Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə203/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   199   200   201   202   203   204   205   206   ...   209

İzahlı şəriət hökmləri

       609 

 

Buna görə də bankın bu həvalənin və həvalə verənin borcunu 



ödəməsinin müqabilində zəhmət haqqı alması icazəlidir. 

VALYUTA AL-VERİ 

Bankların  işlərindən  biri  də  pul  al-veri,  eləcə  də  öz 

müştərilərinin,  xüsusilə  xarici  mal  gətirən  müştərilərin 

ehtiyaclarını  təmin  etmək  üçün  kifayət  qədər  pulu  dəyişdirmək 

və pul alveri işlərini yerinə yetirməkdir ki, nəticədə pulun alış və 

veriş qiymətlərinin fərqli olmasından qazanc əldə edir. 



Məsələ  2901:  Pulun  bazar  qiymətinə  yaxud  ondan  az  və  ya 

daha  çox  qiymətə  al-veri  istər  nəqd  olsun,  istərsə  də  müddətli, 

səhihdir. 

ARTIQ GÖTÜRMƏK 

Hər  kəsin  banklarda  cari  hesabı  olsa,  oraya  qoyduğu  puldan 

hər  bir  məbləği  götürə  bilər.  Bəzən  bank  inandığı  bəzi  hesab 

sahiblərinə  icazə  verir  ki,  hesabında  olan  puldan  çox  götürsün. 

Belə  götürülmələrə  “azad  götürmə”  və  bu  işə  “artıq  götürmə” 

deyilir.  Bank  bu  yolla  özü  üçün  müəyyən  məbləğdə  qazanc 

nəzərdə tutur. 

Məsələ  2902:  Müştərinin  çox  götürməsi  müqabilində  artıq 

almaq borcdan qazanc əldə etməkdir, buda riba və haramdır.  



VEKSELİN ALQI-SATQISI 

Məsələ 2903: Al-verin borc vermə ilə müxtəlif fərqləri vardır, 

o cümlədən: 

1.  Al-verdə  satıcı  bir  cinsi  alıcının  ixtiyarına  verir  və  onun 

müqabilində alıcı onun əvəzini satıcının ixtiyarında qoyur, buna 

əsasəndə  deyirlər:  al-ver  əvəz  müqabilində  cincin  mülküyyətə 

keçirilməsidir.  Amma  borc,  qarşı  tərəfin  verdiyi  söz  və 

zəmanətin  (istər  oxşarını  söz  versin  istərsədə  qiymətini) 

müqabilində bir malı onun mülkiyyətinə keçirməkdir.  




610        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

2. Ribalı al-ver batildir, amma ribalı borcda onun əsli səhihdir, 



lakin artıq alınan hissə batildir. 

3.  Borcda  əlavə  alınması  şərt  olunan  hər  bir  şey  riba  və 

haramdır.  Amma  al-ver  belə  deyildir,  ölçü  və  çəki  ilə  satılan 

şeylərdə  (peymanə,  yaxud  çəki  ilə  müamilə  olunan  əşyalarda) 

artıq  alınan  miqdar  haramdır.  Amma  ədəd  ilə  satılanlarda  isə 

icazəlidir. Məsələn: on ədəd qoz və ya on ədəd yumurtanı (ədəd 

ilə  satılan  yerlərdə)  on  iki  ədəd  o  cinsə  (qoz  və  ya  yumurtaya) 

satsın. 


Məsələ  2904:  Əskinaslar  sayılanlardan  hesab  olunduğuna 

görə  onların  (İran  və  İraq  pulu  kimi,)  artığına  ya  əskiyinə 

satılması,  bir  cinsdən  olmazsa,  nəqdi  və  nisyə  olarsa  caizdir. 

Lakin əgər  bir cinsdən olsalar  məsələn: İran  pulunu İran puluna 

artığına  satsalar  nəqd  olduğu  təqdirdə  icazəlidir.  Amma  nisiyə 

satılarsa  müamilə  batildir.  Çünki  riba  borcuna  qayıdır.  Lakin 

bizim  nəzərimizə  əsasən  bu  növ  müamilələrin  düzlüyü 

mümkündür. Çünki, verilən və alınan müxtəlifdir, bu şəkildə ki, 

satılan  şeyin  bütün  xüsusiyyətlri  məyyən  olur  və  qarşılığında 

alınan isə ümumi şəkildədir.  

Ehtiyat  budur  ki,  bu  növ  müamilələr  tərk  olunsun.  Amma 

verilən  və  alınan  fərqli  olarsa  məsələn:  min  tüməni  on  bir  dənə 

yüz tümənə satsa nisiyə şəkildə olsa da düzgündür.  

Məsələ  2905:  Bazar  tacirləri  arasında  geniş  yayılmış 

səftələrin  əskinaslar  kimi  mali  etibarı  yoxdur.  Sadəcə  olaraq 

borcunu isbat etmə sənədi hesab olunur. Bu sənədlər onu göstərir 

ki, onda dərc olunan məbləğ onu imza edən şəxsin öhdəsindədir  

və o şəxs üçündür ki, səftə onun adına yazılmışdır. Buna əsasən 

əgər  sənərlər  itsə  və  ya  tələf  olub  aradan  getsə  onun  malından 

tələf olmayıbdır o miqdar imza edən şəxsin öhdəsindədir. Amma 

əskinasda  belə  deyil.  Əgər  əskinas  məhv  olsa  o  şəxsin 

öhdəsindədir  ki,  onun  əlində  məhv  olubdur.  Əgər  buna  qanuna 



İzahlı şəriət hökmləri

       611 

 

əsasən müamilə olsa o sənədlərin (veksellərin) özü ilə  müamilə 



olmur.  

Məsələ 2906: Veksellər iki növdür. 

1. Həqiqi borcları göstərən səftələr. Belə ki, onu imza eləyən 

şəxs veksel kimin adına yazılmışsa, o şəxsə borclu olur. 

2.  Qeyri-həqiqi  və  zahiri  borcun  göstəricisi.  Bu  halda  imza 

edən  borclu  olmur,  veksel  və  çeki  qeyri-həqiqi  yazılmışdır. 

Camaat arasında belə veksellərə dostluq vekseli deyilir. 



Məsələ 2907: Birinci halda tələbkar borclunun öhdəsində olan 

öz  müddətli  tələbini  nağd  olaraq  ondan  az  məbələğə  sata  bilər. 

Bəli əgər  müddətli olan alacağını  az bir  məbləğə  müddətli satsa 

icazəli deyil. Çünki borcu borca satmaqdır.  

Amma  ikinci  halda  qeyri-həqiqi  olan  tələbkar  üçün  səftəni 

satmaq  icazəli  deyildir,  bu  məsələdə  dövlət,  xüsusi  və  müştərək 

banklar  arasında  fərq  yoxdur.  Bəzi  deyilənlərə  əsasən  dövlət 

banklarında  bu  müamilə  məchulul-malikə  əl  tapmaq  ünvanında 

olduğuna görə şəri hakimin icazəsi ilə məsələni həll etmək olar, 

bi  fikir  bizim  nəzərimizə  əsasən  düzgün  deyil.  Çünki  dövlət 

əmlakı şəxsi əmlak kimidir və heç bir fərqləri yoxdur. Həmçinin 

şəri hakim məchulul-maliki sata bilməz.  



BANKDA İŞLƏMƏK 

Məsələ 2908: Bank işləri iki cür olur: 

1-Bankda  olan haram işlər; ribalı müamilələrlə əlaqədar  olan 

işlər,  riba  almaq,  təxir  edildiyinə  görə  artıq  almaq  və  bu  kimi, 

işlər  olan  bölmədə  işləmək  icazəli  deyl.  Ümumiyyətlə  bankda 

haram  baş  verən  bütün  bölmələrdə  işləmək  icazəli  deyildir,  bu 

yerlərdə işləmək, muzd almağa haqlı olmağa səbəb olmur. 

2-Bankın icazəli olan işləri; bu, yuxarıda qeyd olunan işlərdən 

tamamilə  fərqlənir,  orada  işləmək  və  əmək  haqqı  almaq 

icazəlidir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə