqları zamanı

B) Budun diafizar sınıqlarında

C) Əl-daraq sümüklərinin sınıqları zamanı

D) Baldır sümüklərinin metafizar sınıqlarında

E) Bazu sümüyünün distal ucunun oynaqdaxili sınıqlarında
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
252) Uşaqlarda qamış sümüyünün kondiluslararası hündürlüyünün cüzi yerdəyişmə ilə olan sınığı necə müalicə olunur?
A) 3 mil ilə osteosintez edilir

B) İlizarov aparatı ilə osteosintez edilir

C) Metal lövhə ilə osteosintez edilir

D) Diz oynağında 1650bükmə vəziyyətində ətraf barmaqların uclarından budun yuxarı 1/3-nə qədər arxa gips longeti ilə fiksasiya edilir

E) Vint ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
253) Uşaqlarda budun ağırlaşmamış travmatik çıxıqları yerinə salınandan sonra ətraf neçə gün müddətinə fiksasiya olunmalıdır?
A) 18-21 gün

B) 21-28 gün

C) 28-35 gün

D) 14-18 gün

E) 6-10 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
254) Uşaqlarda budun ağırlaşmamış arxa-yuxarı travmatik çıxıqlarının yerinə salmaq üçün ən çox hansı üsuldan istifadə olunur?
A) Hippokrat üsulu

B) Mofu üsulu

C) Cjanalidze üsulu

D) Koxer üsulu

E) Movşoviç üsulu
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
255) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən sınıqlarından sonra əmələ gələn gecikmiş ağırlaşmalara hansı aiddir?
A) Ağrı hissiyatının olması

B) Hissiyatın pozulması

C) Kapsul-bağ aparatının ossifikasiyası, ossifikasiyaedici miozit

D) Qan dövranının pozulması

E) Limfa dövranın pozulması
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
256) Uşaqlarda mil sümüyünün boynunun sınıqları zamanı ən çox hansı sinir zədələnə bilir?
A) Dirsək siniri

B) Əzələ-dəri siniri

C) Orta sinir

D) Bazu kələfi

E) Mil siniri
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
257) Uşaqlarda mil sümüyünün distal epifizinin osteoepifizeolizindən sonra nə qədər gödəklik əmələ gələ bilər?
A) 10 sm

B) 5 sm


C) 0,5-1 sm

D) 12-14 sm

E) əmələ gəlmir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
258) Uşaqlarda said sümüklərinin sümüküstlüyüaltı sınıqlarının müalicəsi necə aparılır?
A) Ətraf gips longeti ilə fiksasiya olunur

B) Autotransplantat ilə osteosintez edilir

C) Metal lövhə ilə osteosintez edilir

D) İlizarov aparatı ilə osteosintez edilir

E) Metal mil ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
259) Uşaqlarda said sümüklərinin diafizində neçə dərəcə bucaqvari yerdəyişmə «yol verilən» yerdəyişmə hesab olunur?
A) 10-dən çox olmayan

B) 60-dən çox olmayan

C) 45-dən çox olmayan

D) 20-dən yuxarı olmayan

E) 28-dən çox olmayan
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
260) Uşaqlarda said sümüklərinin aşağı 1/3-nin sınıqları zamanı neçə dərəcə bucaqvari yerdəyişmə «yol verilən» yerdəyişmə hesab olunur?
A) 45-600

B) 15-200

C) 60-900

D) 30-450

E) 90-1800
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
261) Uşaqlarda (əl darağı arxası) bilək sümüklərindən ən çox hansı zədələnir?
A) Aypara

B) Qayıqvari

C) Noxuda bənzər

D) Trapesiya şəkilli

E) Üçvədili
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
262) Uşaqlarda bilək sümüklərinin sınığı zamanı ətrafın immobilizasiyası neçə müddətə olmalıdır?
A) 3 həftə

B) 2 ay


C) 2 həftə

D) 4 həftə

E) 6 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
263) Uşaqlarda kürək sümüyünün sümüküstlüyü altı sınığı zamanı ətraf necə fiksasiya olunur?
A) Uzaqlaşdırıcı şina ilə

B) İlizarov aparatı ilə

C) Dezo sarğısı ilə

D) Pilləli şina ilə

E) Ditrix şinası ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
264) Uşaqlarda döş sümüyünün sınığı zamanı döş qəfəsinin tənəffüs ekuskursiyanın məhdudlaşdırılması məqsədi ilə hansı sarğı qoyulur?
A) Vişnevski sarğısı

