Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları


) Arteriyalarının bərpasından sonra qan təzyiqinin 80-90 mm civə sütununadək aşağı düşməsi nə təhlükəsi yaradır?



Yüklə 1,38 Mb.
səhifə8/17
tarix29.05.2018
ölçüsü1,38 Mb.
#46526
növüСправочник
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

408) Arteriyalarının bərpasından sonra qan təzyiqinin 80-90 mm civə sütununadək aşağı düşməsi nə təhlükəsi yaradır?
A) Ətrafın işemiyası

B) Arterial qanaxma

C) Venoz durğunluq

D) Anastomoz yerinin trombozu

E) Limfostaz
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 523
409) Arteriya tikişindən sonra qanın laxtalanma müddəti neçə dəqiqəyə çatanadək heparindən istifadə edilməlidir?
A) 20-25 dəqiqə

B) 4-6 dəqiqə

C) 12-17 dəqiqə

D) 3-4 dəqiqə

E) 6-8 dəqiqə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 523
410) Arteriyaların bərpasından sonra venaya damcı ilə 500 ml fizioloji məhlulda nə qədər heparin vurulmalıdır?
A) 1 000 ED

B) 2 000 ED

C) 20 000

D) 50 000

E) 5 000
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 523
411) Arteriyaların bərpasından sonra qanın laxtalanma müddəti nə qədər vaxtdan bir yoxlanmalıdır?
A) Günaşırı

B) Hər saatdan bir

C) 12 saatdan bir

D) Sutkada bir dəfə

E) 4 saatdan bir
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 523
412) Arteriyalar bərpa edildikdən sonra neçə gün qanın laxtalanma müddəti ciddi nəzarətdə saxlanmalıdır?
A) 3-4 gün

B) Bir gün

C) 1 ay

D) 2 həftə



E) 1 həftə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 523
413) Ətrafların odlu silah yaralanmalarında magistral venalarının zədələnməsində ilk yardımda hansı üsulla üstünlük verilməlidir?
A) Jqut qoymaq

B) Buz qoymaq

C) Sıxıcı sarğı qoymaq

D) Bir əllə sıxmaq

E) İki əllə sıxmaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 527
414) Kəsilib düşmüş ətrafın bədəndən ayrılmış hissəsini stasionara replantasiyaya necə göndərmək lazımdır?
A) Bir polietilen paketdə

B) İsti materiala bükərək

C) İki polietilen paketdə

D) Suyun içində

E) Sarğının içində
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 532
415) Ətrafın kəsilib düşmüş hissəsini stasionara replantasiyaya göndərərkən o, nə ilə birbaşa təmasda olmalıdır?
A) Su ilə

B) Polietilen paketlə

C) Buzla

D) Fizioloji məhlulla

E) Sarğı materialı ilə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 532
416) Ətrafların kəsilib düşmüş hissəsini replantasiya üçün stasionara göndərərkən nədən istifadə edilir?
A) Quru buz

B) İsidici kompres

C) Spirt və fizioloji məhlul

D) Buz


E) İçərisində buz olan su
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
417) Bilək səviyyəsində replantasiya edərkən travmadan sonra qan təchizatının bərpasınadək neçə vaxt keçə bilər?
A) 2 saatadək

B) 2 sutkayadək

C) 1 saatadək

D) 3 sutkayadək

E) 3-33 saatadək
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
418) Saidin orta 1/3-i səviyyəsində replantasiya edərkən travmadan sonra qan təchizatının bərpasınadək neçə vaxt keçə bilər?
A) 5-23 saatadək

B) 1 saatadək

C) 2 sutkayadək

D) 3 sutkayadək

E) 2 saatadək
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
419) Dirsək oynağı səviyyəsində replantasiya edərkən travmadan sonra qan təzhizatının bərpasınadək neçə vaxt keçə bilər?
A) 1-2 saat

B) 1 sutka

C) 4 saat

D) 2-3 saat

E) 6-14 saat
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
420) Baldırın aşağı 1/3-nin səviyyəsində replantasiya edərkən travmadan sonra qan təchizatının bərpasınadək neçə vaxt keçə bilər?
A) 3-5 saat

B) 2-3 sutka

C) 12-42 saat

D) 1-2 saat

E) 4 sutka
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
421) Baldırın orta 1/3-i səviyyəsində replantasiya edərkən travmadan sonra qan təchizatının bərpasınadək neçə vaxt keçə bilər?
A) 1-2 saat

B) 1 sutka

C) 3-5 saat

D) 2 sutka

E) 13 saat
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 533
422) Ətraflarda replantasiya edərkən cərrahi işlənmədən dərhal sonra nəyi bərpa etmək lazımdır?
A) Arteriyanı

B) Arteriya və venanı eyni vaxta

C) Sümüklərin osteosintezi

D) Sinirləri

E) Venaları
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 537
423) Yuxarı ətraf sinirlərinin zədələnməsində hansı halda mil-bilək oynağı artrodez edilə bilər.
A) Orta, dirsək və mil sinirləri

B) Dirsək siniri

C) Orta və dirsək sinirləri

D) Orta sinir

E) Sümük arası sinir
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 211
424) Karpal kanal sindromu nəyin nəticəsində baş verir?
A) Dirsək sinirinin nevriti

B) Səthi bükücülərin zədələnməsi

C) Qısa əzələlərin mioziti

D) Dirsək arteriyasının anevrizması

E) Bukücü vətərləri saxlayan bağın stenozedici liqamentiti
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 218
425) Karpal kanal sindromunda nə baş verir?
A) Açıcı vətərlərin tenosinoviti

B) Bükücü vətərlərin nekrozu

C) Dirsək sinirinin nevriti

D) Orta sinirin sıxılması

E) Damar qövslərinin trombozu
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 219
426) Karpal kanal sindromunun ən vacib kliniki əlaməti nədir?
A) Barmaqlarda açıcı kontraktura

B) Əli birdən yuxarı qaldırdıqda ağrıların artması

C) Nadir halda ağrılar

D) Barmaqlarda bükücü kontraktura

E) V barmaqda işemiya
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 219
427) Karpal kanal sindromunun cərrahi müalicəsində nə nəzərdə tutulur?
A) Ovuc qövsündən trombektomiya

B) Dirsək sinirinin nevrolizi

C) Orta sinirin dekompressiyası

D) Bükücü vətərlərin tenolizi

E) Açıcı vətərlərin tenolizi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 219
428) Dyupyuitren kontrakturasında hansı toxumada patologiya baş verir?
A) Dərin bükücü vətərlərdə

B) Ovuc aponevrozunda

C) Səthi bükücü vətərlərdə

D) Ümumi barmaq sinirlərində

E) Ovucun damar qövsündə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 220
429) Dyupyuitren kontrakturasında əldə hansı kliniki əlamətlər baş verir?
A) Barmaqların sindaktiliyası

B) Barmaqlarda bükücü kontraktura

C) Əldə hiperemiya

D) Barmaqlarda işemiya

E) Biləkdə kəskin ağrılar
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 221
430) Dyupyuitren kontrakturasında hansı əməliyyatlar edilir?
A) Göstərilənlərin hamısı

B) Barmağın amputasiyası

C) Ovuc aponevrozunun total çıxarılması

D) Fassiotomiya

E) Dartmaların kəsilib götürülməsi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 225
431) Dyupyuitren kontrakturasının cərrahi əməliyyat edilməsindən sonra hansı fəsadlar baş verə bilər?
A) Dərinin kənari nekrozu

B) Göstərilənlərin hamısı

C) Dərialtı hematoma

D) Əlin şişkinliyi

E) Çapıq kontrakturası
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 3. s. 226
432) Çox aşağı temperatur (-300 C) orqanizmdə damarların spazmı, toxumaların işemiyası və daha nə yaradır?
A) Limfadenit

B) Qanaxma

C) Vətərlərin dezinsersiyası

D) Piy emboliyası

E) Hüceyrədaxili və xarici buz kristalları
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 349
433) Çox aşağı temperatur orqanizmin toxumalarında nəyə səbəb olur?
A) Anevrizmaya

B) Limfareyaya

C) İltihaba

D) Sümükdaxili qanaxmaya

E) Hematomaya
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 349
434) Donmuş ətrafda zədələnən hansı toxuma olur?
A) Dəri, əzələ, qan damarları

B) Dəri


C) Dəri və dərialtı piy qatı

D) Dəri və əzələ

E) Ətrafın bütün toxumaları
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 349
435) Donmalarda hüceyrələrin qida məhsullarını mənimsəyə bilməməyinin səbəbi nədir?
A) Arterial spazm

B) Toxumalarda limfostaz

C) Hüceyrə qlafının qalınlaşması

D) Əlavə arteriya-vena anastomozlarının açılması

E) Venoz daralma
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 349

Bölmə 4. Böyüklərin ortopediyası

436) Sınıqların konservativ müalicəsində psevdoartrozun əmələ gəlməsinin əsas səbəbi hansıdır?
A) fraqmentlər arası interpozisiya və ya diastaz

B) qeyri stabil fiksasiya

C) qidalanmanın pozulması

D) fraqmentlərin qeyri-kafi repozisiyası

E) Bütün göstərilənlər
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
437) Sınıqların cərrahi müalicəsindən sonra psevdoartrozun yaranmasının əsas səbəbi hansıdır?
A) osteosintez texnikasının pozulması

B) Qeyri-adekvat osteosintez üsulu

C) Bütün göstərilənlər

D) əməliyyata göstərişlərin əsassız genişləndirilməsi

E) infeksiyon fəsadlaşmalar
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
438) Psevdoartroz nəyin nəticəsidir?
A) zəif sümük regenerasiyasının

B) Bitişməyən sınığın

C) sümük yarasının birincili bitişməsinin

D) Təzə sınıgın

E) həddən artıq sümükləşmənin
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
439) Qapalı və açıq sınıqların müalicəsi zamanı baş verən əsas fəsadlar hansılardır?
A) Bütün göstərilənlər

B) Sümüyün düzgün bitişməməsi

C) Travmatik osteomielitlər

D) Sümüyün bitişməməsi

E) Yalançı oynaqlar
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
440) Psevdoartrozların müalicəsi üçün nə tətbiq olunur?
A) Sümük plastikası

B) Balneoterapiya

C) Sümükdaxili osteosintez

D) Endoprotezləşdirmə

E) Kompression-dikstrasion osteosintez
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
441) Budun patoloji çıxığı nəyin nəticəsində baş verir?
A) Nevrogen atropatiyaları

B) Sümük-oynaq vərəmi və osteomielit

C) Şüa təsiri

D) Şiş prosesi

E) Göstərilənlərin hamısı
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
442) Budun patoloji çıxığının cərrahi müalicəsi zamanı hansı üsuldan istifadə edilir?
A) Ətrafın ekzartikulasiyası

B) Endoprotezləşdirmə

C) Oynağın rezeksiyası

D) Oynağın artrodezi

E) Osteosintez
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
443) “Koksa vara” hansı nahiyyənin patoloğiyası ilə əlaqədardır?
A) Bud burmaları zonasının

B) Budun başının və epifizinin

C) Budun burmalaraltı və diafiz zonasının

D) Bud sümüyü boynunun

E) Göstərilən zonaların kombinasiyasının
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
444) Qazanılmış “koksa valqa” zamanı optimal müalicə üsulu
A) Bud-canağ oynağının artrodezi

B) Varizasion osteotomiya

C) Konservativ müalicə

D) Bütün göstəilənlər

E) Ortopedik ayaqqabı geyinmək
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
445) Menisk kistasının müalicəsi zamanı hansı üsuldan istifadə edilir?
A) Meniskotomiya

B) Fizioterapiya

C) Meniskin punksiyası

D) Meniskektomiya

E) Oynağın immobilizasiyası
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
446) Koksartrozun differensial diaqnostikası hansı xəstəliklə aparılmalıdır?
A) Osteoxondrozun radikulyar (işialqik) sindromu ilə

B) Sakroileitlə

C) Revmatoid poliartritlə

D) Vərəmli proseslə

E) Bexteryov xəstəliyi ilə
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
447) Koksartrozun konservativ müalicəsinin əsas vəzifəsi nədən ibarətdir?
A) Hərəkət həcminin artırılması

B) Göstərilənlərin hamısı

C) Ətrafın qısalmasının kompensasiyası

D) Oynaq kontrakturasının aradan qaldırılması

E) Ağrı sindromunun aradan qaldırılması
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
448) Koksartrozun cərrahi müalicəsinə əsas göstəriş hansıdır?
A) Rotasion hərəkətlərinin məhdudlaşması

B) Remissiya dövrlərinin qısalığı

C) Göstərilənlərin hamısı

D) 1-ci və 2-ci dərəcəli displastik koksartroz

E) Konservativ müalicənin təsirinin olmaması
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
449) Bel osteoxondrozu ilə müşaiyət olunan 3-cü dərəcəli koksartroz xəstələrinə hansı əməliyyat məsləhətdir?
A) Foss əməliyyatı

B) Oynağın endoprotezləşdirilməsi

C) Mak-Marrey üsulu ilə osteotomiya

D) Oynağın detorsion-varizasion osteotomiyası

E) Bud-canağ oynağının artrodezi
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
450) Qonartrozunun əsas kliniki əlamətləri hansılardır?
A) Diz oynağında ağrılar

B) Hərəkət zamanı oynaqda xırçıltı

C) Hərəkət məhdudiyyəti

D) Göstərilənlərın hamısı

E) Diz oynağının varus və ya valqus deformasiyası
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
451) Qonartrozun differensial diagnostikasını nə ilə aparmaq lazımdır?
A) Süzənək artriti

B) Sinovit

C) Revmatoid poliartriti

D) Göstərilənlərın hamısı ilə

E) Vərəm qoniti
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
452) Qonartrozun cərrahi müalicəsinə əsas göstərişlər hansılardır?
A) Diz oynağının aşkar patello-femoral artrozu

B) Varus və ya valqus deformasiyası

C) Göstərilənlərın hamısı

D) Konservativ müalicənin təsirinin olmaması

E) Qısa remissiya dövrləri
Ədəbiyyat: Movşoviç İ.A. Operativnaə ortopediə. Moskva, 1983
453) Qoffa xəstəliyi diaqnozu nəyə əsasən qoyulur?
A) Bütün göstərilənlərə əsasən

B) Diz oynağının piy qatlarının hiperplaziyasına əsasən

C) Xroniki gedişata əsasən

D) Uzanmış vəziyyətdə düz ayaqda pəncəyə basarkən ağrılar əsasında

E) Diz oynağının blokadasına əsasən
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
454) Qoffa xəstəliyinin müalicəsinə hansı aiddir?
A) Göstərilənlərın hamısı

B) Fizioterapiya

C) Lazeroterapiya və fermentlərin yeridilməsi

D) Uzunmüddətli immobilizasiya

E) Qatların və piy cisimlərinin operativ ləğvi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
455) Oynaqların xondromatozu nə ilə xarakterizə edilir?
A) Sinovitlə

B) Oynağın blokadası ilə

C) Oynaqlarda hərəkətli və palpasiya olunan törəmələrlə

D) Rentgenoqramda görünən sümük-qığırdaq kölgələr ilə

E) Bütün göstərilənlərlə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
456) Koksartrozun ən çox rast gələn səbəbi hansıdır?
A) Bud-çanaq oynağının travması (budun çıxığı, sirkə kasasının arxa və ya yuxarı kənarının sınığı)

B) Anadangəlmə çıxıq

C) Uşaqlıqda keçirilmiş epifizeoliz

D) Bud-çanaq oynağının inkişafdan qalması (böyük antetorsiya bucağı, böyük boyun-diafizar bucağı, sirkə kasasının inkişafdan qalması)

E) İltihabi proses
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
457) Deformasiya edici artrozun ən çox yayılan patogenetik nəzəriyyəsi hansıdır?
A) Vaskulyar nəzəriyyə

B) Paulsun biokimyəvi nəzəriyyəsi

C) Neyrotrofik nəzəriyyə

D) Bütün sadalananlar

E) Əsasən neyrotrofik nəzəriyyə və paulsun biokimyəvi nəzəriyyəsi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
458) Bud-çanaq oynağının deformik artrozunun əsas erkən kliniki simptomu hansıdır?
A) Ətrafın qısalması

B) Budun aşağı üçdə birində və diz oynağı nahiyyəsində ağrılar

C) Oynaqda hərəkətin məhdudlaşması

D) Budun yaxınlaşdırıcı və bükücü kontrakturası

E) Bud-çanaq oynağı nahiyyəsində ağrılar
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
459) II dərəcəli idiopatik koksartrozlu xəstələrdə Mak-Marey osteotomiyası zamanı müsbət effektin səbəbi hansıdır?
A) Bütün göstərilənlər

B) Bud sümüyünün başının yaxşı mərkəzləşməsi

C) Oynağın yüklənmə sahəsinin dəyişməsi

D) Oynağın biomexanikasının dəyişməsi, qan təminatının yaxşılaşması və budun medializasiyası sayəsində oynağa təzyiqin azalması

E) Oynaqda hərəkətin həcminin dəyişməsi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
460) Burmalarası osteotomiyadan sonra fraqmentlərin ən çox qəbul olunmuş fiksasiya üsulu hansıdır?
A) Xarkov ETİ fiksatoru

B) Q-vari lövhə

C) Trotsenko-Nujdin lövhəsi

D) Yalnız gips immobilizasiyası

E) Sivaş ştoporu
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
461) III dərəcəli İkitərəfli koksartrozun müalicəsində optimaldir
A) Hər iki tərəfdən Mak-Marey osteotomiyası

B) Ardıcıl konservativ və balneoterapiya

C) Bir oynağın endoprotezləşdirilməsi və ikinci oynağın artrodezi

D) Hər iki tərəfdən Fossa əməliyyatı

E) İkitərəfli endoprotezləşdirmə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
462) II dərəcəli idiopatik koksartrozun cərrahi müalicəsində optimal üsul hansıdır?
A) Mak-Marey əməliyyatı

B) Artroplastika

C) Foss əməliyyatı

D) Endoprotezləşdirmə

E) Pauelsin varizasion osteotomiyası
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
463) 24-40 yaşlı adamlarda I-II dərəcəli gonartroz və oynağın qeyri-stabilliyi zamanı hansı əməliyyat optimaldir ?
A) Diz oynağının endoprotezləşdirilməsi

B) Diz oynağının artrodezi

C) Şarnirli kompression-distraksion apparatının goyulmasi

D) Gamış sümüyünün kondilusaltı zonasında korreksiyaedici osteotomiyası

E) Bağ apparatının bərpasına yönələn stabilləşdirici əməliyyat
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
464) 40-60 yaşlı adamlarda II-III dərəcəli gonartroz və oynağın varus – valqus tipli deformasiyası zamanı hansı göstərişdir?
A) Şarnirli kompression-distraksion apparatının goyulmasi

B) Sadalananlardan istəniləni

C) Qamış sümüyünün yüksək korreksiyaedici osteotomiyası

D) Diz oynağının endoprotezləşdirilməsi

E) Diz oynağının artrodezi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
465) Qamış sümüyünün yüksək korreksiyaedici osteotomiyasından sonra sümük fraqmentlərinin fiksasiyasının ən optimal üsulu hansıdır?
A) Sponqioz vintlərlə osteosintez

B) Gips immobilizasiyası

C) İlizarov apparatı ilə osteosintez

D) Q-vari lövhə ilə osteosintez

E) İntramedulyar osteosintez
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
466) Onurğa sütununun hansı hissəsi daha çox osteoxondroza məruz qalır
A) Döş hissəsi

B) Boyun hissəsi

C) Daha çox yayılmış osteoxondroza rast gəlinir

D) Büzdüm hissəsi

E) Bel hissəsi
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
467) Osteoxondroza xas olan patoqenetik situasiya hansıdır?
A) Spondilolistez və spondiloradikulyar konflikt

B) Diskoradikulyar konflikt

C) Araxnoidit

D) Diskovaskulyar konflikt

E) Diskomedulyar konflikt
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
468) Onurğa osteoxondrozunun diaqnostikasında əsas müayinə üsulu hansıdır
A) Kliniki

B) Kliniki və rentgenoloji

C) Radionuklid

D) KT və MRT müayinəsi

E) Rentgenoloji
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
469) Onurga osteoxondrozunun əsas müalicə üsulu hansıdır
A) Laminektomiya, disk qabarmasının xaric edilməsi, arxa spondilodez

B) Qapalı xemonukleoliz

C) Laminektomiya, disk qabarmasının xaric edilməsi

D) Ventral diskotomiya və korporodez

E) Konservativ
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
470) Aşağı ətrafı dizdən açılı vəziyyətdə yuxarı qaldırarkən əmələ gələn ağrı simptomu necə adlandırılır
A) müsbət Matskeviç

B) müsbət Braqar simptomu

C) müsbət Laseq

D) müsbət Neri

E) müsbət Vasserman
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
471) Kliniki müşahidələr hansı növ skoliozun daha çox yayıldığını göstərir
A) Anadangələmə

B) Paralitik

C) Raxitik

D) İdiopatik

E) Nevroqen
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
472) Skolioz zamanı onurğa hansı müstəvidə deformasiyaya uğrayır
A) Frontal, sagittal, horizontal

B) Sagittal

C) Horizontal

D) Frontal, sagittal

E) Frontal
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
473) Deformasiyanın artmasına əsasən skolizun ən bədxasiyyət forması hansıdır?
A) Bel skoliozu

B) S-vari skolioz

C) Döş tipli skolioz

D) Döş-bel tipli skolioz

E) Yuxarı döş tipli skolioz
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
474) Bel osteoxondrozu zamanı daha çox nevroloji pozuntu verir
A) Fəqərəarası diskin protruziyası

B) Şmorl düyünü

C) Fəqərəarası diskin onurğabeyni kanalına prolapsı

D) Ön boylama bağın ossifikasiyası

E) Yanaşı fəqərələrin qapayıcı lövhələrinin sklerozu
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3
475) Spondilolistez nə deməkdir?
A) Fəqərənin patoloji hərəkiliyi

B) Fəqərələrin pazvari deformasiyası

C) Fəqərələrin arxa elementlərinin dağılması

D) Fəgərə qövslərinin bitişməməsi

E) Yuxarıda yerləşən fəqərənin aşağıdakına nisbətən yerini dəyişməsi
Ədəbiyyat: Rukovodstvo. Travmatoloqiə i ortopediə. Moskva, „Mediüina“, 1997, T.3


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə