606
QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR
müəssisənin bu işin müqabilində zəhmət haqqı alması icazəli
deyil.
Məsələ 2898: Bahalı kağızların müştərək şəkildə satılması
şəriklik həqiqi olarsa, məsələn abadlıq layihəsi, neft ayırma
zavodu, yol çəkmək və bu kimi şeylərin tikintisi, camaatdan
istənilir şəriklik vərəqələri almaq ilə bu layihədə iştirak edib
şərik olsunlar, hələlik müəəyən miqdarda öz paylarını alırlar. Bu
cür mümilənin düzgün olması mümkün və ondan əldə edilən
gəlir və o vərəqlərin satılması halaldır.
DAXİLİ VƏ XARİCİ HƏVALƏLƏR
Bank həvalələri bir neçə növdür:
1.
Müştərinin bankda pulu olduğu halda bankdan istəyir ki,
bank çekini özünün ölkənin daxildə olan şöbəsinə yaxud xaricdə
yerləşən və əlaqəsi olan digər banka bir həvalə etsin və onu şəxsi
hesaba yaxud bir müəssisənin hesabına köçürsün, bank öz işinin
müqabilində müştəridən müəyyən bir zəhmət haqqı alır,
müştəridən zəhmət haqqı almaq bank üçün icazəlidir və heç bir
maneəsi yoxdur.
2.
Müştərinin bankda pulu olmadığı halda bank müştəri üçün
çek və ya bir həvalə sadir edir və bank bu həvalənin qiymətini
müştəriyə borc verir. Bu iş belədir ki, guya bank müştəri tərəfdən
vəkildir ki, pulu müştəri tərəfdən borc götürüb hesabına
köçürsün, bankın bu işin müqabilində müştəridən zəhmət haqqı
alması icazəlidir. Əgər mənfəət almmmaq borc üçün olsa riba və
haramdır. Əgər həvalə xarici bankdan olsa, öz ölkəsinin pulunu
xarici ölkənin valyutası ilə müamilə edə bilər. Belə olan halda
artıq məbləğ almaq müamilə ünvanında halaldır.
3.
Bir şəxs müəyyən bir məbləği öz şəhərində banka verir
onun əvəzini ölkənin daxilində və ya digər bir ölkədə o bankla
əlaqəsi olan digər bankdan alır; məsələn, Tehranda pulu banka
İzahlı şəriət hökmləri
607
verir ki, Məşhəd və ya Kərbəlada alsın. bank isə bu işin
müqabilində zəhmət haqqı alır.
İstər həvalə vermək ölkənin xaricinə olsun istərsədə daxilinə
istər zəhmət haqqı işin müqabilində olsun istərsədə mənfəətin bu
iş icazəlidir. Çünki mənfəət almaq borc verən üçün haramdır
borc alan üçün haram deyil. Üçüncü halda borc alan bankdır
mənfəət alır.
4.
Müştəri müəyyən bir məbləği bir yerdə bankdan alır və
həvalə edir bank o məbləği ölkənin daxilində yaxud xaricində
alsın və bank bu həvaləni qəbul etmək üçün o şəxsdən müəyyən
bir məbləği zəhmət haqqı olaraq alır. Bu iş icazəlidir və zəhmət
haqqı almağın eybi yoxdur. Əgər artıq almsı gecikdiyinə görə
olarsa, artıq alması icazəli deyil.
BANK MÜKAFATLARI
Bəzən banklar ona əmanət olaraq qoyulan pul sahibləri
arasında püşk atır və onları banka daha çox pul qoymağa təşviq
etmək üçün adları çıxan şəxslərə müəyyən mükafat və hədiyyələr
verir.
Məsələ 2899: Çünki bankın bu işi təkcə mənfəət deyil təşviq
etmək olduğuna görə və pul sahibi bank ilə mənfəət şərti
etmədiyi üçün icazəli və hədiyyə hər kimin adına çıxsa onu
istifadə etmək halaldır.
SƏFTƏNİN KÖÇÜRÜLMƏSİ
Bank xidmətlərindən biri də öz müştərisinin nümayəndəsi
olaraq səftənin hesaba köçürülməsidir. Belə ki, onun vaxtı
çatmazdan qabaq bank, səftəni imza edən şəxsi, vaxtın
çatmasından və onun miqdarından xəbərdar edir ki, onu ödəmək
üçün hazırlaşsın. Bank, səftənin məbləğini əldə edəndən sonra
onu öz müştərisinin hesabına köçürür, yaxud nəqd olaraq ona
verir, əvəzində isə əmək haqqı alır.
608
QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR
Həmçinin bank öz müştərisinin nümayəndəsi kimi, çekin
hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa
şəhərdə bu işi görür, bu işi onun tərəfindən nümayəndə kimi
hesaba köçürür və bu xidmətin müqabilində də muzd alır.
Məsələ 2900: Səftənin hesaba köçürülməsi və bunun
müqabilində əmək haqqı alınmasının bir neçə forması vardır:
1. Səftədən istifadə edən onu, həvalə edilmədiyi bir banka
verir, müəyyən qədər əmək haqqı vermək müqabilində həmin
məbləğin hesaba köçürülməsini istəyir. Belə xidmət edib və
bunun müqabilində zəhnət haqqı almaq bu şərtlə düzdür ki, şəftə
və çekin qiymətini alsın. Əgər o məbləğ üçün mənfət və fayız
təyin etsə bankın işi düzgün deyil.
2. Onun səftəsindən istifadə edəni, həvalə öhdəsində olan
banka təqdim edir, lakin bank onu imza edən şəxs qarşısında
borclu deyil və yaxud ona həvalə edilən puldan başqa bir pul
borclu olur.
Belə olan halda caizdir ki, bank bu həvaləni qəbul etmə
müqabilində (əvvəlki halda qeyd olunan şərtlərlə yanaşı) əmək
haqqı alsın. Çünki borclu olmayan şəxsə, həvaləni qəbul etmək
yaxud həvalədə qeyd olunan şeydən başqa bir cinsə borclu olsa
vacib deyildir. Buna görə də bu xidmət üçün bir şey almağın
işkalı yoxdur.
3. Səftəni imza eləyən şəxs o pulu bankın nəzdində olan
hesabından verməyə işarə edərək onu banka həvalə edir ki, vaxtı
çatan zaman onun hesabından çıxılsın və o məbləğ səftəyə malik
olan şəxsin hesabına köçürülsün, yaxud nəqd olaraq ona verilsin.
Belə olan halda səftəni imzalayan öz tələbkarını, özünün borclu
olduğu banka həvalə etmiş olur, buna görə də borcluya həvalə
etmə kimi sayılır. Həvalə edilən şəxsin (bankın) bu həvalə ilə
razılaşmaması lazım deyildir və bank tərəfindən onun qəbul
olunmadığı halda da keçərli deyildir.
Dostları ilə paylaş: |