B) Yumşaq bintlə sarğı

C) Gips sarğısı

D) Korset geydirilir

E) Dairəvi leykoplastr sarğısı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
265) Uşaqlarda hansı yerdəyişmə dirsək çıxıntısının sınığı zamanı cərrahi əməliyyata göstərişdir?
A) İki dəfə qapalı yol ilə aparılan repozisiyadan sonra qalan 0,5 sm-dən artıq yerdəyişmə

B) 0,1 sm-dən artıq qalan yerdəyişmə

C) 0,2 sm-dən artıq qalan yerdəyişmə

D) 0,35 sm-dən artıq qalan yerdəyişmə

E) 0,25 sm-dən artıq qalan yerdəyişmə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
266) Uşaqlarda tac və dirsək çıxıntılarının sınıqları zamanı said hansı vəziyyətdə fiksasiya olunmalıdır?
A) Dirsək oynağından tam açılma verilir

B) Pronasiya vəziyyətində

C) Supinasiya və pronasiyanın orta vəziyyətində

D) Rotasiya vəziyyətində verilir

E) Supinasiya vəziyyətində
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
267) Uşaqlarda bazu sümüyünün iç epikondilusunun sınığı zamanı cərrahi əməliyyata birbaşa göstəriş hansıdır?
A) Fraqmentin 1,2 ml yerdəyişməsi

B) Fraqmentin 0,5 ml yerdəyişmiş sınığı

C) Sınmış fraqmentin oynaq boşluğunda boğulması

D) Fraqmentin 1-2 mm yerdəyişməsi

E) Fraqmentin yerdəyişməyən sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
268) Uşaqlarda təzə Montedji zədələnmələri zamanı cərrahi əməliyyata göstəriş hansıdır?
A) Montedji zədələnməsinin işlənilən növü

B) İki dəfə qapalı yol ilə çıxığın yerinə salınması mümkün olmadıqda cırılmış və ya zədələnmiş həlqəvari bağın çıxığı yerinə salmaya mane olması +

C) Montedji zədələnməsinin bayır tipii

D) Montedji zədələnməsinin ön tipi

E) Montedji zədələnməsinin arxa tipii
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
269) Uşaqlarda Montedji zədələnməsi zamanı repozisiyadan sonra 5 yaşdan yuxarı uşaqlarda diafizar sınıq zamanı fiksasiyanın müddəti neçə gün olmalıdır?
A) 21-28 gün

B) 14-18 gün

C) 10-12 gün

D) 7-10 gün

E) 14-5 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
270) Uşaqlarda Montedji zədələnmələri zamanı 5 yaşdan yuxarı uşaqlarda epimetafizar sınıqdan sonra ətrafın fiksasiyası neçə gün olmalıdır?
A) 10-15 gün

B) 7-10 gün

C) 8-12 gün

D) 28-32 gün

E) 18-22 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
271) Uşaqlarda bazu sümüyünün iç epikondilusunun sınığı zamanı cərrahi əməliyyata qəti göstəriş hansıdır?
A) Fraqmentin yerdəyişməyən sınığı

B) Fraqmentin öz oxu ətrafında 1800 fırlanıb yerdəyişməsi

C) Fraqmentin 15-200 yerdəyişməsi

D) Fraqmentin 450 yerdəyişməsi

E) Fraqmentin öz oxu ətrafında 300 fırlanması
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
272) Uşaqlarda kondilusüstü sınıqlardan sonra cərrahi əməliyyata göstəriş hansıdır?
A) Qapalı yol ilə repozisiya uğursuz alınanda

B) Yerdəyişməsiz sınıqlar zamanı

C) Cüzi yerdəyişmə olanda

D) Yerdəyişmə sümüyün köndələn ölçüsünün 1/5 qədər olanda

E) Yerdəyişmə böyük olanda
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
273) Uşaqlarda bazu sümüyü başcığının sınığı zamanı cərrahi əməliyyata göstəriş hansıdır?
A) Sümükləşmə nüvəsinin sınığı

B) Bazu sümüyü başcığının yerdəyişməyən epifizeolizi

C) Bazu sümüyü başcığının yerdəyişməyən epimetafizar sınığı

D) Yerdəyişməyən sınıq

E) Qapalı yol ilə repozisiya uğursuz alınanda
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
274) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən sınığının açıq üsul ilə repozisiyasında fraqmentlər neçə mil ilə fiksasiya olunur?
A) 6 mil ilə

B) 4 çarpazlaşan mil ilə

C) 8 mil ilə

D) 2 çarpazlaşan mil ilə

E) 5 mil ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə