Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə208/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

624        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Məsələ  2952:  Məscid,  hüseyniyyə  və  dini  mədrəsələrin 

torpağında  yol  salınarsa  o  yerlərdə  gediş-gəliş  etmək  icazəlidir. 

Lakin bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və 

bu  kimi  şeylərin  yerindən,  kimə  vəqf  olunubsa  onlardan 

başqasında  caiz  olması  işkallıdır,  ancaq  icazəli  olmasıda  qeyri 

mümkün deyil. 



Məsələ  2953:  Xiyabanlarda  və  səkilərdə  yerləşən  məscidin 

torpağı  vəqf  olmaqdan  xaric  olmur  və  ehtiyata  əsasən  o  yerlər 

məscid ünvanına gələn hökmlərə aid olur, yəni oranı nəcis etmək 

olmaz. Əgər nəcis olsa paklamaq lazımdır. 



Məsələ  2954:  Məscidin  qalan  yerləri,  əgər  məscid  olmaq 

ünvanından  xaric  olmayıbsa  məscidlə  əlaqədar  olan  bütün 

hökmlər  ona  gələcəkdir.  Əgər  məscid  olmaq  ünvanından  xaric 

olubsa,  məsələn  hər  hansı  bir  zalım  onu  dükan  və  ya  evə 

çeviribsə  ehtiyat-lazım  budur  ki,  məscidin  hökmlərinə  orada 

riayət olunsun. 



Məsələ  2955:  Məscid  uçurulduqdan  sonra  ondan  qalan 

əsərlər,  daşı,  taxtaları,  dəmirləri  və  çıraqları,  istilik,  soyuqluq 

verən  və  bu  kimi  ləvazimatı,  əgər  məscidə  vəqf  olunmuşsa, 

başqa  məscidə  sərf  olunması  vacibdir.  Əgər  bu  iş  mümkün 

olmazsa  xalqın  ümumi  mənafeyində  istifadə  edilməlidir.  Onları 

satmaqdan  başqa  yolla  istifadə  etmək  mümkün  olmazsa,  gərək 

mütəvəlli,  yaxud  şəri  hakim  tərəfdən  icazəsi  olan  şəxs  onları 

sataraq başqa məscidlərə xərc etsin. 



Məsələ 2956: Məscid uçurulduqdan sonra ondan qalan şeylər, 

məscidin  mülkü  olarsa,  məsələn:  vəqf  olunmuşun  mənfəəti  ilə 

alınmış  olsa  mütəvəlli,  yaxud  şəri  hakim  tərəfdən  icazəsi  olan 

şəxs onları sataraq pulunu başqa məscidlərə xərc etsin. 



Məsələ 

2957: 

Yol 


üzərində 

yerləşən 

müsəlman 

qəbiristanlıqlarının  hökmləri,  məscid  və  hüseyniyyə  haqqında 

deyilən  mətləblərdən  məlum  olur.  Deməli  qəbrəstanlıq  şəxsi 

mülk  yaxud  xüsusi  vəqf  olmazsa  orada  gediş-gəliş  etmək 




İzahlı şəriət hökmləri

       625 

 

icazəlidir. Amma müsəlman ölülərininhörmətsizliyinə səbəb olsa 



icazəli deyil.  

Məsələ  2958:  Yuxarıdakı  məsələdən  qəbiristanlığın  yola 

salınmayan  hissələrinin  hökmləri  aydın  olur.  Əgər  şəxsi  əmlak 

olsa  onlardan  istifadə  etmək  və  ya  satmaq  malikinin  icazəsi 

olmadan icazəli deyildir. Ümumi vəqflərdən olarsa, mütəvəllinin 

yaxud  şəri  hakim  tərəfdən  icazəsi  olan  şəxsin  icazəsi  olmadan 

icazəli deyildir. Əgər şəxsi mülk yaxud vəqf olunmuş yer olmasa 

gediş-gəliş  kimi  istifadə  etməkdə  bir  kəsin  icazəsinə  ehtiyac 

duyulmadan  ondan  istifadə  etmək  caizdir.  Bu  şərtlə  ki,  bu  iş 

başqalarının  mülkündən  (xarab  olmuş  qəbirlərin  əsərləri  kimi) 

istifadə etməyə səbəb olmasın. 



NAMAZ VƏ ORUC HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR 

Məsələ 2959: Əgər oruc tutan bir şəxs gün batdıqdan sonra öz 

şəhərində  iftarını  açmadan  təyyarə  ilə  qərb  tərəfə  səfər  etsə  və 

günəşin  hələ  batmadığı  bir  yerə  çatsa  həmin  yerdə  gün  batana 

qədər özünü oruc saxlaması vacib deyildir.  



Məsələ  2960:  Əgər  mükəlləf  öz  şəhərində  sübh  namazını 

qıldıqdan  sonra  qərbə  tərəf  səfər  etsə  və  sübhün  açılmadığı  bir 

yerə  çatsa  və  sübh  açılana  qədər  orada  qalsa;  yaxud  zöhr 

namazını öz  yerində qılıb sonra  günorta  olmadığı bir  yerə səfər 

etsə  və  günorta  daxil  olana  qədər  orada  qalsa;  yaxud  məğrib 

namazını  öz  şəhərində  qılıb  sonradan  səfərə  getsə  və  hələ 

günəşin  batmadığı  bir  yerə  çatıb  gün  batana  qədər  orada  qalsa 

fərz olunan bu halların hamısında ehtiyat-vacib budur ki, namazı 

yenidən qılsın. 

Məsələ  2961:  Əgər  bir  şəxs  namaz  qılmasa,  nəticədə  onun 

vaxtı keçsə, sonradan təyyarə ilə hələ namaz  qılmağa vaxt olan 

bir yerə getsə ehtiyat-vacibə görə gərək namazını əda niyyəti ilə 

qılıb sonra qəza niyyəti ilə də qılsın. 




626        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Məsələ  2962:  İnsan  namaz  vaxtından  qabaq  ixtiyarlı  halda, 

baxmayarq  təyyarədə  məcbur  olub  namazını  üzü  qibləyə  olmaq 

və bədənin aram olması kimi, şərtlərinə əməl edə bilməyəcəyini 

bildiyi halda təyyarə ilə səfər edə bilər.  



Məsələ  2963:  Əgər  mükəlləf  təyyarə  ilə  səfər  etsə  və  orada 

namaz  qılmaq  istəsə  namaz  vaxtı  üzü  qibləyə  olmaq,  bədənin 

aramlaşması  və  sair  şərtlərə  riayət  etməklə  namazını  qılsa 

namazı  səhihdir.  Əks  halda  əgər  vaxtı  olsa,  onda  təyyarədən 

çıxandan  sonra  şərtlərə  malik  olan  namazı  qılmağa  imkanı  olsa 

ehtiyata  əsasən  təyyarədə  qıldığı  namaz  səhih  deyil.  Lakin  əgər 

vaxt  dar  olsa  vacibdir  ki,  namazı  təyyarənin  içində  qılsın,  belə 

olan  halda  əgər  qiblənin  istiqamətini  bilsə  həmin  istiqamətə 

qılmalıdır. Zərurət halı istisna olmaqla qiblənin şərtlərinə riayət 

etmədən  namazı  səhih  olmaz.  Bu  halda  gərək  təyyarə  hər  vaxt 

qiblə səmtindən dönsə o qibləyə tərəf dönsün və döndüyü zaman 

zikr və qiraəti deməsin. Qiblənin özünə diqqət yetirə bilməsə sağ 

əli ilə sol əli arasında olan istiqamətlərə diqqət yetirməlidir. Əgər 

qiblənin istiqamətini bilməsə onu təyin etmək üçün çalışmalı və 

öz  gumanınə  əsasən  əməl  etməlidir.  Əgər  guman  əldə  edə 

bilməsə,  ehtiyat  budur  ki,  namazı  dörd  istiqamətdə  qılsın.  Bu  o 

hallardadır ki, qibləni tanımaqla üzü qibləyə dayana bilsin. Əgər 

təkbirətül-ehramdan  başqa  bunu  yerinə  yetirə  bilməsə  onunla 

kifayətlənsin  əgər  ümumiyyətlə  bacara  bilməsə  üzü  qibləyə 

dayanmaq şərti qüvvədən düşür. 



Məsələ 2964: Əgər bir şəxs sürəti yerin fırlanma sürəti ilə bir 

olan  bir  təyyarəyə  minsə  və  yerin  şərqindən  qərbinə  doğru 

hərəkət  edib  bir  müddət  yerin  ətrafına  fırlansa,  ehtiyat-vacib 

budur  ki,  hər  iyirmi  dörd  saatda  beşlik  təşkil  edən  namazları 

mütləq qürbət niyyəti ilə yerinə yetirsin. Ehtiyat budur ki, namaz 

vaxtlarını xaric olduğu yerlə tətbiq etsin. Lakin orucun qəzasını 

etməlidir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə